Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə25/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   21   22   23   24   25   26   27   28   ...   63

 
131
Gec-tez onun murdar nəfəsi qardaşımın dodaqlarına toxunacaqdı. 
Dünya qardaşıma yaraşmırdı.  
Mən dünyada mənə ən doğma olanı öldürməliydim. 
Mən göstərməliydim, sübut etməli, anlatmalıydım ki, bəndəliyə 
nifrətim doğmama, əzizimə, təkimə məhəbbətimdən artıqdır. 
Habildən qiymətli heç kimim yox idi. 
Onu özümdən çox istəyirdim. 
Ona görə də öldürdüm! 
Fəqət Habil öldü – bəndəlik ölmədi, ən yaxşı bəndə öldü – mütilik 
ölmədi. Fəlakətli səhvimi anladım. 
Allah yaşayırsa – bəndə tapılacaq! 
Allah bəndəsini tapacaq. 
Bəndəliyə tapınanların sayı-hesabı yoxdur! 
Allah bəndəliyi özüylə gətirir. 
Anladım ki, Habili nahaq öldürmüşəm. 
Allahı öldürməliydim. Ya da özüm ölməliydim! 
İndi ölmək istəyirəm, ölə bilmirəm. 
Allah məni dünya adlanan çirkabda əbədi yaşamağa məhkum edib. 
Bundan ağır cəza olmazmış! 
Allahın yaratdığı dünyada yaşamaq dəhşətdir. 
Ölüm isə məndən qaçır. 
Heç kəs məni yaşamaq işgəncəsindən qurtara bilməz. 
Dünyaya düşmüşəm, çıxa bilmirəm. 
Məşəqqətim dözülməzdir! 
Əlacım Allahı öldürməkdir. 
Onu öldürə biləcəyəmmi? 
 
 
2 Od 5-ci il. 
(2 iyul 1984-cü il). 
 
 
 
 
 
132
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
133
 
 
 
 
MUĞAM  
FƏLSƏFƏSİ 
 
 
MUĞAM  FƏLSƏFƏSİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
134
 
 


 
135
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Musiqi barmaqla çalınan deyil, 
Ölçü qalıbına salınan deyil,  
O, Ruhun Göylərə qovuşmasıdır, 
İlahi Məqamdır, adi an deyil. 
 
136
 
 
 
Muğama  Qayıdış 
 
 
Səhər çağı layla gəlir, mehr gəlir, ülfət gəlir isti ana 
nəfəsiylə ömrümüzə. 
Biz Muğama qayıdırıq. 
Bahar çağı  gənclik gəlir, sevgi gəlir, hicran gəlir, vüsal 
gəlir qəlbimizə.  
Biz Muğama qayıdırıq. 
Böyüyürük, dərk edirik həyat adlı bir hikməti: sevinciylə, 
kədəriylə, yoxuşuyla, enişiylə, gəlişiylə, gedişiylə. 
Biz Muğama qayıdırıq. 
Ətaləti, cəhaləti, neçə-neçə  qəbahəti, cinayəti rədd edirik
qərq edirik hiddət, qəzəb dənizində. 
Biz Muğama qayıdırıq. 
Ömür sona yetən zaman tapşırırıq körpələrə  əsilliyi, 
məğrurluğu, həssaslığı, kamilliyi. 
Biz Muğama qayıdırıq. 
 
 


 
137
Birinci  Hissə 
 
 
 
MAHİYYƏT 
 
 
İlk Söz 
 
Muğam Fəlsəfədir – Bədii, Şairanə, Atəşin. 
Şərq – Fəlsəfanə Oxuyub, Şairanə Düşünüb – və bu onun 
Gücüdür, – Zəifliyi deyil, Üstünlüyüdür, – Əskikliyi deyil. 
Şərq Fəlsəfəsi Vəhyə  əsaslanır, Vəcdə  əsaslanır,  İlhama  əsas-
lanır, Ehtizaza əsaslanır – Peyğəmbərliyə daxilən, üzvi surətdə 
Doğmadır – Peyğəmbərliyi yaradıb, Peyğəmbərlikdən Yaranıb. 
Muğam Fəlsəfəsi haqqında Kitab – Şərq Filosofluğunun  Özünə-
məxsusluğu haqqında Kitabdır – Zəkanın, Hissin, Əxlaqın, İradənin 
Vəhdəti haqqında Kitabdır. 
 
 
Şölə Ayı, 11-ci il. Bakı. 
(iyun, 1990-cı il). 
 
 
138
Birinci  Fəsil 
 
MUĞAM –  FƏLSƏFİ   HADİSƏ  KİMİ  
 

Muğam Ülvi həyat konsepsiyasını təsdiq edir. 
Muğam  əsil ruhani mövcudiyyət haqqında dahiyanə musiqi 
hekayətidir. Onda Kamil Yaşamağın bütün zənginliyi, pillələri, 
keçidləri, mürəkkəb idraki-hissi əlaqələri öz ifadəsini tapıb. 
Həyat muğamda  İnsanın Dünyaya, onun Kədərinə,  Əzabına, 
müxtəlifliyinə, ziddiyyətlərinə, təzadlarına qovuşması kimi məna-
landırılır. 
Şəxsiyyətin miqyası burada taleyini ruhunda daşımaqla,  əxlaqi 
qorxmazlıqla, idraki mütləqiliklə, Mahiyyətin,  Əbədiliyin,  İdealın 
dərkiylə ölçülür. 
Həyatla qaynayıb-qarışan, həyata qovuşan,  İdeala can atan 
Şəxsiyyəti təsdiq edir Muğam. 
Həmin Şəxsiyyətin əsas xassəsi – Dünyanın mənasına qovuşmağa 
Güclü, Ülvi, Gərgin Ehtirasdır. 
Muğamda  İnsanilik – Möhtəşəm, Miqyaslı,  Əhəmiyyətli hadisə 
kimi təqdim olunur. 
Muğam – pillə sənətidir. 
Muğamın hər bir pilləsi insan həyatının bir mərhələsidir. 
Muğam İnsanı həyat pillələri vasitəsiylə İdeala qaldırır. 
Bu hadisənin  əsas xassəsi ehtizaz səviyyəsinə yetən Daxili İdraki 
hissi Gərginliyin ardıcıl şəkildə artmasıdır. 
Muğama görə  İnsani həyat ülvidir, çünki insan həyatın 
zərbələrinə tab gətirir və bununla da İdeala yüksəlir. 
Muğama görə İnsani həyat  ülvidir, çünki İnsan Zirvə səviyyəli 
Duyğulara – bəsit hisslərə yad olan həyəcanlara ucalır. 
Muğama görə  İnsani həyat ülvidirçünki Ruhaniyyat bir 
səviyyədə qalmır, daim mürəkkəbliyə, kamilliyə, mahiyyətə doğru 
hərəkət eləyir. 


 
139
Muğama görə  İnsani həyat  ülvidir, çünki  İnsan son nəticədə 
həyatdan yuxarı, özündən yuxarı qalxa bilir, İdeala, Mütləqə qovuşa 
bilir. 

İdeala Yüksəlmə hadisəsi Muğamda Qəmdən – Qəmin inkarına, 
Həyatdan – İdeala qovuşmaya Qanunauyğun, Zəruri, Təbii keçidlə 
səciyyələnir. 
Qəm Muğamda hərtərəfli tədqiq olunur, dərindən dərk edilir və 
əsaslı şəkildə aradan qaldırılır; İdeal – Qəmdən kənara çıxmaq, Qəmin 
fəlsəfi inkarı kimi təqdim olunur. 
İdeal Qəmin üzərində ucalır. 
Muğam sübut eləyir ki, Həyat Kədərlə məhdudlaşmır; o, Kədərdən 
artıqdır; Kədəri aradan qaldırmaqla Həyat İdeala çatır. 
İdeal – Həyatdan artıqdır; Həyat özündə qala bilmir, labüd 
şəkildə özündən kənara çıxır; – Kamilə, Mütləqə qovuşur – 
Muğamdakı İdeal konsepsiyasının mahiyyəti bundan ibarətdir. 
İdealla görüş Muğamda xüsusi, qeyri-adi, sirli, sehrli, vəhyli, 
ehtizazlı hadisə kimi meydana çıxır. 
Həyat – Ali Həyata keçir. 
Qəhrəmani Şəxsiyyət Dünyanın Faciəvi Mənasını dərk edir, duyur, 
həmin Mənayla birgə yaşayır; ancaq son nəticədə onun üzərində 
Yüksəlir və Kamilliyə çatır. 
Dünya bütün zənginliyiylə  dərk olunur, ancaq İnsan Dünyayla 
kifayətlənmir, ondan kənara çıxır. 
Həyatdan  Ali Həyata – Qəhrəmani, Ülvi Şəxsiyyətin Ruhani Yolu 
budur. 
Həyati iztirablara qarşı qorxmazlıq, Kamillik Ehtirasında 
Qorxmazlıq, Kamilliyə Qovuşma Qətiyyətində qorxmazlıq – əsil 
İnsani mövcudluğun başlıca keyfiyyətləri bunlardır! 
Muğamda  İnsan Ülvi Məqsədinə yetmək üçün  Yetişir,  o, 
həyatın bütün keşməkeşlərindən keçib müdriklik, ruhani güc qazanır. 
Ruhani Yetkinliyə nail olan İnsan Ali, İdeal, Mütləq Kamilliyə can 
atır. 
Həyatı dərk eləyib, İdeala ucalır. 
 
140
Həyatı  dərk etməklə  İdeala ucalmaq arasında  əsaslı  fərq var: 
ikincidə Duyğular, Ehtiraslar tüğyan edir, Hadisənin Müqəddəsliyi, 
Bənzərsizliyi, Əlçatmazlığı təsdiq olunur. 
 

Muğamda Həqiqi və Əxlaqi bərabərləşir.  
Yalnız Kamil Şəxsiyyət həqiqəti dərk edə bilər. 
Yalnız Həqiqət  Kamil Şəxsiyyət yetirə bilər. 
Əxlaqi Kamillik Tələbi Muğamda Həqiqəti dərk etmək 
Tələbiylə birləşir. 
Həqiqəti dərk etmək burada Əxlaqi Kamilliyə çatmaq demək 
olur. 
Əxlaqi Kamillik Həqiqəti dərk etmək demək olur. 
Varlıq və  İdrak Muğamda vəhdət təşkil eləyir: Xeyirin və 
Müdrikliyin, Əməlin və Biliyin üzvi birliyi yaranır. 
«Yalnız Əxlaqi olan – Həqiqidir. 
Yalnız bilən Əxlaqidir. 
Yalnız Həqiqi – Kamildir!» – deyir Muğam. 
Həm Kamillik, həm də  Həqiqilik özünü İdealda, Mütləqdə 
hərtərəfli təsdiq eləyir. 
«Yalnız İdeal olan (Mütləq olan) – Kamildir. 
Yalnız İdeal olan (Mütləq olan) – Həqiqidir!» – deyir Muğam. 
 

Muğamın dialektik məzmunu onun bədii biçimini (strukturasını) 
müəyyən eləyib. 
Muğam ilk növbədə Vahidliyin və Müxtəlifliyin dialektikasına 
dahiyanə nümunə sayılmalıdır. 
Musiqi konsepsiyası Vahid mövzudan doğur; dəyişir, inkişaf edir
variasiyalaşır, öz əksinə çevrilir və son nəticədə yenidən yeni şəkildə 
özünə qayıdır. 
Dialektik inkişafın mahiyyətini ifadə eləyən hadisə baş verir: 
Vahidlik dialektik şəkildə Özündən Özünə qayıdır. 
Muğam əsas motivin (Leytmotivin) idraki-hissi zənginliyini, dina-
mizmini parlaq şəkildə, hərtərəfli göstərir… 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə