Microsoft Word arif son variant doc



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə35/189
tarix16.11.2017
ölçüsü3,36 Mb.
#10560
1   ...   31   32   33   34   35   36   37   38   ...   189

 73

bazasının gücləndirilməsi məqsədilə bu qurumun müvafiq yardımlar etməsinə 

nail olmaq məqsədəuyğun hesab edilir. 

Ölkənin MDB, GUÖAM, QDHÖT, IƏT, ITK kimi regional İqtisadi 

təşkilatları  çərçıvəsində  fəallığının gücləndirilməsinin mühüm əhəmiyyəti 

vardır.  

Dünya təcrübəsinin təhlili göstərir ki, müasir dövrdə beynəlxalq  İqtisadi 

əməkdaşlıq sistemində mövcud olan normaların, qaydaların, işgüzar təcrübənin 

mənimsənilməsi zərurətıni dərk etməyən, xarici İqtisadi fəaliyyətin tənzimlən-

məsınin hüquqi, inzibati-təşkilati və  İqtisadi  əsaslarının dünya təcrübəsi ilə 

unifikasıyasına cəhd göstərməyən istənilən ölkə, özü İqtisadi  əməkdaşlıq 

potensialının tam şəkildə istifadəsinə əngəllər törətmiş olur. Məhz buna görə də

ölkəmizdə xarici İqtisadi fəaliyyətin dövlət tənzimlənməsi sisteminin təkmilləş-

dirilməsinin  əsas istiqamətlərindən bırini istifadə olunan tənzimləmə 

tədbirlərinin dünya təcrübəsi ilə uyğunluğunun təmin edilməsi təşkil etməlidir.  

Lakin bu zaman bir məqamı yaddan çıxarmaq olmaz ki, dünya təcrübəsinə 

görə, milli İqtisadiyyatdakı problemlərin kəskinləşdiyi, habelə dünya təsərrüfa-

tının konyunkturunun pisləşdiyi dövrlərdə dövlətin tənzimləyici rolu mütləq 

şəkildə artır. Belə ki, 1946-57-ci illərdə Qərbi Avropa ölkələrində bərpa işləri 

aparılarkən və müasir bazar mexanizmləri qurularkən xarici ticarətin 

tənzimlənməsinin çoxşaxəli və təsirli sistemindən istifadə edilirdi. Sonralar da 

məsələn, 1980-90-cı illərin qovşağındakı  İqtisadiyyatın böhranlı  vəziyyəti 

“ticarət müharibələrinin” və proteksionizmin güclənməsinə təkan vermişdi. 

Eyni zamanda, nəzərə almaq lazımdır ki, müasir dövrdə xarici İqtisadi 

fəaliyyətin tənzimlənməsində həm sərhəddə, həm də daxildə fəaliyyət göstərən, 

bir-biri ilə qarşılıqlı  əlaqədə olan tənzimləmə vasitələrindən kompleks şəkildə 

istifadə edilməsi daha effektlidir. Bu zaman sərhəddəki, yaxud daxildəki 

tənzimləmə vasitələrinin rolu, habelə onların hər birində  nəzərdə tutulan 

tədbirlər (inzibati, İqtisadi) arasındakı nisbət konkret vəziyyətdən asılı olaraq 

müəyyən edilir. Burada misal kimi, Avropa İqtisadi Birliyi çərçivəsində 

tənzimləmənin gücünün gömrük rüsumlarından vergi və valyuta siyasətinə 

keçirilməsini, Yaponiyada avtomobil idxalının sərhəddəki sərt 

tənzimlənməsindən daxili texniki maneələrə keçidi, ABŞ-da isə gömrük siyasəti 

ilə müqayisədə kredit siyasətindən daha fəal istifadə edilməsini göstərmək olar. 

Bu zaman nəzərə almaq lazımdır ki, malların qiymətlərinə və bu yolla da 

tıcarət dövriyyəsinin həcminə  təsir edən  İqtisadi vasitələrin tənzimləyici 

imkanlarının müəyyən hüdudları mövcuddur. Onlar, bir qayda olaraq, növbəti 

şərtlər daxilində  səmərəli fəaliyyət göstərə bilirlər: real və sabit valyuta 

məzənnəsi, daxili qiymətlərin dəyişməsinin aşağı  və gözlənilə bilən templəri

ölkə bazarında tələblə  təklif arasında ciddi disproporsıyaların (ilk növbədə, 

qıtlığın) mövcud olmaması, tədiyyə balansının normal vəziyyəti. Bu şərtlər, 

bəzən isə hətta onlardan biri belə təmin edilmədikdə dəyər tənzimləyicilərinin 

təsir qüvvəsi zəifləyir və inzibati tənzimləyıcılərdən istifadə zərurəti yaranır.  



 74

Hal-hazırda dövlətlər tənzimləmənin inzibati alətlərindən həddən artıq 

gərgin rəqabət mübarizəsi aparıldığı, yerli malların satışı sahəsində mürəkkəb 

vəziyyətin ortaya çıxdığı bazarlarda daha sərt şəkildə istifadə edirlər. Məsələn, 

İqtisadi cəhətdən inkişaf etmiş dövlətlər ixracın “könüllü” məhdudlaşdırılması, 

habelə xüsusi qoruyucu tədbirlər formasında kəmiyyət məhdudiyyətlərini 

avtomobil, məişət radıoelektronikası, qara metallar, toxuculuq malları, geyim, 

ayaqqabı və bir sıra digər bazarlarda fəal tətbiq edirlər. Bu isə həmin bazarlar 

üzərində birbaşa inzibati nəzarətin mövcudluğunu, daha dəqiq desək, dünyanın 

bir çox əmtəə bazarlarının inzıbati metodlar vasitəsilə bölüşdürüldüyünü  əks 

etdirir. 

Bir sözlə,  əksər inkişaf etmiş  və inkişaf etməkdə olan ölkələrin müasir 

xarici tıcarət siyasətinin düşünülmüş proteksionizm formasında həyata 

keçirildiyi artıq heç kəsdə şübhə doğurmur.  

Dünyanın bir çox ölkələrində tənzimləyici dövlət orqanlarının sənayenin, 

kənd təsərrüfatının, xidmətlər sferasının və istehlakçıların maraqları haqqında 

xəbərdar edən mexanizmləri formalaşmış  və  səmərəli  şəkildə  fəaliyyət 

göstərməkdədirlər. Məhz bunların sayəsində  də xarici ticarət sferasında 

sahibkarlar, habelə onlarla hakımiyyət orqanları arasında ziddiyyətlər və fikir 

ayrılıqları minimum həddə endırilmişdir. Bu da xarici İqtisadi siyasətin 

qarşısına qoyduğu vəzifələrin uğurlu həlli üçün əlverişli  şəraiti təmin etmiş 

olur. 


Göründüyü kimi, həm dünya ölkələrinin təcrübəsi, həm də  həll edilməli 

olan məsələlərin mürəkkəbliyi ölkəmizdə xarici İqtisadi fəaliyyətin dövlət 

tənzimlənməsi sisteminin təkmilləşdirilməsinin kompleks və mərhələli xarakter 

daşımasını tələb edir. 

Artıq qeyd etdiyimiz kimi, ölkəmizdə davamlı  İqtisadi inkişafın təmin 

olunmasının optimal yolu xarici bazarlara istiqamətlənmiş inkişaf strategiyasına 

əməl edilməsindən ibarətdir. Bu isə ölkəmizdə xarici İqtisadi fəaliyyətin dövlət 

tənzimlənməsi mexanizmində ixrac istiqamətinə xüsusi diqqət yetirilməsini 

tələb edir. Həmin istiqamətdə əlaqədar orqanların fəaliyyəti bir tərəfdən ixracın 

stimullaşdırılması, digər tərəfdən isə onun inkişafının məqsədyönlü  şəkildə 

tənzimlənməsi üzərində cəmləşdirilməlidir. 

Məlum olduğu kimi, ixracın dövlət tənzimlənməsindən hazırda müxtəlif 

vəzıfələrin, o cümlədən  İqtisadiyyatın predmetindən kənar məsələlərin (hərbi, 

insanların sağlamlığının qorunması, təbiətin, milli, mədəni, tarixi və arxeoloci 

dəyərlərin mühafizəsi və s.) həlli yolunda istifadə edilir. Baxılan aspektə 

ölkəmizdə qurulmuş ixracın tənzimlənməsi mexanizmini məqbul hesab 

etməklə, tədqiqatımızda  əsas diqqəti tənzimləmənin  İqtisadi məqsədləri və 

onlara çatma vasitələri üzərinə yönəldəcəyik. 

Bu məqsədlərə, hər  şeydən  əvvəl, xammal şəklində  məhsulların ixracını 

məhdudlaşdırmaqla ölkənin təbii ehtiyatlarından səmərəli istifadəni, habelə 

milli istehsalçıların həmin xammalla təchizatının öncüllüyünün təmin 

edilməsini, məşğulluq səviyyəsinin yüksəldilməsini və əhalinin yerli məhsullara 




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə