Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə3/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   2   3   4   5   6   7   8   9   ...   79

 
6
apararsa o, da mömindir. Amma bundan aşağı (imandan) bir xardal dənəsi 
qədər də iman yoxdur»
8

Bu batil firqələrin yoluna uymamaq, onların ardınca getməmək üçün, 
Rəsulullah 

 sallallahu aleyhi və  səlləm 

 in yoluna uymaq, hidayət 
yolunda olan cəmaatdan olmaq üçün hər bir müsəlman, hər bir şəxs öz 
əqidəsini gözəl bir şəkildə öyrənməli, öyrəndikdən sonra isə ona əməl 
edib başqalarına öyrətməlidir.  İbn Teymiyyə 

 rahmətullahi aleyhi 

 bu 
məsələ ilə bağlı demişdir: «Buna görə  də  Əhli Sünnə alimləri - sünnətə 
sarılmaq qurtuluşdur demişlər». Allah rəhmət etsin imam Məlik deyir: 
«Sünnət Nuhun gəmisi kimidir, minən qurtulur, arxada qalan isə  həlak 
olur. Haqq budur. Çünki Nuhun gəmisinə peyğəmbəri təsdiq edən və ona 
tabe olanlar minmişlər. Ona minməyənlər isə Peyğəmbəri yalan saymışlar. 
Sünnətə tabe olmaq Allah qatından gələn risalətə tabe olmaq deməkdir. 
Dolayısı ilə risalətə tabe olan, Nuhla bərabər gəmiya minən kimsə 
durumundadır. Risalətə tabe olmaqdan ayrılan kimsə  də Nuha tabe 
olmaqdan və onunla bərabər gəmiyə minməkdən qaçan kimsə 
durumundadır»
9

Bu baxımdan da mən ikinci risaləni topladım. Bu risaləni toplamaq üçün 
Quran və Sünnəyə uyaraq və İslamın elm adamlarının əsərlərindən geniş 
istifadə edərək Allahın izni ilə  əlimizdəki bu risalənin toplanmasına nail 
oldum. Bu risalədə birincidən fərqli olaraq İman, imanın  əsaslarından, 
ehsan və s. mövzular haqqında geniş yer verməyə  və  hər oxucu ondan 
faydalansın deyə, aydın dəlillərlə göstərməyə çalışdım.  İlk növbədə 
Allahdan bu çalışmamın dolğun, düzgün şəkildə yazıb başa çatdırılmasını 
diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul 
edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər hardasa xəta 
etmişəmsə bu nəfsimdən və  şeytandandır. Burada düzəldilməsi mühüm 
olan yerləri tapdıqdan sonra mənə öyüd-nəsihət verməkdən çəkin-
məyəcəyinizi ümüd edirəm.  
Güvəndigim Allahdır! İşlərimi Ona həvalə edirəm və ona arxalanıram. 
Həmd və  təriflər yalnız Onadır. Müvəffəqiyyət bəxş edən və  xətalardan 
qoruyan da Odur. «Məni yaradan və  məni doğru yola yönəldən Odur! 
Məni yedirdən də içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O 
şəfa verir. Məni öldürəcək sonra dirildəcək də Odur və Qiyamət günü 
xətamı bağışlayacağına ümüd etdiyim də Odur! Ey Rəbbim! Mənə 
hikmət bəxş et və  məni salehlərə qovuşdur! Sonra gələnlər arasında 
                                                 
8
 Müslim. 
9
 «Məcmuul Fətava» 4/137. 


 
7
mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et». 
(əş-Şuəra 78-85). 
Allahın salat və salamı onun Peyğəmbəri Muhəmməd - sallallahu aleyhi 
və səlləm - ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə  qədər onun 
yolu ilə gedən saleh möminlərin üzərinə olsun.  
 
İMAN 
Sözdə iman təsdiq etmək deməkdir. Səriətdə isə qəlb ilə etiqad etmək, 
dil ilə söyləmək və  əzalar ilə  əməl etmək deməkdir. Sələfi Salihin, yəni 
Əhli Sünnə vəl Cəmaatın iman əsasları Peyğəmbər - sallallahu aleyhi və 
səlləm - in məşhur Cəbrail  –  əleyhissəlam 

  ın hədisində  xəbər verdiyi 
kimi - altı əsasa iman etmək və onları təsdiq etmək deməkdir. Peyğəmbər 
- səllallahu aleyhi və səlləm -, onların yanına dinlərini onlara öyrətmək və 
İman haqqında sual vermək üçün gələn Cəbrail  –  əleyhissəlam 

  a belə 
cavab vermişdi: «İman, Allaha, Mələklərə, Kitablara, Peyğəmbərlərə, 
Axirət gününə, Xeyir və  Şərrin qədərdən olduğuna iman etməkdir…»
10

Amr b. Əbəsə 

 radıyallahu anhu 

 rəvayət edir ki, bir nəfər Peyğəmbər 
sallallahu aleyhi və səlləm – ə dedi: «İslam nədir?» Peyğəmbər: «Qəlbinin 
Allaha təslim olması və müsəlmanların sənin dilindən və əlindən salamat 
olmalarıdır» deyə cavab verdi. Adam: «Hansı  İslam fəzilətlidir?» deyə 
soruşdu. Peyğəmbər: «İman etmək» deyə cavab verdi. Adam: «Bəs iman 
nədir?» deyə soruşdu. Peyğəmbər: «Allaha, Mələklərə, Kitablara, 
Peyğəmbərlərə  və öldükdən sonra dirilməyə inanmaqdır» deyə cavab 
verdi. Adam: «Hansı iman daha fəzilətlidir?» deyə soruşdu. Peyğəmbər: 
«Hicrət etmək» deyə cavab verdi. Adam: «Hicrət nədir?» - deyə soruşdu. 
Peyğəmbər: «Pisliyi tərk etmək!» deyə cavab verdi. Adam: «Hansı hicrət 
daha fəzilətlidir?» deyə soruşdu. Peyğəmbər: «Cihad» deyə cavab verdi. 
Adam: «Cihad nədir?» deyə soruşdu. Peyğəmbər: «Onlarla qarşılaşdığın 
zaman kafirləri öldürmək» - deyə cavab verdi. Adam: «Hansı cihad 
fəzilətlidir?» deyə soruşdu. Peyğəmbər: «Atının ayaqları  kəsilib yerə 
yıxılaraq öldürüldüyü və qanının axıdıldığı cihad…»
11
.  
Bu altı xüsus imanın əsaslarıdır. Həmçinin Qurani Kərimdə də Allah bu 
haqda bir çox ayələr nazil etmişdi. «Yaxşı əməl heç də üzünü günçıxana 
və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı  əməl sahibi 
əslində Allaha, Axirət gününə, Mələklərə, Kitaba (Allahın nazil etdiyi 
bütün ilahi kitablara) və Peyğəmbərlərə inanandır».  (əl-Bəqərə 177). 
                                                 
10
 Buxari, Müslim, Əbu Davud, Tirmizi, Nəsəi. 
11
 AbdurRazzaq «Musənnəf» 20107, İmam Əhməd 4/114, Təbərani əl-Kəbir bax: «Məcmua Zəvaid» 
1/59, 3/207, «Təzkiratul Huffaz» 1/94, «Siyer» 4/468,475.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə