Microsoft Word Avtomobil muhazira



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə28/89
tarix15.04.2023
ölçüsü8,07 Mb.
#105787
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   89
Avtomobillerin konstruksiyasi-Kerimov Z-Low resol

Kobud yanacaq süzgəci. 
Kobud yanacaq süzgәci yanacaq çәninin yanında 
yerlәşdirilir. Bu süzgәc gövdәdәn ve çıxarıla bilәn çökdürücüdәn ibarәtdir. 
Çökdürücünün içәrisindә dayaqlar üzәrindә süzücü element yerlәşdirilmişdir, bu 
element 0,05 mm hündürlüyündә ştamplanmış çıxıntıları olan nazik lövhәlәrdәn 
ibarәtdir vә bu çıxıntılar, lövhәlәrin arasında 0,05 mm mәsafә qalmasına imkan 
yaradır. 
Zərif yanacaq süzgəci. 
Zәrif yanacaq süzgәci karbüratordan qapaqda 
qoyulmuşdur. Bu süzgәc gövdәdәn, çökdürücü stәkandan, yaylı süzücü elementdәn 
vә qaykalı bәrkidici lentdәn ibarәtdir. Süzücü element keramikadan (mәsamәli 
saxsıdan) yaxud rulon şәklindә burulmuş xırda gözlü tordan düzәldilir. 
İncektorlu mühərriklərin qidalanma sistemləri 
 
Benzin püskürmәli mühәrriklәrin işçi proseslәrini xarici vә daxili qarışdırmalı 
olmaqla, iki növә bölmәk olar. Xarici qarışdırmalı işçi prosesdә yanıcı qarışıq 
silindrdәn kәnarda, sorma borusunda, daxili qarışdırmalı prosesdә isә bilavasitә 
silindr daxilindә hazırlanır. Hәr iki qarışdırma üsulunun kombinә edilmiş variantı 
da ola bilәr. Belә qarışdırma üsulunda yanacağın bir hissәsi sorma borusuna, bir 
hissәsi isә birbaşa silindrә püskürülә bilәr. 
Şәk. 1. Birnöqtәli (mәrkәzi) püskürmә sisteminin sxemi: 
1-yanacaq; 2-hava; 3-drossel; 4-sorma borusu; 5- forsunka (incektor); 6-mühәrrik 
Xarici qarışdırma üsulu ilә işlәyәn prosesin özü dә iki növ ola bilәr: birnöqtәli 
vә çoxnöqtәli püskürmә. Birnöqtәli püskürmә üsulu mәrkәzi püskürmә dә 
adlandırılır. Belә üsul püskürmә sistemlәrinin daha sadә nümunәlәrindә tәtbiq 


36 
olunmuşdur. Bu sistemlәrdә bütün silindrlәrә aid olan cәm yanacaq dozası bir 
forsunka (incektor) vasitәsilә periodik olaraq, sorma borusunun drossel qapağından 
әvvәlki hissәsinә püskürülür (şәk. 1). 
Yanacaq sabit tәzyiqlә püskürülür, ancaq püskürülәn yanacağın miqdarını 
dәyişdirmәk üçün incektor klapanının açıq qalma müddәti ilә qapalı müddәti 
arasındakı nisbәt elektron idarәetmә blokunun vasitәsilә dәyişdirilir. 
Bosch şirkәti mәrkәzi püskürmә üsulu ilә işlәyәn Mono-Cetronic vә Mono-
Motronic sistemlәrini istehsal etmişdir. Birnöqtәli püskürmә sisteminin tәtbiqi 
zamanı mühәrrikin göstәricilәri karbüratorlu qarışdırma üsulu ilә işlәyәn 
haldakından bir o qәdәr dә fәrqlәnmir. 
Yalnız çoxparametrli elektron tәnzimlәmәnin tәtbiqi sayәsindә mühәrrikin 
keçid rejimlәrindә daha optimal göstәricilәrini tәmin etmәk mümkün olur. 
Çoxnöqtәli püskürmә paylanmış püskürmә dә adlandırılır. Belә püskürmә üsulunda 
hәr silindrin yanacaq dozası ayrıca forsunka vasitәsilә silindrin sorma kanalına, 
sorma klapanının üzәrindәki fәzaya püskürülür (şәk. 2). 
Belә püskürmә üsulu elektron idarәetmә sistemi vasitәsilә hәyata keçirildikdә 
yanıcı qarışığın hazırlanması prosesinin praktiki olaraq bütün tәlәblәrini yerinә 
yetirmәk mümkün olur. Belә sistemlәrdә dә incektorlar fasilәli püskürmә rejimindә 
işlәyir. 
Çoxnöqtәli (paylanmış) püskürmә sistemlәrinә misal olaraq, Bosch şirkәtinin 
L-Cetronic, LH-Cetronic vә s. sistemlәrini göstәrmәk olar. Mühәrrikin inteqral 
idarә edilmәsini isә Motronic sistemlәri (M-Motronic, ME-Motronic vә s.) yerinә 
yetirir. 
Daxili qarışdırma üsulu ilә işlәyәn benzin püskürmәli mühәrriklәrdә yanacaq 
hәr silindrdә yerlәşәn forsunka vasitәsilә sorma vә ya sıxma taktında bilavasitә 
yanma kamerinә püskürülür (şәk. 3). Daxili qarışdırma üsulu ilә işlәyәn mühәrriklәr 
yanıcı qarışığın hazırlanmasının vә yanma prosesinin tәşkilinin böyük müxtәlifliyi 
ilә fәrqlәnirlәr. 
Daxili qarışma üsulu ilә işlәyәn silindrә birbaşa püskürmәli mühәrriklәrdә 
mühәrrikin işçi prosesinin xarakterindәn vә ya iş rejimindәn asılı olaraq, iki növ 
yanıcı qarışıq – homogen vә ya tәbәqәlәşdirilmiş yanıcı qarışıq tәtbiq edilә bilәr. 
Şәk. 2. Çoxnöqtәli (paylanmış) püskürmә sisteminin sxemi: 
1-yanacaq; 2-hava; 3-drossel qapağı; 4- sorma borusu; 5- forsunkalar; 6-mühәrrik 


37 
Homogen yanıcı qarışıqda yanma kamerinin bütün hәcmi üzrә hava artıqlıq 
әmsalı eyni qiymәtә malik olur, yәni yanacaq buxarları hava ilә yaxşı qarışaraq, 
yanma kamerinin hәcmi üzrә bәrabәr paylanır. Tәbәqәlәşdirilmiş yanıcı qarışıqda 
isә yanacaq buxarları yanma kamerinin hәcmi üzrә qeyri-bәrabәr paylanır. Yanma 
kamerinin müxtәlif zonalarında müxtәlif tәrkibli – zәngin vә kasıb tәrkibli qarışıq 
yerlәşdirilir. Adәtәn alışdırma şamının yerlәşdiyi zonada zәngin tәrkibli qarışıq 
yaradılır vә әvvәlcә hәmin qarışıq alışdırılır. Sonra isә yanma prosesi kasıb tәrkibli 
qarışığın yerlәşdiyi digәr zonaya yayılır. 

Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə