Microsoft Word arif son variant doc



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə38/189
tarix16.11.2017
ölçüsü3,36 Mb.
#10560
1   ...   34   35   36   37   38   39   40   41   ...   189

 79

sərvətlərini Azərbaycan Respublikasına köçürmək, gətirmək və göndərmək 

hüquqları  təsbit olunur. Burada Azərbaycan Respublikasının Milli Bankı  və 

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ölkədə valyuta 

nəzarətini həyata keçirən orqanlar kimi müəyyən olunmuşdur.  

2001-ci ildə qanunda edilən  əlavə  və  dəyişikliklərlə ölkəyə valyuta 

vəsaitlərinin gətirilməsi, habelə ölkədən çıxarılması ilə bağlı  bəzi 

dəqiqləşdirmələr aparılmışdır. Belə ki, dəyişikliklərdən sonra fiziki şəxslər 

tərəfindən  əvvəllər nağd  şəkildə ölkə  ərazisinə  gətirilmiş valyuta vəsaitlərinin 

ölkədən çıxarılması 50 min ABŞ dolları ekvivalentinə 

qədər 

məhdudlaşdırılmışdır. Həmçinin, yeni əlavələrə görə, fiziki şəxs olan 



rezidentlər tərəfindən Azərbaycan Respublikasının  ərazisinə  gətirilən valyuta 

vəsaitlərinin məbləği 50 min ABŞ dolları ekvivalentindən artıq olduqda, 

gömrük orqanları  həmin vəsaitlərlə bağlı müvafiq məlumatları 7 gün 

müddətində Azərbaycan Respublikası Milli Bankına və müvafiq icra 

hakimiyyəti orqanına təqdim etməlidir. Eyni zamanda, Azərbaycan 

Respublikasında qeyri-rezidentlərin valyuta əməliyyatlarını müəyyən edən 

maddəyə də dəyişikliklər olunmuşdur. Belə ki, qeyri-rezidentlər tərəfindən ölkə 

ərazisinə  gətirilən və xaricə aparılan valyuta vəsaitləri 50 min ABŞ dolları 

ekvivalentinə  qədər sərbəst, bundan yuxarı  həcmdə  vəsaitlər isə müəyyən 

gömrük rəsmiləşdirmələri vasitəsilə  həyata keçirilməlidir. Digər bir düzəlişə 

görə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yerinə valyuta 

nəzarəti agentləri kimi əsas valyuta nəzarəti orqanı müvəkkil banklar təsbit 

edilmişdir.  

Azərbaycan Respublikasında xarici ticarətin, o cümlədən ixracın hüquqi 

tənzimlənməsini həyata keçirən qanunverici sənədlərdən biri də 1996-cı ildə 

qəbul olunan “Standartlaşdırma” haqqında qanundur. Bu qanun ölkəyə gətirilən 

və ölkədən çıxarılan malların, işlərin və xidmətlərin müvafiq beynəlxalq, 

regional və dövlət standartlarına cavab verməsi ilə bağlı müddəaları təsbit edir. 

Azərbaycan Respublikasına gətirilən məhsulların, işlərin və xidmətlərin,  о 

cümlədən  ərzaq mallarının, dərman preparatlarının və  əhali üçün nəzərdə 

tutulan digər məhsulların, işlərin və xidmətlərin müvafiq dövlət standartlarının 

məcburi tələblərinə uyğunluğunun təsdiq edilməsi və ya tanınması bu qanun 

əsasında müəyyən edilmiş qaydada həyata keçirilir. 

1997-ci ildə Perezident tərəfindən imzalanan “Azərbaycan Respublikas-

ında xarici ticarətin daha da liberallaşdırılması haqqında”“ Fərman eyni 

zamanda, ixrac əməliyyatları üzrə bazar İqtisadiyyatı  tələblərinə cavab verən 

müasir qaydaları müəyyən edir. Burada Respublika ərazisində istehsal, emal, 

təkrar emal olunan malların ixracı, kreditlə ixrac əməliyyatları  və müvəqqəti 

ixrac əməliyyatları üzrə qaydalar təsbit olunmuşdur.  

 “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük 

rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikasının Nazirlər 

Kabinetinin 22 aprel 1998-ci il tarixli Qərarına görə ixrac olunan mallar, onların 

növlərindən asılı olmayaraq ixrac rüsumundan azad olunmuşdur.  



 80

Müasir dövrdə xarici ticarət əlaqələrinin tarif tənzimlənməsi “Azərbaycan 

Respublikasının idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, 

gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 

nömrəli qərarı və sonrakı illərdə bu qərara edilmiş bəzi dəyişiklik və əlavələrlə 

tənzimlənir. Belə ki, bu qərara görə yalnız metallurgiya sənayesinin ilkin 

məhsulları (dənəvər və tozşəkilli məhsullar) hər ton üçün 5 ABŞ dollarından 15 

ABŞ dollarına qədər həcmdə ixrac vergisinə cəlb edilir. 

Bu qərarla hökumət yerli istehsalı stimullaşdırmaq üçün ölkədə istehsalı 

mümkün olan bir çox məhsulların idxalına gömrük rüsumlarını yüksəltmişdir. 

Belə ki, xarici ticarətə daxil olan 16672 əmtəənin 5235-i (və ya 31,4%-i) 15%-

lik dərəcə ilə idxal rüsumuna cəlb edilir. Bununla yanaşı, 2757 əmtəədən (və ya 

16,5%-dən) 0,5%-lik, 2098 əmtəədən (12,6%) isə 0%, 1%, 3%, 5% və 10%-lik 

dərəcə ilə idxal rüsumu tutulur. Yerdə qalan 6582 (və ya 39,5%) əmtəə spesifik 

gömrük rüsumuna cəlb edilir. 

Həmçinin, həmin qərara görə, gömrük ixrac vergilərinin malların (işlərin, 

xidmətlərin) müqavilələrə əsasən satıldığı valyuta ilə ödənilməsi və Azərbaycan 

Respublikası Hökümətinin xarici ölkələrlə azad ticarət sazişi olduğu təqdirdə 

ikitərəfli razılığa əsasən malların idxalına və ya ixracına gömrük vergisi tətbiq 

olunmaması təsbit olunmuşdur.  

Nazirlər Kabinetinin 12 oktyabr 1994-cü il tarixli 319 №-li qərarı ilə 

Azərbaycan Respublikasının  ərazisindən kənara valyuta aparılmasının 

tənzimlənməsi məsələləri müəyyənləşdirilmişdir. Burada milli və xarici 

valyutanın ölkəyə  gətirilməsi və ölkədən çıxarılması  məsələləri təsbit 

olunmuşdur. Bu qanunvericiliyə görə, respublikadan xaricə gedən hər bir fiziki 

şəxs tərəfindən 1000 ABŞ dolları  məbləğində (Milli Bankın müəyyən etdiyi 

məzənnə ilə bu məbləğə ekvivalent olan digər xarici valyuta) valyuta vəsaiti 

sərbəst çıxarıla bilər. 1000 ABŞ dollarından  əlavə 4000 ABŞ dollarına qədər 

aparılan valyuta vəsaiti müvafiq müvəkkil bankların təsdiqedici sənədləri 

əsasında çıxarıla bilər. Bu sənədlər olmadığı  təqdirdə, bu məbləğin 2%-i 

həcmidə gömrük haqqı ödənilmək  şərtilə  çıxarıla bilər. Eyni zamanda, qərara 

əsasən fiziki şəxslər tərəfindən ölkədən 5000 ABŞ dollarından artıq valyuta 

vəsaiti çıxarılması qadağan olunmuşdur. Həmçinin qərara görə, xarici 

valyutaların ölkəyə gətirilməsinə məhdudiyyət qoyulmaması təsbit olunmuşdur. 

Bununla yanaşı, milli vaylutanın minimum əmək haqqının 5 mislinə  bərabər 

məbləğdən çox ölkədən çıxarılmaması təsbit olunmuşdur.  

Azərbaycanda ixracın valyuta tənzimlənməsi istiqamətində mövcud olan 

qanunvericilik aktlarından biri də “Azərbaycan Respublikası  ərazisindən ixrac 

edilən malların müqabilində valyüta vəsaitlərinin ödənişinə  nəzarət barədə” 

Təlimatdır. Təlimata görə, konsiqnasiya, barter, kreditlə ixrac, müvəqqəti ixrac 

əməliyyatları zamanı satışdan  əldə olunan vəsaitlərin ölkəyə daxil olması 

məsələləri müəyyən olunmuşdur. Belə ki, təlimata əsasən konsiqnasiya yolu ilə 

ixrac zamanı satışdan  əldə edilən vəsaitlər 10 bank günündən gec olmayaraq 




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə