Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə13/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   9   10   11   12   13   14   15   16   ...   79

 
27
görəcəkdir. Munkər və  Nəkir  mələkləridir ki, bərzəx aləmində insana: 
«Rəbbin kim? Dinin nə? Peyğəmbərin kim?» - deyə sullar verirlər
86
.  
Həmçinin - Mələklər heykəl, surət və it olan heç bir evə girməzlər. Əbu 
Təlhə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi 
və səlləm – buyurdu: «Mələklər it və şəkil olan evə girməzlər»
87
.  
Həmçinin - Adəm oğullarına  əziyət verən  şey onlara da əziyyət verir. 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Soğan və sarmısağ 
yeyən hər bir kəs bizim məscidə yaxın durmasın. Adəm oğullarına əziyyət 
verən şey mələklərə də əziyyət verir»
88

Bütün bunlara iman gətirmək vacibdir. Buna görə  də  mələklərə iman 
etmək, imanın əsaslarını təşkil edən altı əsasdan biridir.  
 
KİTABLARA İMAN 
Kutub - Kitablar ləfzindən toplamaq və bir-birinə qatmaq mənasında 
gələn  Kətbdən  gəlməkdədir. Kitabların cəmi, yazılmış deməkdir. 
Kitablardan qəsd səmadan Allahın Rəsullarına endirilmiş kitablardır. 
Bizim bu kitablardan bildiklərimiz İbrahim – əleyhissəlam – ın səhifələri, 
Musa  –  əleyhissəlam – a lövhələrdə endirmiş olduğu Tövrat, İsa  – 
əleyhissəlam – a endirilmiş olan İncil, Davud –  əleyhissəlam – 
endirilmiş olan Zəbur və son olaraq nazil olan əvvəlkiləri doğrulayan 
Qurani Kərimdir.  
Bizlər Allahın bunlardan başqa Peyğəmbərlərinə endirmiş olduğu başqa 
kitabların olduğuna da iman edirik. Bunların ad və saylarını Allahdan 
başqa heç kəs bilməz. «Ey möminlər! Allaha və Peyğəmbərinə, onun öz 
Peyğəmbərinə endirdiyi kitaba (Qurana)  və ondan əvvəl nazil etdiyi 
kitablara iman gətirin!». (ən-Nisa 136).  
Bizlər Allahın Peyğəmbərlərinə endirmiş olan kitabların Allah 
tərəfindən gəldiyinə, onların haqq olduqlarına, bir hidayət, bir nur, bir 
bəyan və bir şəfa olduqlarına iman edirik.  (Ey möminlər!)  Belə deyin: 
«Biz Allaha, bizə nazil olan Qurana, İbrahimə, İsmailə, İshaqa, Yəquba 
və onun övladına göndərilənlərə, Musaya və  İsaya verilənlərə, Rəbbi 
tərəfindən bütün Peyğəmbərlərə verilən şeylərə iman etdik. Onların heç 
birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanıq». 
(əl-Bəqərə 136). «Biz Nuha və ondan sonrakı Peyğəmbərlərə  vəhy 
göndərdiyimiz kimi, sənə  də  vəhy göndərdik. Biz İbrahimə,  İsmailə, 
İshaqa, Yəquba və onun övladlarına,  İsaya,  Əyyuba, Yunusa, Haruna 
                                                 
86
 əl-Albani «Əhkəmul Cənaiz» s 202, İbn Kəsir 2/131, İbn Həcər 3/234,240. 
87
 Buxari, Müslim. 
88
 Buxari, Müslim.  


 
28
və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik». (ən-
Nisa 163). «İbarahimin və Musanın səhifələrində».  (əl-Əla 19). 
«Bundan əvvəl insanları doğru yola yönəltmək üçün Tövratı və İncili də 
(səmadan) o, endirdi. (Haqqı nahaqdan ayırd edən) Furqanı (Quranı) da 
o nazil etdi». (Ali İmran 3-4).  
Allah kitabları  Rəsullarına insanları hidayətə yönəltmək, onları 
zülmətdən nura çıxartmaq üçün endirmiş olduğuna iman gətirməliyik. 
«Əlif, Ləm, Ra! Bu Quran elə bir kitabdır ki, onu sənə insanları öz 
Rəbbinin izni ilə zülmətdən nura, həm də yenilməz qüvvət sahibi və hər 
cür tərifə,  şükrə layiq olan Allahın yoluna (İslam dininə)  çıxartmaq 
üçün nazil etmişik». (İbrahim 1).  
Bu kitablardan bəziləri Allahdan, arada elçi, mələk olmadan pərdə 
arxasından endirilmiş, kimisini də mələk olan elçi, insan olan elçiyə təbliğ 
etmiş, kimisini də Allah öz əli ilə yazmışdı. «Allah onlarla ancaq vəhylə, 
yaxud  (Musa ilə)  pərdə arxasından danışar və ya bir elçi (mələk) 
göndərər, o da Allahın izni ilə Allahın istədiyini vəhy edər».  (əş-Şura 
51). «Allah Musa ilə sözlə (arada heç bir vasitə olmadan) danışdı». (ən-
Nisa 164). Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Sənin 
üçün lövhələrdə hər şeyi çəkdi və sənin üçün Tövratı öz əli ilə yazdı»
89

Qurana iman etməyə gəlincə, bu da onu iqrar və qəbul etmək, içindəki 
hökmlərə tabe olmaqdır. Qurandan başqa Allah digər kitabları qorumaq 
üçün insanların öhdəliyinə buraxmışdı. Lakin onlar bu kitabları qoruya 
bilmədilər. Onlara haqqıyla riayət etmədilər, kitablarda bir çox 
dəyişikliklər və yeniliklər etdilər.  «Halbuki  (Musa dövründə)  olanların 
içərsində elələri vardır ki, Allahın kəlamını (Tövratı)  dinləyib 
anladıqdan sonra, onu bilə-bilə təhrif edirdilər». (əl-Bəqərə 75).  
Buna görə  də bütün kitablar Qurani Kərimin endirilməsi ilə  nəsx
90
 
edilmiş oldular. Digər tərəfdən  əvvəlki kitabların qorunması insanlara 
həvalə edilmişdisə, Qurani Kərimin qorunmasını isə Allah öz üzərinə 
götürmüşdür. Bu kitab nə  nəsx edilir, nə  də  dəyişdirilir. Allah dünyadan 
qaldırdığı günə  qədər onu hər cür dəyişikliklərdən, batildən qoruyur. 
«Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, biz də onu (hər cür 
təhrif, artırıb-əskiltmədən) qoruyub saxlayacağıq». (əl-Hicr 9). «Nə öncə, 
nə  də sonra batil ona yol tapa bilməz. O, hikmət sahibi və  şükrə  tərifə 
layiq Allah tərəfindən endirilmişdi».  (Fussilət 42). «Onlar Quran 
                                                 
89
 Buxari, Müslim. 
90
 Nəsx – lüğətdə nəql etmək, axtarmaq deməkdir. İstilahi Mənası – şəri bir dəlilin hökmünü yaxud da 
ləfzini Kitab və Sünnətdən bir dəlil ilə qaldırmaq deməkdir. Hökmü qaldırmaq. «Usuli Fikh» şeyx 
Useymin. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə