Microsoft Word Avtomobil muhazira


SÜKAN İDARƏSİNİN ÜMUMİ QURULUŞU



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə77/89
tarix15.04.2023
ölçüsü8,07 Mb.
#105787
növüMühazirə
1   ...   73   74   75   76   77   78   79   80   ...   89
Avtomobillerin konstruksiyasi-Kerimov Z-Low resol

SÜKAN İDARƏSİNİN ÜMUMİ QURULUŞU 
 
Müasir avtomobillәrin sükan idarәsinә (şәkil 80) aşağıdakı elementlәr 
daxildir. 

sükan valı (sükan kolonkası) ilә birlikdә sükan çarxı; 

sükan mexanizmi; 

sükan intiqalı (güclәndirici vә (vә ya) amortizatorlar da ola bilәr. 
Sükan çarxı sürücü kabinәsindә yerlәşir. Sükan çarxının diametri nә qәdәr 
böyük olarsa, 
Bu halda digәr eyni şәraitdә sükan çarxı çәnbәrindә az qüvvә tәlәb olunur, 
lakin bu zaman sәrt manevr etdikdә sükanın tez döndәrilmә imkanı azalır. Müasir 
avtomobillәrin sükan çarxı 380 – 425 mm, ağır yük avtomobillәri vә avtobuslar 
üçün isә 440 – 550 mm arasında dәyişir. 
Şәkil 80. Hidravlik güclәndiricili sükan mexanizmi: 1 – nasos; 2 – paylayıcıcnın gövdәsi; 3 – 
sükan mexanizmi; 4 – sükan soşkası; 5 – birlәşdirici şlanqlar; 6 – yağ çәni 
 
Sükan mexanizmi mexaniki reduktordur, onun әsas vәzifәsi sükan çarxına 
tәtbiq olunmuş qüvvәni idarә olunan tәkәrlәrin döndәrilmәsi üçün lazım olana 
qәdәr artırmaqdır. Sürücü bir başa idarә olunan tәkәrlәri döndәrәn, sükan 


119 
mexanizmi olmayan sükan idarәlәri yalnız çox yüngül nәqliyyat vasitәlәrindә
mәsәlәn motosikletlәrdә istifadә edilir. sükan mexanizminin ötürmә әdәdi çox 
böyük olur, buna görә dә idarәolunan tәkәrlәrin maksimal bucaq 30 – 45° 
döndәrmәk üçün sükan çarxını bir neçә dövr fırlatmaq lazımdır. Sükan valı sükan 
çarxını sükan mexanizmi ilә birlәşdirir, çox hallarda oynaqlı hazırlanır, bu sükan 
idarәsi elementlәrini daha rasional tәrtib etmәyә, yük avtomobillәri üçün isә 
qatlanan kabinә tәtbiq etmәyә imkan verir. Bununla bәrabәr oynaqlı sükan valı 
qәza zamanı sükan çarxının zәdә tәhlükәsizliyini yüksәltmәyә, sükan çarxının 
salonun daxilinә yerdәyişmәsini azaltmağa, sürücünün döş qәfәsini zәdәlәmәyi 
azaltmağa imkan verir. bu mәqsәdlә sükan valına bәzәn әzilәn elementlәr (şәkil 
5.5) yerlәşdirilir, sükan çarxı dağılma zamanı sәrt qәlpәlәr yaratmayan nisbәtәn 
yumşaq materialla örtülür. 

Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə