Microsoft Word Avtomobil muhazira


Yan tәrәf  şini yan zәdәlәrdәn qoruyur.  Kamerasız



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə81/89
tarix15.04.2023
ölçüsü8,07 Mb.
#105787
növüMühazirə
1   ...   77   78   79   80   81   82   83   84   ...   89
Avtomobillerin konstruksiyasi-Kerimov Z-Low resol

Yan tәrәf 
şini yan zәdәlәrdәn qoruyur. 
Kamerasız 
(tubeless) 
şinlәr 
etibarlılığının yüksәk, kütlәsinin az vә 
istismarının rahat olmasına görә daha geniş yayılıb. 
Avtomobil şinlәrinin әsas xarakteristik göstәricilәri onların yan sәthindә 
aşağıdakı şәkildәki kimi göstәrilir (şәkil 90). 
Şәkil 90. Şinin üzәrindәki şәrti işarәlәr 
 
Bu göstәricilәrә aiddir: 
1
– şinin işarәlәnmә indeksi; 
2
– nominal iş rejimindә yük vә sürәt indeksi; 
3 – hәddi iş rejimindә yük vә sürәt indeksi; 
4 – tәbәqә norması (karkasın möhkәmliyinin şәrti işarәsi); 
5 – şinin kamerasız olmasını göstәrir; 
6 – protektor naxışının bәrpa oluna bilmәsini göstәrir; 
7 – protektor resursunun yeyilmә indikatorudur. 
Şinlәrin yan sәthindә qeyd olunan bu göstәricilәrdәn әn başlıcası onların 
işarәlәnmә indeksidir. Beynәlxalq standartlara uyğun olaraq avtomobil şinlәrinin 
indekslәşdirilmәsi әsasәn geniş yayılmış iki formada aparılır vә onların nümunәsi 
aşağıda göstәrilmişdir. 
185/70 R 14 86 S 
burada 185 - şinin profilinin qabarit eni, mm-lә; 
70 – şinin profilinin hündürlüyünün eninә olan nisbәti, %-lә; 
R – şinin karkasının radial konstruksiyalı olduğunu göstәrir (diaqonal 
konstruksiyalarda hәrfi işarә yazılmır); 
14 – şinin oturtma (çәnbәr) diametri, düyümlә; 
86 – şinin yük indeksi (Lİ); 
S – şinin sürәt indeksidir (Sİ). 
10 R 22,5 
burada 10 - şinin profilinin qabarit eni, düyümlә; 
R – şinin karkasının radial konstruksiyalı olduğunu göstәrir (diaqonal 
konstruksiyalarda hәrfi işarә yazılmır); 
22,5 - şinin oturtma (çәnbәr) diametridir, düyümlә. 


128 
Göründüyü kimi indekslәşmәdә şinin ölçülәri ya yalnız düyümlә vә yaxud 
da qarışıq formada mm-lә vә düyümlә göstәrilir. 
Avtoşinlәrin istismar yürüşü vә ya ömür uzunluğu onların yüklәnmә vә sürәt 
rejimlәrinin düzgün seçilmәsindәn çox asılıdır. Ona görә dә şinlәrin 
indekslәşmәsindә maksimal yüklәnmә yük indeksi (LI) ilә, maksimal sürәt isә 
sürәt indeksi (SI) ilә ayrıca göstәrilir (yuxarıda verilmiş birinci nümunәdә müvafiq 
olaraq 86 vә S işarәlәri). Şinlәrin indekslәşmәsindә göstәrilәn sürәt indeksi (Sİ), 
tövsiyә olunan maksimal hәrәkәt sürәtini göstәrir vә onun әdәdi qiymәtlәri cәdvәl 
9-da verilmişdir. 
Cәdvәl 9 
SÜRӘT 
İNDEKSİ 
(Sİ) 
SÜRӘTİN 
MAKSİMAL 
QİYMӘTİ, 
KM/SAAT 
SÜRӘT 
İNDEKSİ 
(Sİ) 
SÜRӘTN 
MAKSİMAL 
QİYMӘTİ, 
KM/SAAT 
A1 


110 
A2 
10 

120 
A3 
15 

130 
A4 
20 

140 
A5 
25 

150 
A6 
30 

160 
A7 
35 

170 
A8 
40 

180 

50 

190 

60 

200 

65 

210 

70 

240 

80 
240-dan yuxarı, 

90 
xüsusi şinlәr 

100 

Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə