Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə31/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   27   28   29   30   31   32   33   34   ...   63

 
165
Həyat Kədəri – Həyat haqqında Həqiqətdir, həm də onu Qəbul 
etmək əzmidir. 
Kədər vasitəsiylə Həyat dərk olunur və Ruhani İradə təsdiq edilir. 
«Həyat Kədərlidir!» – deyir Həqiqət… 
Həyat Əzmi Kədərdə Yetişir. 
Həqiqət Kədəri dərk edir, Əxlaq Kədərdə dərk olunur. 
Həyat Kədərlidir, çünki İnsan – Əxlaqidir, Ruhanidir; Xeyirə, 
Ədalətə meyillidir. 
İnsan qeyri-əxlaqi olsaydı, – Kədərli olmazdı. 
Bu səbəbdən də Kədərlə görüşmək – Əxlaqla görüşməkdir. 
Bu səbəbdən də  Həyatı  Kədər vasitəsiylə  dərk etmək  Əxlaqın 
mahiyyətini dərk etməkdir. 
O, həm də  Kədərin Kədərdən böyüyə çevrilməsi Zəruriliyini dərk 
etməkdir. 
Zəka Həqiqəti açır,  İradə  Əxlaqı  təsdiq edir, nəticədə  İnsan özü 
üzərində yüksəlir: Zəkalı  İradə  və  İradəli Zəka, Həqiqi Duyğu və 
Həqiqət Duyğusu təsdiq olunur. 
İdrakilik və Əxlaqi Kamillik biri-birinə qovuşur. 
«Hüseyni»  şöbəsi həmin möhtəşəm Ruhani hadisə haqqında 
müdrikcəsinə, ehtiraslı danışır. 
 
«Vilayəti» 
İdeal Eşqi – Həqiqət Pilləsi kimi mənalandırılır. 
İdrak Eşqi – Əxlaq Eşqi kimi qiymətləndirilir. 
İdrak Eşqi vasitəsiylə  Həqiqət dərk olunur və  Əxlaqi  İradə  təsdiq 
edilir. 
Əxlaqi İradə vasitəsiylə Ürək təmizlənir. 
Beləliklə də Həqiqət həm İdrak, həm Əməl, həm də Duyğu hadisəsi 
kimi meydana çıxır. 
Həqiqət Şəxsiyyətin həyatıyla dərk olunur. 
Şöbədə  Kədərli Həqiqət Dramatik Həqiqətə çevrilir, İradə, 
Hiss gərginləşir. 
İdrak bir pillə yüksəlir, eyni zamanda İradə  də, Hiss də bir Pillə 
ucalırlar. 
 
166
Kamillik Eşqi – Həqiqətin dərkini tələb eləyir, Mütləq Həqiqət 
Tələb eləyir – Mütləq haqqında Həqiqət Tələb eləyir.  
Mütləq Eşqi – Mütləq Eşq kimi – yəni Mütləq Həqiqət Mütləqə 
canatma kimi mənalandırılır. 
 
«İrak» 
İdeala çatmaq Mütləq Həqiqətə  və Mütləq  Əxlaqa çatmaq kimi, 
ömrün Ali Mənasına yüksəlmək kimi, Ruhaniliyin qələbəsi kimi 
təsdiq olunur. 
Duyğu seli çağlayır. 
 
 
3. «Çahargah»  muğamı 
 
«Maye-Çahargah» 
Qeyri-adi,  Əsrarlı, Daxili Dünyayla Görüş Yüksək  Əxlaqi həyat 
tələb eləyir: 
Ruhaniliyin Yüksək səviyyəsini: Duyğu Dərinliyini,  İradə 
Qətiyyətini! 
Dünyanı dərk etmək Zəruriyyəti Ali İnsani keyfiyyətlər Zəruriyyəti 
doğur. 
Zəka Əxlaqın daxilində yetişir, Əxlaq Zəkalaşır. 
Dünyayla Görüş – Əxlaqi Zəka yaradır. 
 
«Bəstə-Nigar» 
Kədər ensiklopediyası – Həqiqətin və Əxlaqın yeni Pilləsinin dərki: 
Müdrikliyin, İradənin, Duyğunun… 
Dünya haqqında Kədərli Həqiqət – Ürək haqqında, İradə haqqında. 
Fəlsəfi Kədər vasitəsiylə  Zəka  İdrakın təzə Üfüqlərinə çatır,        
Ruh – Duyğuların, İradə – Əməllərin təzəliyinə. 
Kədər Müdrikliyi, Hiss Tamlığını  və Ülviyyətini,  İradə Ucalığını 
təsdiq edir… 
Kədər Zirvəsinə çatan Zəka, Ürək və  İradə  Kədərdən yüksəyə 
qalxır: onların qarşısında Həqiqətin və  Əxlaqın təzə Üfüqləri, təzə 
Vəhdəti görünür. 


 
167
«Hasar» 
Dünya haqqında Həqiqət zənginləşir, dərinləşir, yeni miqyas kəsb 
edir. 
Ruh yeni Kamillik Ucalığı qazanır, İradə yeni Qüdrət. 
Mütləq Həqiqətin dərki Zəruriliyi yaranır – Mütləq Kamilliyə 
Ucalmaq Zəruriliyi. 
 
«Mənsuriyyə» 
Mütləq Həqiqətin dərki Zəkanın, Hissin və  İradənin Mütləq 
Vəhdətini tələb eləyir. 
Ehtiraslı  Zəka, Müdrik Ürək, Zəkalı  İradə yaranır və bu yaranış 
İnsan ömrünü Mütləq Ruhani İşığa qərq edir.  
 
 
4.  «Bayatı-Şiraz» muğamı 
 
«Maye-Bayatı-Şiraz» 
Dünyanın çoxcəhətliliyi, çoxtərəfliyi, çoxsəsliyi, çoxahəngliyi 
haqqında Həqiqət və onun Tam, bütün çalarlarıyla qəbul edilməsi. 
Müdriklik və Ruhani Güc. 
İdrak və Qəlb Pilləsi. 
Çoxcəhətlilik Zəkayla açılır, İradəylə qəbul olunur, Ürəklə duyulur. 
Dünyanın çoxcəhətliliyi haqqında Həqiqət Şəxsiyyətin özünüifadə-
sinə yol açır. 
Özünüifadənin yüksək Hissiyyat səviyyəsi Qəlbi təmizləyir. 
Yüksək Bilik – Yüksək İradə və Duyğu yaradır. 
Çoxcəhətliliyin arxasındakı Vahid Mahiyyət aşkara çıxır. 
Ruhani Əməl çoxcəhətliliyinin arxasındakı Kamil Ruhanilik bilinir. 
Bütün Bilik Yolları Ruhaniliyə aparır. 
Ruhanilik Bilik saçır. 
Ruhanilik Bilikdən yaranır və Bilik yaradır. 
 
 
168
«Bayatı-İsfahan» 
Kədərə çatmaq – Həqiqətin Təzə Pilləsinə ucalmaq. 
Kədərə çatmaq – Həyatın Mahiyyətinə yüksəlmək. 
İradə  Həqiqət vasitəsiylə yetkinləşir, Hiss təmizlənir, zənginləşir, 
qətiyyət artır, Ruhanilik miqyaslaşır. 
Kədərin daxilində Həqiqətin təzə Ucalığına – İdeala eşq yaranır. 
Zəka gerçəkliyi ötməyə çalışır, Duyğu Gerçəklik səddini aşır,             
İradə gerçəkliyə sığmır. 
İdrak istəyi – İdrak yaradır; Duyğu istəyi – Duyğu yaradır;               
İdrak – İradə qətiyyəti, Duyğu coşğunluğu yaradır. 
Həyatın Dərki – Mütləqin Dərkinə Yol açır – Kamilin, İdealın, 
Mütləq Əxlaqın Dərkinə. 
 
«Hüzzal» 
Kədərin ram edilməsi. 
Həqiqi Həyatın, yəni Ali, İdeal, Mütləq Həyatın Dərki  –               
Həqiqi Əxlaqın Təsdiqi vasitəsiylə. 
Həqiqətin Dərki – Ali Həyatın Dərki vasitəsiylə. 
İdrak və Əxlaqın Vəhdəti – Mütləq səviyyədə. 
 
 
5. «Şur» muğamı 
 
«Maye-Şur» 
Zəka Hadisələr arxasında Mahiyyət açır, Əxlaq – Ali Kamilliyə can 
atır… 
Müxtəliflik arxasında Vəhdət görünür, İradə  qətiləşir, Duyğular 
dərinləşir. 
Vahidliyə meyil – İdeala, Aliyə keçid tələb edir: Mütləq Həqiqətə, 
Mütləq Əxlaqa. 
Ali – Ali vasitəsiylə dərk olunur. 
Ali Zəka Əxlaqdan yaranır. 
Ali Zəka Əxlaq yaradır. 
Əxlaq Zəkalıdır, Zəka Əxlaqlıdır və hər ikisi Mütləqə can atır. 
 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə