Microsoft Word Avtomobil muhazira


Karbüratorlu mühərriklərin qidalanma sistemləri



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə26/89
tarix15.04.2023
ölçüsü8,07 Mb.
#105787
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   89
Avtomobillerin konstruksiyasi-Kerimov Z-Low resol

Karbüratorlu mühərriklərin qidalanma sistemləri 
 
Karbüratorlu mühәrriklәrin qidalanma sistemlәrinin vәzifәsi mühәrrikin iş 
rejimindәn asılı olaraq, tәlәb olunan tәrkibli yanıcı qarışıq hazırlamaq vә onu 
silindrlәrә lazımi miqdarda vermәkdәn ibarәtdir. Karbüratorlu mühәrrikin 
qidalanma sisteminә müәyyәn miqdarda yanacaq ehtiyatı saxlayan, onun 
tәnzimlәnmәsini vә karbüratora müәyyәn tәzyiqlә verilmәsini tәmin edәn cihaz vә 
qurğular, elәcә dә bilavasitә yanacağın hava ilә müәyyәn nisbәtdә qarışdırılmasını 
hәyata keçirәn vә qarışığın miqdarını tәnzimlәyәn karbürator daxildir. 
Yanacaq ehtiyyatı çәndә saxlanılır. Yanacaq çәndәn karbüratora özüaxma vә 
ya mәcburi yolla verilә bilәr. Adәtәn özüaxma üsulu stasionar mühәrriklәrdә tәtbiq 
edilir. Nәqliyyat mühәrriklәrindә isә yanacaq çәndәn karbüratorun üzgәc kamerinә 
daifraqmalı nasosun vasitәsilә verilir. Yanacaq çәni buxar-hava klapanı ilә tәchiz 
edilir. Hava klapanı çәndәn yanacaq işlәndikcә vә miqdarı azaldıqca, boşalan 
hәcmә atmosferdәn hava daxil olmasını tәmin edir. İsti hava şәraitindә çәndә 
buxarlanan yanacağın maye sәthi üzәrindәki izafi tәzyiqin artmasının qarşısını 
almaq üçün isә hәmin buxarların bir hissәsi buxar klapanından atmosferә buraxılır. 
Bundan başqa, çәndә benzinin miqdarını göstәrәn cihazın üzgәci yerlәşir. Çәndәn 
yanacaq qәbul edәn borunun girişi onun dibindәn bir qәdәr yuxarıda yerlәşir. 
Bunun nәticәsindә benzinin tәrkibindә olan vә çәnin dibindә toplanan suyun vә 
çöküntülәrin karbüratora daxil olmasının qarşısı alınmış olur. 
Yanacaq süzgәci benzinin tәrkibindә olan bәrk hissәciklәri tutur. Benzin 
karbüratora mühәrrikdәn hәrәkәt alan diafraqma tipli yanacaq nasosunun vasitәsilә 
kiçik izafi tәzyiqlә vurulur. 
Karbürator mühәrriklәrin qidalanma sistemlәrinә qoyulan әsas tәlәblәrin 
yerinә yetirmәsini tәmin edәn bir sıra sistem vә quruluşlara malikdir: 
1.
Bütün әsas istismar rejimlәrindә verilәn tәrkibli yanıcı qarışığın alınmasını tәmin edәn 
baş dozalandırma sistemi. 
2.
Mühәrrikin kiçik yük rejimindә dayanıqlı işini tәmin etmәk üçün boş işlәmә sistemi. 
3.Maksimal güc almaq üçün maksimal yüklәnmәlәrә keçid zamanı yanıcı qarışığın 
zәnginlәşdirilmәsi sistemi. 
4.
Mühәrrikin işinin sәlisliyini tәmin etmәk üçün qurğu (sürәtlәnmәdә yanıcı qarışığın tez 
zәnginlәşdirilmәsi). 
5.
Mühәrrikin etibarlı işә düşmәsi üçün lәvazimat vә qurğu. 
6.
Karbüratorun etibarlı vә dayanıqlı işini tәmin edәn әlavә qurğu. 
7.
Xaric qazlarının minimal zәhәrliliyini tәmin edәn qurğu. 
Karbüratorun hissәlәri: üzgәc kameri, üzgәc, ciklyor, püskürücü, drossel 
qapağı, diffuzor, hava klapanı, hava tәmizlәyici, iynәli klapan. 


33 

Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə