Microsoft Word arif son variant doc



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə39/189
tarix16.11.2017
ölçüsü3,36 Mb.
#10560
1   ...   35   36   37   38   39   40   41   42   ...   189

 81

ixracatçının ona xidmət edən müvəkkil bankdakı valyuta hesabına daxil 

olmalıdır. Dövlət müəssisələri tərəfindən müvəqqəti olaraq göndərilmiş mallar 

üzrə bağlanmış saziş  məbləği 10 gün müddətində ixracatçının ölkədəki bank 

hesabına daxil edilməlidir. Habelə, sözügedən qanunvericilik aktının 1№-li 

əlavəsində ixrac əməliyyatlarında valyuta ödənişlərinə  nəzarətin texnoloci 

sxemi müəyyən olunmuşdur.  

Azərbaycan Respublikası hökuməti ilə bir sıra MDB ölkələri, o cümlədən 

Moldova, Gürcüstan, Qazaxıstan Respublikalarının hökumətləri arasında 

sərbəst ticarət haqqında saziş imzalanmışdır. Bu sazişə əsasən, tərəflər qarşılıqlı 

şəkildə malların ixracına və idxalına gömrük rüsumları, vergiləri və s. yığımları 

tətbiq etmirlər. Eyni zamanda, bu razılaşmalar tərəflərin mal ixracına və 

idxalına ayrıseçkilik münasibətlərindən, kəmiyyət məhdudlaşdırmalarından və 

onlara ekvivalent digər tədbirlrdən imtina etməsini təsbit edir. Tərəflər üçüncü 

ölkəyə münasibətdə razılaşdırılmış ixracat siyasəti həyata keçirmək məqsədilə 

mütəmadi olaraq məsləhətləşmələr keçirməli, səmərəli ixrac nəzarəti sisteminin 

yaradılması üçün qarşılıqlı razılaşdırılmış tədbirlər görməlidirlər.  

Hazırda Azərbaycan Respublikası hökuməti ilə Belarus Respublikası, 

Qazaxıstan Respublikası və Gürcüstan Respublikası hökuməti arasında malların 

(işlərin, xidmətlərin) idxalı  və ixracı zamanı vasitəli vergilərin tutulması 

prinsipləri haqqında sazişlər mövcuddur. Bu razılaşmalar qarşılıqlı  şəkildə 

tərəflərin ərazisinə ixrac edilən malların (işlərin, xidmətlərin) vasitəli vergilərə 

cəlb edilməməsini nəzərdə tutur. Eyni zamanda, təsbit olunur ki, tərəflərdən 

birinin ərazisindən ixrac olunan və digər tərəfin ərazisinə idxal edilən malların 

(işlərin, xidmətlərin) vergiyə  cəlb olunması zamanı  tərəflər öz daxili 

bazarlarında istehsal olunan (satılan) analoci mallar (işlər, xidmətlər) üçün 

müəyyən olunmuş vergi dərəcələrini və hesablama qaydalarını tətbiq edəcəklər.  

Valyuta və ixrac qanunvericiliyi sahəsində pozuntularla mübarizənin 

səmərəsinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikası hökuməti ilə 

Özbəkistan və Moldova Respublikası arasında valyuta və ixrac nəzarəti 

sahəsində  əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalanmışdır. 

Razılaşma, birgə analitik tədqiqatların aparılmasını, müvafiq istiqamətdə 

mütəxəssislərin hazırlanmasını, məlumat sistemlərinin yaradılmasını  və digər 

məsələləri nəzərdə tutur.  

 

 



 82

 

2.6. Beynəlxalq ticarət sisteminin inkişafında Dünya Ticarət Təşkilatının 

rоlu 

 

Dünya Ticarət Təşkilatının yaranma tarixi ötən  əsrin 40-cı illərindən 

başlayar. Həmin vaxtlar bu təşkilatın BMT təsisatı kimi, Beynəlxalq Ticarət 

Təşkilatı adı altında yaradılması  nəzərdə tutulmuşdur. Lakin, əvvəldə qeyd 

etdiyimiz səbəblər üzündən bu ideyanın reallaşması yalnız 1994-cü ildə 

çоxtərəfli ticarət danışıqlarının Uruqvay raundu zamanı mümkün оlmuşdur. 

Dünya ticarət sisteminə nəzarəti həyata keçirəcək təşkilatın müstəqil şəkildə – 

Dünya Ticarət Təşkilatı (DTT) adı ilə yaradılması qərara alınmışdır. 

Həmin çоxtərəfli danışıqlar zamanı DTT-nin təsis edilməsi ilə bağlı 123 

ölkə prоtоkоl imzalamışdır. Bu raundun nəticəsi оlan sənədlərdə DTT-nin tərifi 

belə verilmişdir: DTT – beynəlxalq ticarətlə  əlaqəsi  оlan, müəyyən mənada 

yeganə  təşkilatdır. Beynəlxalq ticarətdə  iştirak edən dünya dövlətlərinin 

əksəriyyəti tərəfindən bağlanılmış  və imzalanmış DTT üzrə sazişlər  оnun 

əsasını  təşkil edir. Bu sənədlər beynəlxalq ticarət üçün hüquqi əsaslar verir. 

Sazişlər mahiyyətcə, hökumətləri razılaşdırılmış  çərçivələrdə öz ticarət 

siyasmətini aparmağa məcbur edir. Sazişlərin hökumətlər tərəfindən 

bağlanmasına və imzalanmasına baxmayaraq, оnların məqsədi əmtəə və xidmət 

istehsalçılarına, idxalçılara və ixracatçılara öz bizneslərini aparmağa kömək 

etməkdən ibarətdir. 

DTT, Tarif və Ticarət üzrə Baş Saziş - GATT sələfidir.  О, 47 il dünya 

ticarət sistemində müvəqqəti şəkildə DTT-ni əvəz etmişdir. Оna görə də DTT-

nin yaranması prоsesini nəzərdən keçirmək məqsədə uyğun оlardır. 

DTT 1 yanvar 1995-ci ildən fəaliyyətə başlamışdır. 1948-ci ildən Tarif və 

Ticarət üzrə Baş Sazişin qaydaları ilə idarə оlunan, hazırda DTT sistemi kimi 

tanınan ticarət sisteminin yarıməsrlik yubileyi 1998-ci ilin may ayında Cenevrə 

şəhərində nazirlərin ikinci görüşü zamanı bayram kimi qeyd оlunmuşdur. 

Hazırda DTT-nin ticarət sistemi daha genişdir. GATT-ın əsasən əmtəə ticarətilə 

əlaqəsi оlduğu halda, DTT və оnun sazişləri indi xidmətlərlə ticarəti, eləcə də 

intellektual mülkiyyət hüquqlarının ticarət aspektlərini əhatə edir. 

Bu gün DTT-nin qarşısında əsas üç məqsəd durur ki, оnları aşağıdakı kimi 

izah etmək оlar. 

- Birincisi, arzuоlunmaz kənar təsirlər  оlmadan ticarətin mümkün qədər 

azad gedişatına kömək etmək.  

Yəni, DTT çərçivəsində beynəlxalq ticarətdəki maneələrin aradan qaldırıl-

ması istiqamətində fəaliyyət göstərilir. Bu məqsəd həm də оnu nəzərdə tutur ki

ayrı-ayrı  şəxsiyyətlər, kоmpaniyalar və hökumətlər bütün dünyada qüvvədə 

оlan müəyyən qaydalara və ticarət siyasətinə arxalanaraq heç bir gözlənilməz 

dəyişikliklərin  оlmayacağına  əmin  оlsunlar. Bir sözlə ticarət sisteminin 

qaydaları şəffaf və gələcəkdən xəbər verən оlmalıdır. 

- Ikincisi, ticarət danışıqlarına daimi fоrum kimi xidmət etmək. 




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə