Microsoft Word Avtomobil muhazira


Elastik elementlərin əsas tipləri



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə83/89
tarix15.04.2023
ölçüsü8,07 Mb.
#105787
növüMühazirə
1   ...   79   80   81   82   83   84   85   86   ...   89
Avtomobillerin konstruksiyasi-Kerimov Z-Low resol

Elastik elementlərin əsas tipləri

Vərəqli ressor 
(şәkil 92) yay poladından 
hazırlanmış, öz aralarında bәrkidilmiş müxtәlif uzunluqlu vәrәqlәr yığımından 
ibarәtdir. Vәrәqli ressor adәtәn yarım ellips şәklindә olur. Ressoru tәşkil edәn 
vәrәqlәrin uzunluğu vә әyriliyi müxtәlif olur. Vәrәqlәrin uzunluğu azaldıqca 
onların әyriliyi artır. Belә konstruksiya hesabına ressorun әn uzun vәrәqinә düşәn 
yük azalır. Ressor vәrәqlәri öz aralarında mәrkәzi bolt vә ya xamıtlarla bәrkidilir. 
Әn böyük uzunluqlu vәrәq әsas vәrәq adlanır. Çox hallarda bu vәrәqin qalınlığı da 
digәrlәrindәn daha çox olur. Әsas vәrәq vasitәsi ilә ressor hәr iki sonluğu ilә 


130 
kuzova vә ya çәrçivәyә oynaqlı birlәşir. Әsas vәrәqin sonluqlarının forması 
ressorun birlәşmә üsulundan vә vәrәqin uzunluğunun dәyişmәsinin kompensasiya 
edilmә ehtiyacı ilә müәyyәn olunur. 
Şәkil 92. Ressor: 1 – birlәşmә başlığı; 2 – әsas vәrәq; 3 – xamıt; 4 – 
mәrkәzi bolt; 5 – ressor vәrәqi 
 
Ressorun bir ucu dönә, digәri isә hәm dönә, hәm dә yerdәyişmә edә 
bilmәlidir. Ressor sonluqları hamar, 90

qatlanmış vә ya qulaqcıq formasında 
qatlanmış ola bilәr (şәkil 93). Ressor deformasiya etdikdә onun vәrәqlәri әyilir vә 
uzunluqlarını dәyişir. Bu zaman vәrәqlәr bir-birinә sürtünür vә buna görә dә 
onların yağlanması tәlәb olunur, minik avtomobillәrinin ressor vәrәqlәri arasına isә 
xüsusi antifriksion araqatı yerlәşdirilir. Ressor yığıldıqda onun vәrәqlәri qrafit yağı 
ilә yağlanır, yağlanma vәrәqlәri korroziyadan qoruyur vә onlar arasında sürtünmә 
qüvvәsini azaldır. 
Şәkil 93. Ressorun bәrkidilmә üsulları: a – yivli qulaqcıqla; b – rezin yastıqlar üstündә; 
c – üstәlik qulaqcıq vә sürüşkәn dayaqla 


131 
Ressor vәrәqlәri arasındakı sürtünmә kuzovun rәqslәrini söndürmәyә dә 
kömәklik edir vә bәzi hallarda asqıda amortizatorsuz keçinmәyә imkan verir. 
Ressor asqısı sadә konstruksiyaya, lakin böyük kütlәyә malik olur, buna görә dә o 
daha çox yük avtomobillәrindә vә bәzi artırılmış minik avtomobillәrindә istifadә 
edilir. Ressor asqılarının kütlәsini azaltmaq vә hәrәkәt sәlisliyini artırmaq üçün 
bәzәn az vәrәqli vә ya bir vәrәqli ressordan istifadә edilir. 
Çox nadir hallarda asqıda armaturlaşdırılmış plastik ressorlardan istifadә 
edilir. Vәrәqli ressorun әsas üstünlüyü onların eyni zamanda asqının elastik vә 
istiqamәtlәndirici elementi funksiyasını aparmasıdır. 

Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə