Microsoft Word Avtomobil muhazira


Şək. 1. Baş dozalayıcı sistem



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə27/89
tarix15.04.2023
ölçüsü8,07 Mb.
#105787
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   89
Avtomobillerin konstruksiyasi-Kerimov Z-Low resol

Şək. 1. Baş dozalayıcı sistem. 
 
Üzgəc və qarışdırıcı kamer. 
Üzgәcin vәzifәsi üzgәc kamerindә yanacağın 
sәviyyәsini saxlamaq, qarışdırıcı kamer isә diffuzorda yanacaqla diffuzordan keçәn 
havanın yaxşı qarışdırılmasını tәmin etmәk üçündür. 
Şək. 2. Karbüratorun işəsalma sistemi. 
Boş işləmə sistemi. 
Boş gediş rejimindә mühәrrikin işi zamanı qabda yerlәşәn 
(quraşdırılan) boş gediş sisteminin ciklyorundan yanacaq daxil olur. 
Baş dozalandırıcı sistem. 
Baş dozalandırıcı sistem boş gediş rejimindә aşağı 
dövrlәrdәn başqa bütün rejimlәrdә mühәrrikin işini tәmin edir. Yanıcı qarışığın 
әmәlә gәlmәsi üçün bu sistem daha çox yanacaq verir. 
İşəsalma sistemi. 
Mühәrrikin xüsusilә soyuq havada işә salınması çәtindir. 
Belә ki, yanacaq pis buxarlanır. İşçi qarışığın silindrә alışma anında lazımi miqdar 
yanıcı buxarın olması üçün yanıcı qarışığı güclü zәnginlәşdirmәk lazımdır. Belә 
zәnginlәşdirmәni karbüratorun hava borusunda quraşdırılan hava klapanının kömәyi 
ilә tәmin edilir. Bu klapan işәsalma sistemindә xüsusi şәkildә işlәyir. 


34 
Şək. 3. Karbüratorun boş işləmə sistemi. 
 
Şək. 4. Ekonomayzer 
 
Ekonomayzer. 
Mühәrrikdәn tam gücü almaq üçün yanıcı qarışığı 
zәnginlәşdirmәk lazımdır. Bu, xüsusi qurğu olan ekonomayzerdәn istifadә etmәklә 
әldә edilir. İdarәetmә üsuluna görә ekonomayzerlәr mexaniki vә pnevmatik 
ötürmәli olurlar. Ekonomayzer yanacağı karbüratorun qarışdırıcı kamerinә yanacağı 
birbaşa vә ya әsas dozalandırma sistemi vasitәsilә verә bilәr. O, bir qayda olaraq 
drossel qapağının demәk olar ki, tam açılması zamanı işә düşür. 
Sürətləndirici nasos. 
Kiçik yüklәnmә rejimindәn maksimal yüklәnmә 
rejiminә cәld keçid zamanı yanıcı qarışığın kasıblaşmasının qarşısını almaq üçün 
karbüratorlar ayrıca quraşdırılan vә ekonomayzerlә birlәşdirilәn sürәtlәndirici 


35 
nasoslarla dәstlәşdirilirlәr. 
Drossel qapağının cәld açılması zamanı nasos işә düşür. Drossel qapağının 
hamar açılması zamanı isә әlavә yanacağın qarışdırıcı kamerә verilmәsi baş vermir. 
Hava süzgəci. 
Hava süzgәci havanı mexaniki qarışıqlardan tәmizlәmәk üçün 
olub, karbüratorda qoyulur, yaxud ayrıca yerlәşdirilәrәk qısa boru vasitәsilә 
karbüratora birlәşdirilir. 

Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə