63
Matar əl-Varrak deyir ki: “
O vaxt Allah dedi: "Ey İsa! Mən sənin
həyatına son qoyub Özümə tərəf qaldıracağam” – bu vəfat etmək
bildiyimiz ölüm deyildir. Eyni şəkildə İbn Cureyc
– rahmətullahi aleyhi –
deyir ki: “Allahın İsa
– əleyhissəlam – ı vəfat etdirməsi, onu öz dərgahına
qaldırmasıdır”. Şovkani
– rahmətullahi aleyhi – deyir ki: “Burada vəfat
kəliməsi ilə qəsd edilən yuxudur”
308
.
“Sizi gecələr yuxuya daldıran (bu
minvalla sizi bir növ ölüm halına salıb hiss-həyacandan məhrum edən),
gündüz isə nə etdiyinizi (nə qazandığınızı) bilən Odur. Sonra O sizi
gündüz (yuxudan) oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl) gəlib
yetişsin. Sonra onun hüzuruna qayıdacaqsınız və sonra da O sizə
etdiyiniz əməllər barəsində xəbər verəcəkdir”. (əl-Ənam 60). “Allah
(əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman,
ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki
yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər).
Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində)
saxlayar (onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də bədən
ölüb gedər). Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə
müəyyən bir müddətədək (əcəlləri gəlib çatıncaya qədər yuxudan
oyandıqda bədənlərinə) qaytarar. Həqiqətən, bunda düşünən bir qövm
üçün (Allahın hər şeyə qadir olmasına, Qiyamət günü ölüləri
dirildəcəyinə dəlalət edən) əlamətlər vardır!”. (əz-Zumər 42). Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: “(Yuxudan oyandıqda) Həmd bizi
öldürdükdən sonra təkrar dirildən Allahadır. Qayıdış da Onadır”
309
Həsən
- radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi və
səlləm – Yəhudilərə buyurdu: “Heç şübhəsiz ki, İsa
– əleyhissəlam –
ölmədi. O, Qiyamət günündən öncə sizə gələcəkdir”
310
. İbn Əbu Hatim,
Əhməd b. Sinan, Əbu Muaviyə, əl-Aməş, Minhal b. Amr, Said b. Cubeyr,
İbn Abbas
– Allah onlardan razı olsun - rəvayət edir ki: “Allah İsa
–
əleyhissəlam – ı səmaya yüksəltməyi dilədiyi zaman İsa
– əleyhissəlam –
həvarilərinin yanına çıxdı. Evdə Həvarilərdən
12 kişi vardı. Onların
yanına çıxdığı zaman başından su damcılayırdı. O: “İçinzdən mənə iman
etdikdən sonra
12 dəfə inkar edən vardır. Hansınız mənə oxşadılıb yerimə
öldürüləcək və mənimlə eyni dərəcədə olmaq istər? (Başqa rəvayətdə:
Cənnətdə yoldaşım
olmaq istər
311
)”. Yaşca kiçik olan cavanlardan bir gənc
(Sərcis) qalxdı və Ona: “Otur” dedi. Sonra onlara dönüb təkrar etdi, yenə
308
“Fəthul Qadir” 1/344.
309
Buxari 6325, 7395.
310
İbn Kəsir “Təfsir” 1/366, Mursəl (Tabiin Səhabənin adını zikr etmədən bir başa Peyğəmbər
–
sallallahu aleyhi və səlləm –
dən rəvayət edir) hədis.
311
İbn Cərir ət-Təbəri 9/372.
64
o, gənc qalxdı və Ona: “Otur” dedi. Sonra
təkrar onlara dönüb təkrar
edincə o, gənc yenə: “Mən” dedi. Bundan sonra: “Bəli, o sən olacaqsan”
dedi. O, İsa
– əleyhissəlam – a oxşadıldı, İsa
– əleyhissəlam – evin
pəncərəsindən səmaya yüksəldilir. Yəhudilər girib bənzərini götürdülər,
onu öldürdülər və asdılar. İçlərindən biri ona iman etdikdən sonra
12 dəfə
küfr etdi”
312
.
«Onlar (İsaya inanmayanlar) hiyləyə əl atdılar. Allah da onların
hiyləsinə qarşı əvəz verdi. Allah bütün hiyləgərlərdən tədbirlidir
(hiyləgərlərə ən yaxşı cəza verəndir)». (Ali İmran 54). Bu ayə Yəhudilərin
İsa
– əleyhissəlam – ı öldürmək istədikləri üzərinə nazil olmuşdur. Xain
Yahuza adında biri İsa
– əleyhissəlam – ı öldürmək
üçün onu təqib
edənlərlə birlikdə (İsa
– əleyhissəlam – ın) olduğu yerə gəlir. Lakin Allah
- subhənəhu və təalə - İsa
– əleyhissəlam – ı səmaya yüksəldir. Xain
Yahuzanı isə İsa
– əleyhissəlam – a bənzədir. Xain Yahuza evi axtarıb İsa
– əleyhissəlam – ı orada tapmadıqda çölə çıxır. Onunla gələnlər
Yahuzanın İsa
– əleyhissəlam – olduğunu görüb bu inancla onu
öldürürlər
313
. İbn Cərir, Mücahid
– rahmətullahi aleyhi – dan
rəvayət edir
ki: “Onlar İsa
– əleyhissəlam – a bənzəyən birini asdılar. İsa
–
əleyhissəlam – isə diri olaraq səmaya qaldırıldı”.
Bu ayələr İsa
– əleyhissəlam – ın diri olmasının və Qiyamət
əlamətlərindən biri olmasının dəlilidir. Məryəm oğlu İsa
– əleyhissəlam –
ın Şamda ağ minarəli (məscidin) üzərinə iki mələyin qanadında enməsi,
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – in şəriəti və hökmləri ilə əmr
etməsi, donuzları və xaçları məhv etməsi, Dəccəli öldürüb yer üzündə
İslam ilə hökm etməsi.
«Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən
əvvəl ona (İsaya) iman gətirməsin, lakin o Qiyamət günündə onların
əleyhinə şəhadət verəcəkdir». (ən-Nisa 159). İbn Abbas
- radıyallahu
anhu – ayə haqqında deyir ki:
“Kitab əhlindən elə bir kəs olmaz ki,
ölümündən əvvəl ona (İsaya) iman gətirməsin”: Məryəm oğlu İsa
–
əleyhissəlam – ın ölümündən öncə” deməkdir
314
. Əbu Malik
–
rahmətullahi aleyhi – deyir ki:
“Kitab əhlindən elə bir kəs olmaz ki,
ölümündən əvvəl ona (İsaya) iman gətirməsin”: Bu İsa
– əleyhissəlam –
ın nüzulundan sonra olacaqdır. Məryəm b. Isa
– əleyhissəlam – ölmədən
öncə Əhli Kitabdan hər biri mütləq ona iman gətirəcəkdir” dedi. İbn Cərir
– rahmətullahi aleyhi –
deyir ki: “Bu görüşlər içində doğru olanı birinci
örüşdür: İsa
– əleyhissəlam – ın
nüzulundan sonra Əhli Kitabdan, İsa
–
312
İbn Kəsir “Təfsir” 1/575.
313
İbn Kəsr 11/37 heç bir qaynaq zikr etmədən göstərir.
314
“Cəmiul Bəyan” 9/380, “Fəthul Bəri” 6/492.