Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə10/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   6   7   8   9   10   11   12   13   ...   79

 
21
əksər vaxtlarda gözəl səhabə olan Dihyə b. Xəlifətil  əl-Kəlbi  – 
radıyallahu anhu – nun qiyafəsində gələrdi
59
.  
Həmçinin - Mələklərin çox qanadlı olmaları.  «Göyləri və yerləri 
yoxdan yaradan, iki qanadlı, üç qanadlı, dörd qanadlı  mələkləri elçi 
edən Allaha həmd olsun». (Fatir 1).  
Həmçinin  -  Mələklər Allahın ordularıdır.  «Rəbbinin ordularını 
özündən başqası bilməz. Bu insanlar üçün ancaq bir öyüd-nəsihətdir». 
(əl-Muddəssir 31).  
Həmçinin  -  Allahın izni ilə insanları qoruyurlar. «İnsan üçün onu 
öndən və arxadan təqib edən mələklər vardır. Onlar insanı Allahın əmri 
ilə qoruyurlar». (ər-Rəd 11). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət 
edir ki, Əbu Cəhl: «Muhəmməd sizin aranızda üzünü torpağa sürtürmü?» 
Ona: «Bəli, sürtür» - dedilər. O, dedi: «Lat və Uzzaya and olsun ki, əgər 
onun belə etdiyini görsəm boynundan tutub torpağa sürtəcəyəm». 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – namaz qılmağa başladığı vaxt 
Əbu Cəhl gəldi və onun boynunu basmaq istədi. Bu vaxt sanki əlləri ilə 
özünü qoruyaraq geri çəkildi. Ona: «Sənə  nə oldu?» deyə soruşduqda o 
dedi: «Mənimlə onun arasında içi odla dolu xəndək var idi və mənim ona 
yaxınlaşmağıma mane olurdu». Peyğəmbər – sallallahu aleyhi və səlləm – 
buyurdu: «Əgər o, mənə yaxınlaşmış olsaydı  mələklər onu parça-parça 
edərdilər»
60
.  
Həmçinin - Mələklər Allaha yaxınlaşdırılmış varlılıqlardır. Kişi və 
qadın vəsfləri yoxdur. «Onlar Rəhmanın qulları olan mələkləri dişi 
saydılar. Məgər onlar mələklərin yaradılışına şahidmi olmuşlar. Onları 
bu şəhadəti yazılacaq və sorğu-sual olunacaq». (əz-Zuxruf 19). «Kafirlər 
Rahmən övlad götürdü dedilər. O, pak və müqəddəsdir. Xeyr mələklər 
möhtərəm qullardır». (əl-Ənbiya 26).  
Həmçinin - Yeməzlər, içməzlər.  «Həqiqətən elçilərimiz  (mələklər) 
İbrahimin yanına müjdə ilə gəlib salam verdilər. İbrahim də: «Salam!» 
deyə cavab verdi və dərhal (gedib onlara) qızardılmış bir buzov gətirdi. 
İbrahim (qonaqların) əllərini yeməyə uzatmadıqlarını gördükdə onların 
bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü». (Hud 69-70).  
Həmçinin - Onların qidaları Allahı zikr etməkdir. Bundan da əsla 
usanmaz və buna ara verməzlər, yorulmazlar. «Onlar Allaha ibadət 
etməkdə  təkəbbürlük göstərməz və bunda yorulmazlar. Onlar gecə-
gündüz yorulmaq bilmədən Rəbbini təqdis edib şəninə təriflər deyirlər». 
(əl-Ənbiya 19-20). «Rəbbinin yanında olanlar ona ibadət etməyi özlərinə 
                                                 
59
 İmam Əhməd, İbn Sad "Təbaqat".  
60
 Müslim 2797.  


 
22
ar bilməzlər. Onu pak, müqəddəs tutub şəninə  təriflər deyər və ancaq 
ona səcdəyə qapanarlar». (əl-Əraf 206).  
Həmçinin - Həya və utanmaq kimi sifətlərə sahibdilər. Aişə  – 
radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – ayaqları baldıra (və ya diz qapaqlarına) qədər açıq vəziyətdə 
uzanmışdı.  Əbu Bəkr, Ömər  – radıyallahu anhum – onun yanına içəri 
girdikdə o, ayaqlarının üstünü örtmədi. Lakin Osman – radıyallahu anhu 
–  onun yanına girən kimi ayaqlarının üstünü örtdü. Niyə belə etdiyini 
soruşduqda: «Mələklərin həya etdiyi bir kəsdən mən necə  həya 
etməyim»
61
.  
Həmçinin - Allaha itaət və ona üsyan etməmək fitrəti ilə yaradılıblar. 
«Xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, 
buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) 
və çox sərt təbiətli mələklərdir». (ət-Təhrim 6).  
4.  Mələkləri Allahın  əmrlərini yernə yetirdiklərinə  və  hər birinin 
müəyyən vəzifəsi olduğuna iman gətirməliyik. 
Cəbrail – əleyhissəlam – Allahın vəhyinin əminidir. Allah vəhy ilə onu 
Rəsullara və Peyğəmbərlərə göndərir. Mikail –  əleyhissəlam – yağış  və 
bitkilərlə,  İsrafil  –  əleyhissəlam – Qiyamətin qopacağı  və insanların 
diriləcəgi vaxt sura üfürəcək, Ölüm mələyi ölüm anında ruhları almaqla 
əmr olunur. De ki: «Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır». 
(əs-Səcdə 11). O, yaradılmış olaraq mələklərin  ən  əzəmətlisidir. Onun 
haqqında Quran və Sünnədə  bəlli bir ad yoxdur. Bəziləri  Əzrail deyə 
adlandırırlar. Lakin bu haqda heç bir yerdə məlumat yoxdur.  
Həmçinin - kimilərinə  Ərşi daşımaq:  «Həmin gün sənin Rəbbinin 
ərşini onların başı üstündə  səkkiz mələk daşıyacaqdır».  (əl-Həqq 17). 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Allah mənə  Ərşi 
daşıyan mələklərin biri haqqında danışmağa icazə vermişdi. Onun 
qulağının ucu ilə çiyni arasındakı  məsafə yeddi yüz (Quş uçuşu) ilə 
bərabərdir»
62
.  
Həmçinin - Kimisinə  Cəhənnəmin atəşini qorumaq Məlik və 
Cəhənnəmin mələkləri Zəbanilər:  «Onlar müraciət edib deyəcəklər: Ey 
Məlik! Qoy Rəbbin bizi öldürsün (bu  əzabdan qurtaraq). O, isə (min 
ildən sonra onlara) Siz (həmişəlik burada) qalacaqsınız». (əz-Zumər 77). 
«Biz də  Zəbaniləri  (Cəhənnəmdəki  əzab mələklərini)  çağıracağıq».  (əl-
Ələq 18).  
                                                 
61
 Müslim 2401. 
62
 Əbu Davud 4729. əl-Albani "Səhih".  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə