Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə30/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   26   27   28   29   30   31   32   33   ...   63

 
159
2.  «Çahargah»  muğamı 
 
«Maye-Çahargah» 
Dünyayla görüş – Zəkanın, Mənəviyyatın və  İradənin Mahiyyətə 
can atması kimi meydana çıxır. 
Fəlsəfi Kədər Ali, İdeal Həyatın Zəruriliyindən bəhs edir. 
Dünyayla  İdraki, Hissi Təmas Bəsitlikdən kənara çıxmaq Hökmü 
yaradır. 
«Maye-Çahargah» Zəkanı  İdeala Yönəldir,  İdeala Yüksəliş 
Zəruriyyəti yaradır. 
Dünyanın zəngin Təzahürləriylə Təmas. 
Dünyanın İdeal Mahiyyətinə qarşısıalınmaz ehtiras doğur. 
İnsanın Dünyayla Görüşünün  Əhəmiyyəti, Ziddiyyəti, Ülviyyəti, 
Qeyri-adiliyi bundadır. 
 
«Bəstə-Nigar» 
Həyat Kədər vasitəsiylə  dərk olunur; – Kədər – İdeal həsrəti 
yaradır, Qəm – həyatın Mahiyyətə çatmamasından danışır, zirvə 
səviyyəsində o, – İdeal Eşqi doğur, ona çevrilir. 
Kədərlə dərk olunan Həyat özündən kənara çıxır, İdeala qovuşmaq 
həsrətiylə çırpınır. 
 
«Hasar» 
Şərlə münaqişə  İdeal Eşqini gücləndirir, onu ən yüksək həddə 
çatdırır. 
Ruhani İradə Dünya Şərini İnkar edir, İdealı ona qarşı qoyur. 
Həsrət Vüsal istəyir. 
Yanğı bulaq arzulayır. 
Gərginlik – Yüksəliş Çılğınlığı doğur. 
 
«Mənsuriyyə» 
İdeala qovuşmaq – duyğuların, düşüncələrin, Ruhani İradənin, 
İstəyin coşğun, hiddətli təlatümü biçimində baş verir, Ülvi Mənəvilik, 
Sarsıntılı Vəhy, Şiddətli Zəka Məqamı, Qəlbin Zirvə halı tüğyan edir. 
İdealla Zənginləşmiş Başlanğıcda tamlanır Ehtiras. 
 
160
 
3.  «Bayatı-Şiraz» muğamı 
 
«Maye-Bayatı-Şiraz» 
Varlığın Vahid Mənasını ifadə eləyən çoxcəhətli, çoxsəsli 
duyğular. 
Dünyayla Görüşdə Dünyadan Böyüklə Görüşmək. 
Dünyanın İdeal mənasıyla Görüşmək. 
Daxili olanla Görüşmək. 
Vəhdətə aparan müxtəliflik!.. 
Ruhani Vahidlik – Təzə Ölçü, Təzə Ucalıq, Təzə Miqyas. 
Həyata İdeal Meyarıyla yanaşmaq. 
İdeala Ucalmaq imperativi – Tələbi. 
 
«Bayatı-İsfahan» 
Kədərdə Dünyanı görmək və İdealı sevmək. 
Təzahürün Mahiyyətdən aşağı olmasını dərk eləmək. 
Dünya kədər gətirir, çünki İdeala bərabər deyil: Dünyanı  dərk 
etdikcə İdeal həsrəti artır… 
Kədər Zirvəsindən Həyat Zirvəsi görünür, İdeala Yol açılır – 
Mütləq, İdeal, Ali, Bənzərsiz, Ruhani Həyata. 
 
«Hüzzal» 
İdeala çatmaq – Kədərə üstün gəlmək. 
İşıqlanmaq, rəvanlaşmaq. 
Kədərin  İdealla qovuşmaq eşqinə çevrilməsi. Təzələnmiş  İlkinlik, 
Əzəlilik. 
 
4.  «Şur» muğamı 
 
«Maye-Şur» 
Ciddiyyətdə  çılğınlıq yaşayır, Bitkinlikdə Sonsuzluq, Gerçəklikdə 
– İdeal. 
Şöbə İdrakı, Hissi, İradəni Mahiyyətə yönəldir. 


 
161
İdeala Yüksəlmək Zəruriliyi Dünyayla görüşün  əsas cəhəti kimi 
mənalandırılır. 
Həyatda qeyri-kamillik, ziddiyyət, nisbilik çoxdur. 
Onları aradan qaldırmaq üçün İdeala çatmaq gərək. 
Həyatın dialektikası İdeala keçid tələb edir. 
Dünyayla görüşdə  Təzahürlə Mahiyyət arasında Ziddiyyət aşkara 
çıxır. 
Onu İdeala Yüksəlməklə aradan qaldırmaq olar. 
Yalnız Ali, İdeal Həyatda – Kamil İdrak, Kamil Mənəviyyat, 
Kamil İradədə İnsan özünü tam ifadə edə bilər… 
Bu səbəbdən də  İdeala çatmaq labüd zəruriyyət kimi meydana 
çıxır. 
Dünyayla görüşdə  İnsan Dünyadan Yüksəyə qalxmaq Zəruriyyəti 
ilə qarşılaşır. 
«Maye-Şur» həmin Zəruriyyətdən danışır – müdrikcəsinə, 
Ehtirasla. 
  
«Zəmin-Xara» 
Həyat Yollarıyla Yerimək Ruhani İradə Səyi tələb eləyir. 
İztirab Yükü, İdeal Həsrəti! 
Yorulmaz, İnadlı, Müdrik Yolçu Yolundan dönmür, Mahiyyətə yön 
alır, Gerçəklik Səddini aşır. 
Ruhani Yol yaranır – İdeala aparan! 
 
 «Hicaz» 
Həyat nə qədər dərindən dərk olunursa, İdeal həsrəti, eşqi bir o 
qədər artır. 
Həyat özündən artığa, böyüyə, yüksəyə can atır. 
Bu, şiddətli daxili gərginlik yaradır. 
İdeal Eşqi Ruhani Ağrı, Səy törədir. 
Həyatdan Ali Həyat Həsrəti doğur. 
 
 
 
162
«Bayatı-Kürd» 
Kədərə aramsız, inadlı, ardıcıl, labüd Qayıtma İdeal Eşqinin 
Şiddətindən xəbər verir… 
Qapalı Kədər Dairəsi İdeal çağırır… 
Ruhun Kədərli Halı Həyatın İdeal səviyyəsini gözləyir. 
Mütləq Kədərdən qurtarmaq üçün Mütləq Həyata çatmaq gərək! 
 
«Simai-Şəms» 
İdeala Yüksəlmək Ruhaniliyin hərtərəfli, coşğun ifadəsi, Qəlbin 
Ülvi İstəyi kimi qiymətləndirilir. 
Hisslərin tamlığı, gücü hədd tanımır. 
İnsan riqqətli, heyrətli, zəngin yaşayır. 
«İdeala Yüksəlmək – Ruhun İdeal halını yaradır!» – deyir «Simai-
Şəms» və Əzələ Qayıdır – Yeni Biçimdə. 
 
5.  «Segah» muğamı 
 
«Maye-Segah» 
Kədər vasitəsiylə İdeal Zəruriliyini duymaq. 
Kədərin artması vasitəsiylə İdeal Zəruriliyini dərk etmək. 
Kədər Harayı vasitəsiylə İdeal Zəruriliyini çağırmaq. 
Kədər vasitəsiylə – İdeal Zəruriliyinə yüksəlmək. 
Kədər Müqəddəsliyi vasitəsiylə – İdeal Zəruriliyi Müqəddəsliyinə 
çatmaq. 
Kədər Gözəlliyi vasitəsiylə – İdeal Müqəddəsliyi Gözəlliyinə 
çatmaq. 
Kədər  Yolu vasitəsiylə – İdeala çatmaq. 
 
«Şikəsteyi-Fars» 
Kədər Zirvəsi – İdeal Eşqi. 
Kədər Ağrısı – Eşq İztirabı. 
Kədər çılğınlığı – Eşq Möhnəti. 
Kədər Odu – Eşq Yanğısı. 
Kədər Səması – Eşq Ucalığı. 
Kədər Zənciri – Eşq Usanmazlığı. 


 
163
«İrak» 
İdeala ucalmaq – Kədərin möhtəşəm Qüdrətə çevrilməsi! 
Hissi Zənginlik – Ruhaniliyin coşğun Təzahürü! 
İdeala çatmaq – Qəlbin Ülvi halının təsdiqi! 
 
Nəticə 
İdealla Gerçəkliyin  əlaqəsi Muğamda aşağıdakı  şəkildə 
mənalandırılır: 
Həyat özündən böyüyü – İdealı doğur. 
Həyatla Görüş Həyatdan Böyüyü – İdeal Zəruriliyini doğur. 
Həyatı Dərk etmək – İdeal Eşqi doğur. 
İdeala Yüksəlmək Ali Həyat yaradır. 
 
 
 
Dördüncü Fəsil 
 
MUĞAMDA  HƏQİQİLİYİN  
və  
ƏXLAQİLİYİN  DİALEKTİKASI 
 
1. Qanunauyğunluq 
Muğamda Həqiqilik – Mütləqiliyə, Kamilliyə, İdeallığa bərabərdir. 
Muğamda Əxlaqilik – Mütləqiliyə, Kamilliyə, İdeallığa bərabərdir. 
Həqiqətə çatmaq üçün Əxlaqa çatmaq gərəkdir. 
«Həqiqət yalnız Əxlaqca Kamilin üzünə açılır!» – deyir Muğam. 
«Yalnız Həqiqəti dərk eləyən əxlaqca kamil olur!» – deyir Muğam. 
Həqiqilik və Əxlaqilik – ayrılmazdır. 
Həqiqət – Mütləqin dərkidir, Əxlaq – Mütləq Ruhanilikdir. 
Mütləqi dərk etmək üçün Əxlaqca Kamil olmaq gərək! 
Mütləq Əxlaqa çatmaq üçün Mütləqi dərk etmək gərək! 
Mütləqi dərk edən Məqamda İnsan Əxlaqca Kamil olur. 
Əxlaqca Kamil olan Məqamda İnsan Mütləqi dərk edir. 
İdrak və Əxlaq – Vahiddirlər.  
Həqiqəti dərk etmədə Kamil Zəka və Kamil İdrak təsdiq olunur. 
 
164
Kamil Zəka həm də Kamil Əxlaq deməkdir. 
Kamil İradə həm də Kamil Əxlaq deməkdir. 
Həqiqət Ruhani Səylə qazanılır. 
Ruhani Səy – Əxlaqi Kamillik Yaradır. 
Həqiqət  Ruhaniyyatı təsdiq edir. 
Ruhaniyyat  Həqiqəti təsdiq edir. 
«Yalnız Müdrik – Əxlaqidir!» – deyir Muğam. 
«Yalnız Əxlaqi – Müdrikdir!» – deyir Muğam. 
 
 
2. «Rast» muğamı 
 
«Maye-Rast» 
Ruhani Dözüm, idraki, hissi təmizlənmə – Həqiqət dərkinin  əzəli 
kimi mənalandırılır. 
Qorxudan,  Şübhədən, Yadlıqdan  İmtina müdrikliyin əzəli kimi 
qiymətləndirilir. 
Ruhani Aydınlıq – Zəka Rəvanlığı kimi təsdiq olunur… 
Kamillik Ehtirası – İdrak Ehtirasına bərabər sayılır. 
Dünyayla görüş – Mütləqlə görüşün əzəli sayılır. 
Dünyanı Duyma – Ruhani Kamilliyin əzəli sayılır. 
Həyatla görüş  Həqiqət Ehtirası yaradır, Həqiqət Ehtirası  İdraki 
İradə yaradır, hər ikisi Ruhani təmizlənmə (katarsis) yaradırlar. 
Dərk edən Kamilləşir, Kamil Dərk edir. 
Şöbə Əxlaqi Kamilliyə çatmış Həqiqətçi təşəkkülündən bəhs edir. 
 
«Hüseyni» 
Həyatı  dərk edən  İnsan həm Həqiqət, həm də  Əxlaq pillələrinə 
qalxır. 
Daha çox bildikcə, daha Əxlaqi olur… 
İdrakın yeni pilləsinə qalxdıqca, Əxlaqın yeni pilləsinə qalxır. 
Kədər İnsanı həm Müdrik, həm də Əxlaqi eləyir. 
Həqiqət Kədəri – Həqiqəti olduğu kimi qəbul eləmək Qətiyyəti 
yaradır. 
Kədər vasitəsiylə Zəka Həqiqətə yön alır, İradə onu Qəbul edir. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə