Microsoft Word arif son variant doc



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə34/189
tarix16.11.2017
ölçüsü3,36 Mb.
#10560
1   ...   30   31   32   33   34   35   36   37   ...   189

 71

Bundan başqa TMK-larla və digər iri beynəlxalq  şirkətlərlə  əməkdaşlıq 

sənayenin qeyrı-neft bölməsində  də inkişafa səbəb  оlmuşdur. Bu baxımdan, 

kimya və neft-kimya, maşınqayırma, xüsusilə  də neftmaşınqayırması, 

cihazqayırma, yüngül və yeyinti sənayesi sahələrində belə  əməkdaşlıq 

imkanları genişlənir. 

Qeyd etmək lazımdır ki, bu prоblemlərin həllində milli İqtisadiyyatın rəqabət 

gücünün yüksəldilməsi məqsədilə ixrac qabiliyyətli və idxalı  əvəz edə bilən 

mütərəqqi istehsal sahələrinin inkişafının stimullaşdırılması və qlobal proteksioniz-

m meyllərinin ölkəmizə mümkün mənfi təsirlərini neytrallaşdırmaq məqsədilə 

sosial-İqtisadi, texniki-istehsal, elmi-texniki və ekoloji siyasətin həmin sahələrdə 

dünya standartlarına nail olunmasına yönəldilməsi  оlduqca vacibdir. Bundan 

əlavə, xarici İqtisadi fəaliyyətin milli tənzimlənmə sisteminin hüquqi-normativ 

bazasının beynəlxalq hüquq normaları  və mütərəqqi dünya təcrübəsi, o 

cümlədən ÜTT-nin tələbləri  əsasında tamamlanması  və  təkmilləşdirilməsi 

məsələlərinə xüsusi əhəmiyyət verilir. 

Müasir dövrdə ölkənin xarici İqtisadi əlaqələrinin inkişafında regional və 

beynəlxalq  İqtisadi birlik və  təşkilatlarla  əməkdaşlığın genişləndirilməsi və 

gücləndirilməsi də əhəmiyyətli rol oynayır.  

Hazırda dünya üzrə çoxlu sayda beynəlxalq və regional İqtisadi birlik və 

təşkilatlar mövcuddur. Onların bəziləri böyük səlahiyyətlərə və resurslara malik 

olmaqla beynəlxalq və regional səviyyədə  İqtisadi, o cümlədən valyuta-kredit 

və maliyyə münasibətlərinin tənzimlənməsini həyata keçirir, digərləri isə 

İqtisadi siyasət üzrə hökumətlərarası müzakirələrin təşkili, məsləhətləşmələrin 

aparılması və konsensus hazırlanması üçün forum kimi çıxış edir, üçüncülər isə 

aktual  İqtisadi problemlər üzrə informasiya yığılmasını  və statistik və elmi 

nəşrlərin hazırlanmasını təmin edir. Bəzi beynəlxalq və regional İqtisadi birlik 

və təşkilatlar isə öz səviyyələrində sadalanan bu funksiyaların bir neçəsi və ya 

hamısı ilə məşğul olur.  

Eyni zamanda, müasir dövrdə ümumilikdə dünya və ayrılıqda konkret 

ölkələrin İqtisadiyyatlarının inkişafında beynəlxalq və regional İqtisadi birlik və 

təşkilatların rolu getdikcə artmaqdadır. Bu aşağıdakılarla şərtlənir: 

Dünya ölkələrinin təcrübəsi göstərir ki, bazar İqtisadiyyatına keçən 

ölkələrdə  İqtisadi transformasiyanı aparmaq, ölkə  İqtisadiyyatının gələcək 

inkişafını  təmin etmək, metodoloci çətinlikləri aradan qaldırmaq, mütərəqqi 

idarəetmə  təcrübəsinə yiyələnmək və müasir texnika və texnologiyanı 

mənimsəmək üçün maliyyə və texniki yardıma böyük ehtiyac duyulur. Məlum 

olduğu kimi, ilk növbədə beynəlxalq maliyyə  təşkilatları, xüsusən də BVF-lə 

əməkdaşlıq ölkəyə xarıci kapitalın axınına təkan verir. Bu da keçid 

İqtisadiyyatlı ölkələrin beynəlxalq və regional İqtisadi birlik və  təşkilatları ilə 

əməkdaşlığını zərurı edir. 

Azərbaycan  Respublikasının beynəlxalq və regional təşkilatlar və 

birliklərlə əməkdaşlığının müasir dövrdəki xüsusiyyətlərinin təhlili göstərdi ki, 

bu  əməkdaşlıq  əsasən beynəlxalq təşkilatlarla  əməkdaşlıq üzrə daha üstün 




 72

mövqeyə malik olmuşdur. Öz növbəsində, bu istiqamət üzrə əməkdaşlıq da da-

ha çox islahatların dəstəklənməsi, maliyyə sabitliyinin təmin edilməsi, sosial və 

infrastruktua sahələrinin inkişafı problemlərinə yönəldilmiş texniki və maliyyə 

yardımları göstərilməsi ilə  məhdudlaşmışdır. Buna görə  də ölkəmizin bu 

qurumlarla əməkdaşlığının səmərəliliyinin daha da artırılması və bu əməkdaşlı-

ğın digər istiqamətlər üzrə  də genişləndirilməsi, ümumiyyətlə, bu istiqamətdə 

görülən işlərlə ölkənin xarici İqtisadi  əlaqələrinin digər formalarının inkişaf 

istiqamətləri üzrə görülən işlərin sıx əlaqələndirilməsinə ciddi ehtiyac duyulur.  

Aparılan nəzəri və faktiki təhlilin nəticələrinə  əsaslanaraq və dünya 

təcrübəsini nəzərə alaraq bu qənaətə gəlirik ki, hazırda Azərbaycanda davamlı 

İqtisadi artımın təmin olunması,  İqtisadiyyatın struktur yenidənqurulması  və 

dünya təsərrüfat sisteminə inteqrasiyasının sürətləndırilməsi və  əhalinin həyat 

səviyyəsinin yüksəldilməsi baxımından beynəlxalq və regional İqtisadi birlik və 

təşkilatlarla  əməkdaşlığın potensial imkanlarından tam və  səmərəli istifadə 

olunması üçün ölkədə bu sahədə aparılan siyasətin aşağıdakı istiqamətlər üzrə 

təkmilləşdirilməsi və inkişaf etdirilməsi məqsədəuyğun olardı: 

- alınmış kreditlərin layihələr üzrə  məqsədyönlü istifadə olunmasına 

operativ nəzarətin gücləndirilməsi

- ölkə İqtisadiyyatının inkişafında mühüm rol oynayan sahələrə texniki və 

maliyyə yardımı göstərilməsi haqqında beynəlxalq və regional maliyyə 

təşkilatları ilə razılaşmalar əldə edilməsi; 

- istehsal, xidmət və bazar infrastruktur sahələrinin dünya standartları 

əsasında modernləşdirilməsi və inkişaf etdirilməsi üçün beynəlxalq və 

regional maliyyə təşkilatlarının imkanlarından maksimum yararlanmaq; 

- ölkənin Abşeron İqtisadi rayonu ilə yanaşı digər rayonlarında da İqtisadi 

həyatı canlandırmaq üçün bu rayonlarda səmərəli istehsal sahələrini 

müəyyənləşdirmək və bu sahələrə kreditlər cəlb etmək məqsədi ilə 

beynəlxalq maliyyə təşkilatları ilə məqsədyönlü iş aparılması; 

- qeyri-neft sektorunda istehsalın səviyyəsi və  səmərəliliyinin yüksəl-

dilməsində gözlənilən nəticənin əldə olunmaması bu istiqamətdə aparılan 

islahatların dərinləşdirilməsini obyektiv zərurətə çevirir və beynəlxalq 

maliyyə  təşkilatları ilə keyfiyyətcə yeni layihələr üzrə  əməkdaşlığı 

aktuallaşdırır. Bu əsasda ikinci özəlləşdirmə proqramının qəbulu və 

həyata keçirilməsində BVF və DB qrupu ilə  əməkdaşlıq mühüm rol 

oynaya bilər. BVF və DB qrupunun bu istiqamətdə qabaqcıl təcrübəsi 

özəlləşdirmənin daha səmərəli həyata keçirilməsinə  və real sektorun 

inkişafına kömək edə bilər. 

Qeyd etmək lazımdır ki, beynəlxalq  İqtisadi təşkilatlarla  əməkdaşlığın 

gələcəkdə  daha da səmərəli olması üçün, BƏT-lə  əməkdaşlığın uğurlu 

təcrübəsindən istıfadə etmək lazımdır. Bu təcrübədən xüsusilə ÜTT ilə 

əməkdaşlıq çərçivəsində istifadə etmək zəruridir. Məsələn, ölkəmizin ÜTT-yə 

perspektiv üzvlüyü istiqamətində görülən işlərin texniki, informasiya və s. 



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə