Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə27/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   23   24   25   26   27   28   29   30   ...   63

 
145

Muğam Ehtizazı bənzərsizdir. 
Bu nə Bethovenin məşhur Kreşendosu (coşğun ahəngi), nə  də 
Baxın Sonsuzluq Patetikasıdır. 
Bu, müxtəlif hisslərin Vahid bir Tamda birləşməsidir. 
Bu, Hisslərin, Fikirlərin Xüsusi, Yeni xassəsidir. 
Bu, tədricilik həddini aşmaq, qeyri-adilik mərhələsinə 
yetişməkdir. 
Bu, Ruhani Carın, Çağırışın ifadəsidir. 
Ruhani Carda, Çağırışda  İnsan özünə Sahib olur: Heyrət hissi, 
Vəhy hissi, Təmizlənmə hissi, Azadlıq hissi  yaranır. 
Ehtizazda Kədər öz Zirvəsinə çatır və Kədərdən böyük olur. 
Ehtizazda Heyrət öz Zirvəsinə çatır və Heyrətdən böyük olur. 
Ehtizazda Vəhy öz Zirvəsinə çatır və Vəhydən böyük olur. 
İnsanın Duyğuları, Fikirləri,  Əməlləri Ehtizazda Adilik həddini 
aşırlar. 
«İnsan özündən böyükdür!» – deyir Muğam Ehtizazı. 
«İnsanın Duyğuları həyata sığmayır!» – deyir Muğam Ehtizazı. 
«Yalnız özündən kənara çıxanda  İnsan özünə çatır!» – deyir 
Muğam Ehtizazı. 
 
 
10 
Bu səbəbdən də Muğamın Təmizlənmə, Katarsis gücü sonsuzdur.  
Muğam İnsanı hərtərəfli təmizləyir. 
Böyük iztirab vasitəsiylə onu kiçik iztirablardan təmizləyir. 
Kamillik vasitəsiylə onu qeyri-kamillikdən təmizləyir. 
Ruhanilik vasitəsiylə Ruhsuzluqdan təmizləyir. 
İnam vasitəsiylə İnamsızlıqdan təmizləyir. 
İdeal Duyğular vasitəsiylə Duyğusuzluqdan təmizləyir. 
Həqiqət vasitəsiylə Naşılıqdan təmizləyir. 
İradə vasitəsiylə İradəsizlikdən təmizləyir. 
Ülvilik vasitəsiylə Bəsitlikdən təmizləyir. 
Sintez səviyyəsində təmizləyir, Zəkanın, Duyğunun, İradənin birgə 
gücüylə. 
 
146
11 
Muğam və Simfonizm – biri-birinə yaxın və həm də biri-birindən 
uzaq hadisələrdir. 
Yaxınlıq – həyatın fəlsəfi mənasına meyildə, biçimin dialektik 
quruluşunda vahidliyin və müxtəlifliyin, İdrakın və Hissin üzvi vəhdə-
tində, ehtirasların miqyasında, musiqi konsepsiyalarının genişliyində 
aşkara çıxır. 
Həm Muğam, həm də simfoniya bir vahid musiqi İdeyasından 
doğur; – həmin ideya dialektik surətdə  təbii  şəkildə inkişaf eləyir, 
dəyişilir və son nəticədə yenidən özünə qayıdır. 
Həm Muğam, həm də simfonizm İdeala, Ülviliyə can atır. 
Həm Muğam, həm də simfonizm dialektik təfəkkürə əsaslanır. 
Həm Muğam, həm də simfonizm sənətin bütün növlərini 
özündə birləşdirir. 
Bununla bərabər Muğam simfonizmdən ciddi surətdə fərqlənir. 
Muğam simfonizmdən fərqli olaraq, hər pillədə təzadlı mövzu-
ların toqquşmasına meyil eləmir,  əksinə, hissənin, mərhələnin 
tamlığına, bütövlüyünə doğru kamilləşir. 
Simfonizm dünyanı  əks qüvvələrin toqquşması kimi şərh edir, bu 
səbəbdən də təzadlıq – onun əsas xassələrindəndir. 
Muğam Dünyanın Mənasını  İdeala yüksəlmək, Kamilliyə çatmaq 
sayır. 
Bu səbəbdən də Muğamda Yeganə – Bütöv, Ümumi, bütün 
hissələrə aid olan təzad var: Həyatla  İdeal arasındakı  Təzad; – hər 
hissəyə aid olan Təzadlıq Muğama xas deyil. 
Muğamda Vahidlik Əsas Musiqi İdeyasının tam, hərtərəfli, ardıcıl, 
aramsız aşkarlaşması, gerçəkləşməsi vasitəsiylə təsdiq olunur. 
Bu səbəbdən  Əzələ Qayıtmaq hadisəsi Muğamda simfonizmdən 
fərqli şəkildə həll olunur. 
Simfonizmdə Qayıtma təzadlı qüvvələrin döyüşü nəticəsində
Muğamda isə Vahid İdeyanın təsdiqi nəticəsində baş verir. 
Muğamda  Əzələ qayıtmaq – İnsanın öz mahiyyətinə yetməsi 
kimi mənalandırılır. 


 
147
Muğamla simfonizmin arasında fərqin fəlsəfi mənası, bizcə, 
ondadır ki, simfonizm İnsanın Zamanla əlaqəsini, Muğam isə İnsanın 
öz Ruhani Mahiyyətiylə əlaqəsini tədqiq edir. 
 
12 
Muğamın fəlsəfi dərki təzə başlayır. 
Muğam haqqında yazan filosoflar – filosofluqdan daha çox, 
musiqişünaslığa meyil ediblər. 
Bizim məqsədimiz Muğamın fəlsəfi tədqiqini başlamaqdır. 
Təzə  tədqiqatçılar gələcək və  əbədiliyimiz olan Muğam haqqında 
təzə söz söyləyəcəklər! 
 
 
İkinci  Fəsil 
 
MUĞAMIN  ÜLVİ HƏYAT  KONSEPSİYASI 
 
I. «Rast» muğamı 
 
«Maye-Rast» 
Həyatla  Görüş – Aydınlıqla, Ciddiliklə görüş kimi mənalandırılır. 
Bu keyfiyyətlər ardıcıl  şəkildə  zənginləşir, dərinləşir, incələşir, artır, 
yüksəlir. 
Şəxsiyyətin qarşısında Aydın, Ciddi Həyati üfüqlər açılır. 
Həm də Dünyayla görüşən  İnsanın Ruhani Aydınlığı, 
Ciddiyyəti aşkara çıxır. 
«Həyatda  İnsan nəylə rastlaşırsa rastlaşsın – Həyatın Mahiyyəti 
Aydın və Ciddidir!» – deyir Muğam. 
«Həyatda  İnsanı  nə gözləyirsə gözləsin – onun Ruhu Aydın və 
Ciddidir!» – deyir Muğam. 
Öz dərin mahiyyətiylə Aydın həyat, öz daxili mənasıyla Aydın 
Ruh. 
«RAST» Muğamının ilkin pilləsi bu ideyanı ifadə eləyir. 
Həyatın Aydınlığı – Həyat Ülviliyinin İfadəsidir. 
 
148
Ruhun Aydınlığı – İnsan Ülviliyinin İfadəsidir: qorxudan, 
şübhədən, yadlıqdan azad olmaq! 
Dünyayla görüş – daxili dəyanət,  əqli və hissi təmizləmə  tələb 
eləyir. 
«Maye-Rast» həyatın istisini-soyuğunu duyan, ruhani saflığa can 
atan müdrik şəxsiyyətdən danışır, sanballı, zəhmli, geniş mahiyyətli, 
aydın, ciddi! 
Həm də onda gələcək gərgin daxili münaqişələrin sədası eşidilir. 
Həmin səda Əzəlini, İlkini, Əbədini, Sonsuzu təsdiq eləyir. 
 
«Hüseyni» 
Aydınlıq, Ciddilik tədricən, labüd şəkildə Dramatikliyə,  
Gərginliyə keçir, – Həyatla təması, üzvi ahəngi saxlamaq 
çərçivəsində. 
İnsan Dünya Kədəriylə qarşılaşır və ondan çəkinmir, çiyninə dərd 
yükü götürür… 
Burada Ülvilik Mənəvi dəyanət biçimində meydana çıxır. 
İnsan həyatı olduğu kimi qəbul eləyir. 
Çoxcəhətli, çoxrəngli, çoxsəsli, çoxmənalı, çoxüzlü dünya – 
dəhşətiylə, fəlakətiylə qəbul olunur. 
Aydın olur ki, Ülvilik – mürəkkəb hadisədir, onun fərəhinə bərabər 
Kədəri var… 
Ruh Aydınlığını itirmir, ancaq Aydınlıq yeni məna kəsb edir. 
Şər – Kədər yaradır, Kədər – Şərdən imtina qətiyyəti. 
Ülvi Həyat – Şərə qarşı duran Ali Həyat kimi qiymətləndirilir. 
Həyatın Mahiyyəti ilə  Təzahürü arasındakı Ziddiyyət aşkar 
olunur. 
 
«Vilayəti» 
Şəxsiyyət ilə şər arasında Yağılıq yaranır. 
«Vilayəti» pilləsində Muğam İnsanın Dünyaya təzə münasibətinin 
doğulmasını təsdiq edir. 
Ehtiraslı, Döyüşkən sədalar eşidilməyə başlayır, inkar əzmi, daxili 
patetika, sarsıntılı nidalar – əzəmətli ruhani əməli hazırlayır. 
 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə