Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə26/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   22   23   24   25   26   27   28   29   ...   63

 
141
Müxtəliflik Vahidliyin təzahürü kimi meydana çıxır. 
Vahidlik Müxtəlifliyin Mahiyyəti kimi meydana çıxır. 
Bu səbəbdən də Muğam həm Vahid Fəlsəfi  İdeyadır, həm də 
müxtəlif Fəlsəfi İdeyalar Sistemidir. 
Muğamda Musiqi ideyasının daxili inkişafı öz yüksək bədii 
ifadəsini tapıb. 
Muğamın hər bir pilləsi labüd, təbii, üzvi şəkildə, ardıcıl 
surətdə digər pilləni hazırlayır, təzə mövzu rüşeym halında onun 
daxilində yetişməyə başlayır, yeni xassələrlə  zənginləşir və son 
nəticədə İdeyanın təzə pilləsini yaradır. 
Bütün pillələr bir yerdə Ali, xüsusi Pilləni hazırlayır – özlərinin 
Əksi, İnkarı kimi və həmin Pillə Əzələ Qayıtmaqla başa çatır. 
Beləliklə də, Muğam 4 qanunauyğunluqla səciyyələnir: 
1. Əsas mövzunun təsdiqiylə. 
2. Onun inkişafı və yeni keyfiyyət kəsb eləməsiylə. 
3. Yüksək pilləyə qalxmasıyla. 
4. Yeni şəkildə özünə qayıtmasıyla. 
Vahid Musiqi İdeyası  aşkarlaşaraq, inkişaf eləyərək özünün əks 
varlığı kimi Yüksək Pilləyə çatır və öz Əzəli vəziyyətinə qayıdır. 
İdeya öz əksinə çevrilir və yeni şəkildə özünə qayıdır – 
musiqidə dialektik dərk etmənin dahiyanə nümunəsiylə rastlaşırıq 
Muğamda. 
 

Muğam – İnsanın ruhani mahiyyətinin Zirvə  səviyyəsində 
ifadəsidir. 
Sənət tarixində Muğam səviyyəli  İnsanı  dərk etmə qüdrətinə rast 
gəlmək çətindir. 
Bənzərsiz idraki, hissi zənginliklə rastlaşırıq Muğamda: Kədər, 
Ülvilik Ehtirası, Heyrət, Özünütəsdiq harayı, Vəcd, Özünüdərketmə, 
Özünütəmizləmə, Vəhy kimi Ruhani keyfiyyətlər özünün bənzərsiz 
ifadəsini tapır Muğamda. 
Aydınlıq və mürəkkəblik, Coşğunluq və Mehr – bütöv Ruhanilik
İdeallıq, Ülvilik – Muğamda Vahidləşir. 
 
142
Hədsiz dərəcədə Hissi sənət olan Muğam, həm də hədsiz dərəcədə 
İdraki sənətdir – Həqiqəti, həqiqi Həyatı, həqiqi İnsanı dərk edən. 
Hisslərin İdrak tərəfindən idarə olunmasına əlçatmaz nümunə, 
dahiyanə arxitektonika kamilliyinə, tamla hissənin vəhdətinə, üzvi 
keçidlər ahənginə çatmış Sənət. 
Hisslə İdrakın, Müdrikliklə İlhamın birliyi. 
Dahiyanə sintez zirvəsi! 
Bir tərəfdən – Rica, Etiraf musiqisi. 
Digər tərəfdən – Möhtəşəm Ehtizaz musiqisi. 
Duyğu, Zəka və İradə vəhdəti. 
«Həqiqət Ehtiraslı Zəkada dərk olunur» – deyir Muğam. 
«Ali Ehtiras – Zəkalıdır» – deyir Muğam. 
«İradə Ehtiraslı Zəkanı aşkara çıxarır» – deyir Muğam. 
Muğam Fəlsəfə dilində danışır. 
 

Muğam Sabitliyin və  Dəyişkənliyin qarşılıqlı  əlaqəsi  əsasında 
qurulur.  Əvvəldə  əsas təqdim olunmuş musiqi İdeyası daim təkrar 
olunur. 
Eyni zamanda hər şöbənin musiqi mövzusu təkrar olunur. 
Həm  əsərin bütöv ideyası, həm də  hər  şöbənin mövzusu daim 
dəyişir, variasiyalaşır, zənginləşir və son nəticədə yenidən özlərinə, öz 
əzəli Mahiyyətlərinə («Substratlarına»)  qayıdırlar… 
Muğamda  dəyişkənlik Mahiyyətin daxili imkanlarının, poten-
siyasının  aşkarlanma  biçimi kimi meydana çıxır,  sabitlik  –           
Üzə çıxanın, Zahirinin daxili Mənasını ifadə eləyir. 
Mahiyyət Dəyişkənlik vasitəsiylə aşkara çıxır. 
Dəyişkənlik Mahiyyət vasitəsiylə Mənalanır. 
Həyat Muğamda Daxiliylə Aşkarın birliyi kimi qiymətləndirilir. 
Mahiyyət Aşkarlıq imkanıdır. 
Aşkarlıq – Mahiyyətin ifadəsidir. 
İnkişaf, dəyişkənlik, variasiyalar vasitəsiylə Mahiyyət aşkarlanır. 
Əsas İdeyaya yenidən qayıtmaq – Mahiyyətə qayıtmaqdır… 
İdeala, Kamilliyə, Mütləqiliyə yüksəlmək  İnsani Mahiyyəti 
təsdiq etmək deməkdir. 


 
143
İnsan Mütləqə çatanda özünə çatır. 
Muğam  İnsanın öz Mahiyyətinə çatmaq ehtirasını, həm də onun 
gerçək mövcudiyyatıyla  İdeal Mahiyyəti arasında nəhəng səddi 
göstərir… 
Muğam Mahiyyət Sabitliyi və Mövcudluq dəyişkənliyi 
haqqında hekayətdir. 
Beləliklə  də Muğamda Sabitliyin və  Dəyişkənliyin qarşılıqlı 
əlaqəsi, dialektikası aşağıdakı məqsədlərə xidmət eləyir: 
1.  Musiqi İdeyasının çoxcəhətli imkanlarını aşkara çıxarır. 
2.  Həmin müxtəlifliyin Mahiyyətini açıb göstərir. 
3.  Mahiyyətlə Mövcudluq arasındakı Ümumi və  Fərqli 
keyfiyyətləri mənalandırır. 
4.  İnsani həyatın musiqi rəmzini yaradır. 
 

Muğam – həm Eposdur, həm Dramdır, həm də Lirikadır. 
Eposdur, çünki İnsan Ruhunun hünərindən danışır. 
Dramdır, çünki İnsanın gərgin, ardıcıl üzvi özüylə döyüşündən 
danışır. 
Lirikadır, çünki Kamillik eşqinin riqqətindən danışır. 
Muğam tək Leytmotiv, Baş mövzu vasitəsiylə yox, həm də 
Nəqledənin surətiylə vahidləşir. 
Nəqledən mütəfəkkir və  şairdir, dünyanın ağını-qarasını görmüş, 
Müdrikliyi Ehtirasla, Biliyi Təblə birləşdirən… 
Muğamın  əvvəlində o, hekayətdən ayrılır, hadisələrin obyektiv 
təsvirçisi səviyyəsindən kənara çıxmır. 
Sonrakı pillələrdə o, hekayətlə birləşir, onun Qəhrəmanına çevrilir, 
Ruhani Kamillik dərəcəsinə qalxır; – Muğamın sonunda o, təzədən 
obyektiv təsvirçi roluna qayıdır. 
Beləliklə  də  Nəqledənin Yolu Muğamın dialektik Quruluşuna 
uyğundur. 
Obyektiv təsvirçi sonralar nəqletmə subyektinə çevrilir, öz əvvəlki 
rolunu inkar eləyir, ancaq nəticədə yenidən öz əvvəlki səciyyəsinə 
qayıdır… 
 
144
Əsərin  əvvəlində o, adi hekayətçidir, başqa pillələrdə hekayətin 
Qəhrəmanına çevrilir, sonra öz nəqledici xassəsinə. 
Muğam Mütəfəkkir ağlıyla dərk olunmuş,  Şair qəlbiylə 
duyulmuş İnsani dünyadır. 
Muğam – səslə ifadə olunmuş Şairanə Fəlsəfədir. 
 

«İztirabdan  Sevincə!» – deyir Qərb klassik musiqisi Bethovenin 
diliylə. 
«İztirabdan – Kamilliyə!» – deyir Muğam. 
«İztirabın Qiyməti Sevincdir!» – deyir klassik Qərb musiqisi. 
«İztirabın qiyməti – Kamillikdir!» – deyir Muğam. 
İradənin Qələbəsiylə aradan qaldırılır Faciə  Qərb klassik 
musiqisində. 
İdeala yüksəlməklə aradan qaldırılır Faciə Muğamda… 
İnsandan kənar güclə müəyyən olunurdu Faciəvi münaqişə  Qərb 
klassik musiqisində. 
Özüylə daxili Döyüşlə müəyyən olunur Faciəvi münaqişə 
Muğamda. 
«Taledən Yüksəyə qalxmaq!» –  Qərb klassik musiqisinin meyarı 
budur. 
«Özündən Yüksəyə qalxmaq!» –  Muğam meyarı budur. 
Özünütəsdiq Qəhrəmanlığını  tərənnüm eləyirdi Qərb klassik 
musiqisi. 
Özündənkeçmə Qəhrəmanlığını tərənnüm eləyir Muğam. 
«İztirab – özgələşmə Pilləsidir!» – deyir klassik Qərb musiqisi. 
«İztirab – İdrak Pilləsidir!» – deyir Muğam. 
«Faciə – antiinsanidir!» – deyir klassik Qərb musiqisi. 
«Faciə – Ülvi Ruhun Təbii Vəziyyətidir!» – deyir Muğam. 
«Faciə – qeyri-idrakidir!» – deyir klassik Qərb musiqisi. 
«Faciə – Zəruridir!» – deyir Muğam. 
Faciəviliyin iki biri-birinə zidd konsepsiyaları!.. 
Birincidə  İradə Möhtəşəmliyi, ikincidə  İradə Ruhaniliyi  təsdiq 
olunur. 
 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə