Microsoft Word Avtomobil muhazira



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə21/89
tarix15.04.2023
ölçüsü8,07 Mb.
#105787
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   89
Avtomobillerin konstruksiyasi-Kerimov Z-Low resol

Şatun (sürgüqolu). 
Şatunun vәzifәsi porşenlә dirsәkli valı birlәşdirib, qazların 
tәzyiq qüvvәsini porşen vә barmaqdan alıb dirsәkli vala ötürmәkdir. Sürgüqolunun 
yuxarı başlığı barmaq vә porşenlә birlikdә irәli-geri, aşağı başlığı isә dirsәkli valla 
birlikdә fırlanma hәrәkәti edir. Sürgüqolunun gövdәsi isә mürәkkәb – yastı-paralel 
hәrәkәt edir. Mühәrrikin işi zamanı qazların tәzyiq qüvvәsindәn әlavә sürgüqolu 
hәm dә çarxqolu-sürgüqolu mexanizmindә yaranan әtalәt qüvvәsinin tәsirindәn dә 
çox yüklәnir. Buna görә dә sürgüqolu möhkәm, sәrt vә yüngül olmalıdır. Müasir 
DYM-dә sürgüqolu yüksәk keyfiyyәtli karbonlu vә legirlәnmiş poladlardan (30A, 
45 vә ya 45Г2) isti basma üsulu ilә hazırlanır. 
Yuxarı başlığa brüncdәn olan içlik preslәnir, şatunun aşağı başlığı 
sökülәndir vә onun ayrılan hissәsini qapaq tәşkil edir. Yuxarı başlığın yarısı şatun 
ilә birlikdә hazırlanır. Başlığın hәr iki yarısı bir –biri ilә yüksәkdavamlı xüsusi 
şatun boltları ilә birlәşdirilir, onların qaykaları dinamometrik açarla bağlanır. 
Şatunun aşağı başlığında sürüşmә yastığı quraşdırılır ki, bunlar iki içlikdәn (yuxarı 
vә aşağı) ibarәtdir. Porşen barmağına yağ deşik vә yaxud kanal vasitәsilә verilir. 
Dirsəkli val. 
Dirsәkli val porşendәn şatun vasitәsi ilә verilәn qüvvәni qәbul edәrәk 
onu fırlanma momentinә çevirir vә sonra nazim çarx vasitәsilә transmissiyanın 
müxtәlif mexanizm vә aqreqatlarını hәrәkәtә gәtirir. Dirsәkli val yüksәk 
keyfiyyәtli poladdan ştamplanır vә yaxud yüksәkdavamlı çuqundan tökülür. Valın 
boyunlarının çox davamlı olması üçün onu yüksәk tәzyiqli gәrginliklә 
möhkәmlәndirirlәr. Valın boyunlarından çәp kanallar keçir ki, bunların vasitәsi ilә 
yağ sürgü qolunun yastıqlarına verilir. Şatun boyunlarının (sürgüqolu 
boyunlarının) daxilindә yağın mәrkәzdәn qaçma ilә tәmizlәnmәsi üçün boşluqlar B 
yerinә yetirilir. Boşluqlar yivli tıxaclarla bağlanır. Dirsәkli valın fırlanması 
zamanı mexaniki qarışıqlar (yeyilmә mәhsulları) mәrkәzdәnqaçma qüvvәsinin 
tәsiri ilә boşluqların divarlarına çökdürülür. Tәmizlәnmiş yağ boşluğun orta 
hissәsindәn boru vasitәsi ilә sürgü qolu boynunun sәthinә çıxır. 
Silindrlәrin V – şәkilli yerlәşdirilәn mühәrriklәrin dirsәkli vallarının hәr bir 
sürgü qolu boynuna iki sürgü qolu bağlanılır, buna görә dә boyunun uzunluğu 
böyük olur. Dirsәkli valın qabaq hissәsinin sonunda qazpaylayıcı mexanizmi vә 
başqa mexanizmlәri hәrәkәtә gәtirmәk üçün bir vә ya iki dişli çarx, ventilyator vә 
generatoru işlәtmәk üçün şkiv, hәmçinin dirsәkli valı әl ilә hәrәkәtә gәtirmәk üçün 
dilçәk vә yaxud bolt yerlәşir. Bir çox mühәrriklәrdә paylayıcı diçli çarx valın arxa 
hissәsinin sonunda yerlәşir. Buraya nazimçarx da birlәşdirilir. Yağın xaricә 
tökülmәmәsi üçün, dirsәkli valın sonunda karterdәn çıxışında yağqaytarıcılar 
yerlәşdirilir, gövdә hissәlәrdә isә salniklәr olur. Әsas vә şatun boynu yastıqlarının 
içliklәri polad-alüminium lent şәklindә hazırlanır. Lentin xarici hissәsi polad, daxili 
isә nazik qat antifriksion әrinti ilә örtülür, böyük yüklәrә dözür vә yüksәk 


27 
davamlılığı ilә fәrqlәnir. Antifriksion material keyfiyyәtindә olan içliklәrdә yüksәk 
qalaylı alüminium әrintisi vә ya qurğuşunvari bürüncdәn istifadә olunur. Hәm sürgü 
qolu içliklәri, hәmçinin dә әksәr әsas yastıqlar qarşılıqlı dәyişdirilә bilәndirlәr. 

Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə