Microsoft Word arif son variant doc



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə36/189
tarix16.11.2017
ölçüsü3,36 Mb.
#10560
1   ...   32   33   34   35   36   37   38   39   ...   189

 75

tələbatının münasib qiymətlərlə sabit şəkildə  təmin olunmasını, valyuta 

gəlirlərinin artırılmasını və onun mədaxilinə nəzarət edilməsini aid etmək olar. 

Tənzimləmə sisteminin təkmilləşdirilməsi istiqamətində görülməli olan 

tədbirlər arasında, ixrac olunan məhsulların və xidmətlərin qiymətləri üzərində 

nəzarət mexanizminin gücləndirilməsini də göstərmək olar. Həmin mexanizm 

əsasən iki vəzifənin həllinə - ölkənin valyuta mədaxilinin artırılmasına və yerli 

istehsalçıların dempinqdə günahlandırılmasına yol verilməməsinə yönəldilmə-

lidir. 

Dünya bazarlarında rəqabətin güclənməsi, istehlakçıların məhsulların 



keyfiyyətinə, təhlükəsizlik parametrlərinə münasibətdə  tələbinin ciddiləşməsi 

“Azərbaycan malı” markasının məqbul imicinin formalaşdırılması, ona inamın 

artırılması və bu əsasda ixracımızın genişləndirilməsi məqsədilə xarici bazarlara 

göndərilən məhsulların keyfiyyəti və beynəlxalq standartlara uyğunluğu 

üzərində dövlət nəzarət mexanizminin tətbiqini qarşımızda duran mühüm 

vəzifələrdən birinə çevirir. Müvafiq mexanizmdən həm  İqtisadi cəhətdən 

inkişaf etmiş (Yaponiya, ABŞ  və s.), həm də  ən geridə qalan ölkələrdə belə 

istifadə olunur. Məsələn, Banqladeşdə bu cür nəzarətə bir sıra kənd təsərrüfatı 

məhsulları və sadə elektronika məmulatları cəlb edilir. 

Belə  ki, baxılan mexanizmin rolu ölkəmizin ixracında dərin emal 

səviyyəli, mürəkkəb texniki xassələrə malik olan malların payının artmasına 

mütənasib olaraq güclənəcəkdir. Lakin qeyd etdiyimiz sonuncu məqam hazırkı 

dövrdə belə ona etınasız yanaşmanın yanlış olduğuna dəlalət edir. 

Qeyd etmək lazımdır ki, tənzimləmə sisteminin təkmilləşdirilməsi 

istiqamətində atılmalı olan zəruri addımlardan biri də dərin emaldan keçmədən 

ixrac edilən məhsullara məqsədli vergilərin tətbiq edilməsi ola bilər. Bu 

vergilərin dərəcələri aşağı həddlərdə (təxminən 1,5-3%) müəyyən edilə bilər və 

toplanan vəsait xarici İqtisadi sferaya aid (məsələn, ixrac potensialının 

artırılması, ixracın keyfiyyət parametrlərinin sağlamlaşdırılması sahəsindəki) 

proqramların maliyyələşdırilməsinə yönəldilə bilər.  

Azərbaycanın xarici İqtisadi fəaliyyətinin dövlət tənzimlənməsi sisteminin 

təkmilləşdirilməsi sahəsində atılan addımlar sırasında idxalın tənzimlənməsi 

istıqamətınə  də xüsusi diqqət yetirilməlidir. Bu zərurət, hər  şeydən  əvvəl, 

idxalımızın keyfiyyət parametrlərinin uzunmüddətli inkişaf maraqlarımıza 

cavab verməməsi reallığından doğur. 

Liberal ticarət-İqtisadi münasibətlərin hegemon olduğu dünya təsərrüfatına 

inteqrasiyanın ölkəmiz qarşısında duran başlıca vəzifələrdən bırinə çevrilməsi 

idxalın tənzimlənməsi mexanizmində  əsas mövqelərə gömrük-tarif alətlərinin 

çıxarılmasının vacibliyini şərtləndırir. 

Mövcud şəraitdə müvafiq gömrük-tarif siyasətinin başlıca məqsədi, idxalı 

milli  İqtisadiyyatımızın emaledici sahələrinin rəqabət qabiliyyətinin artırıl-

masının, ixrac imkanlarının genişləndirilməsinin, daha dərindən baxdıqda isə, 

bütövlükdə İqtisadi artımın təsirli amilinə çevirməkdən ibarət olmalıdır. Hazırkı 

dövrdə bir tərəfdən milli İqtisadiyyatımızın modernləşdirilməsi məqsədilə 




 76

işgüzar və investisiya fəallığının artırılması üçün əlverişli şərait təmin edilməli, 

digər tərəfdən isə, öncül istehsalların yenidən qurulması müddətində 

proteksionizm tədbirlərindən rəqabət mühitinə xələl gətirmədən, zəruri hədlərdə 

istifadə edilməlidir. 

Milli  İqtisadiyyatın təşəkkülü prosesinin davam etdiyini, böhranın 

nəticələrinin tam aradan qaldırılmadığını, habelə ÜTT-yə üzvlüyün gələcək 

dövrdə qarşımızda duran vəzifələrdən biri olduğunu nəzərə alsaq, fikrimizcə, 

ölkəmizdə hazırkı mərhələdə baxılan strategiyaya əməl edilməsi məqsədəuyğun 

hesab edilə bilər. Dünya təcrübəsi də qeyd olunan strategiyanın həyatiliyinə 

dəlalət edir. Belə ki, İqtisadiyyatın inkişafının öncül vəzifələrindən asılı olaraq 

yerli istehsalçıların tarif müdafiəsinin sellektiv şəkildə aparılmasının xarakterik 

olduğu inkişaf etmiş ölkələr və daha sürətlə inkişaf etməkdə olan ölkələr məhz 

bu cür strategiyadan istifadə edirlər. 

Genişmiqyaslı bazar islahatlarını  həyata keçirən, o cümlədən böhranın 

nətıcələrini aradan qaldırmağa müvəffəq olmuş keçid İqtisadiyyatlı ölkələr də 

son dövrlərdə  əsasən sellektiv tarif siyasəti prinsiplərinə istınad edirlər. Bu 

ölkələrin  əksəriyyəti (məsələn, Polşa, Çexiya, Macarıstan və s.) islahatların 

ilkin mərhələsində xarıci ticarət sferasının liberallaşdırılmasını ön plana çəkmiş, 

lakin sonralar düşünülmüş, sellektiv proteksionist siyasətə keçidin zəruriliyini 

dərk etmişlər. 

Təəssüflər olsun ki, ölkəmizdə yerli istehsalın sellektiv tarif müdafiəsi 

sahəsindəki vəziyyət (o cümlədən tarif eskalasiyası prinsipinin tam şəkildə 

tətbiqi) heç də mövcud reallıqlara cavab vermir. 

Milli tarif sistemimiz proteksionist deyil, əsasən fiskal funksiya daşıyır. 

Bu cür qeyri-qənaətbəxş  vəziyyətin ildən-ilə  dəyişməz qalmasının  əsas 

səbəblərindən bıri kimi isə, fikrimizcə, məhz vergi ödəyicılərınin daxili 

vergilərin ödənilməsi sahəsindəki intizamının zəif olması  çıxış edir. Təbii ki, 

belə bir şəraitdə idxal rüsumları dövlət büdcəsinin ən etibarlı və sabit mədaxil 

mənbəyi kimi nəzərdən keçirilir. 

Hazırki mərhələdə baxılan yönümdə yeridilən tarif siyasəti çərçivəsində 

tarif dərəcələri sisteminin diversifikasiyası gücləndırilməlidir. Bu, bir tərəfdən, 

daha çevik proteksionist sıyasətini həyata keçirməyə, digər tərəfdən isə ÜTT-yə 

üzvlük istıqamətində aparılacaq danışıqların səmərəliliyini artırmağa imkan 

vermiş olar. 

Bu məqsədlə advalor gömrük rusumlarının  əsasən 5 faiz addımla dəyiş-

məsınin mövcud qaydasından imtina edilməli və onların daha qısa intervalla 

fərqləndırilməsi təcrübəsindən istifadə edilməlidir. 

Bütövlükdə  İqtisadiyyatın total liberallaşdırılması dövründə qiymətlər 

sisteminin və real sektorun gəlirlilik mənzərəsinin təhrif olunması üzündən 

milli İqtisadiyyatın həqiqi öncül istiqamətlərini müəyyən etmək heç də həmişə 

mümkün olmurdu. 

Bu da ölkədəki idxal tariflərinin diferensasiyası dərəcəsınin inkişaf etmiş 

ölkələrlə müqayisədə hazırda qat-qat aşağı olmasına gətirib çıxarmışdır. Məsə-




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə