69
deyəcəkdir”
331
. Yaqub b. Asim b. Urvə b. Məsud əs-Səqafi
rəvayət edir ki,
Abdullah b. Amr
- radıyallahu anhu – dan eşitdim ki, bir nəfər onun
yanına gələrək: “Qiyamət belə belə şəkildə qopacaq deyə bəhs etdiyin
hədis hansıdır?” deyə soruşdu. Abdulah: “
Sübhənəllah! – və ya
Lə İləhə
İlləllah! Sonra da: “Heç kimsəyə heç bir hədis danışmamağı düşündüm.
Mən ancaq bunu söylədim: “Mütləq sizlər az zaman sonra evləri yandıran
filan və filan böyük bir iş görəcəksən”. Sonra Abdullah b. Amr
-
radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi və
səlləm – buyurdu: “Ümmətim içində Dəccəl çıxıb
40 qalacaqdır.
40 gün,
40 ay,
40 il mi qalacaq bilmirəm. Uca Allah Məryəm oğlu İsa
–
əleyhissəlam – ı göndərəcək. O, Urvə b. Məsud kimidir.
Dəccəlin izinə
düşüb onu öldürəcəkdir. Sonra insanlar iki nəfər arasında heç bir
düşmənlik olmadan
7 il keçirəcəklər. Bundan sonra Uca Allah, Şam
tərəfdən soyuq bir külək göndərəcək. Bu külək yer üzündə qəlbində zərrə
qədər bir xeyir və ya iman olan heç kimsəni buraxmayıb ruhunu alacaqdır.
Belə ki, sizdən biri bir dağın ortasına girsə də belə külək oraya girib onun
ruhunu alacaqdır”. Sonra: “İnsanların pisləri
vəhşi heyvanlar kimiləri
qalacaqdır. Heç bir yaxşılıq bilməyəcək, heç bir pisliyi də pis
görməyəcəklər. Şeytan onlara görünərək: “İcabət etmirsinizmi?” deyə
səsləyər. Onlar: “Bizə nə əmr edirsən?” deyəcəklər. O, da onlara bütlərə
ibadəti əmr edəcəkdir. Onlar beləcə ruziləri bol. Yaşayışları gözəl
olacaqdır. Sonra sura üfürüləcək və onu eşidən hər kəs boynunun bir
tərəfini əyib digər tərəfini qaldıracaqdır. Onu eşidənlərdən biri dəvələrinin
hovuzunu təmir edən birisi olacaqdır. O, və bütün insanlar yıxılacaqlar.
Sonra Uca Allah bir narın yağış göndərəcəkdir. Bu yağışdan sonra
insanların bədənləri bitəcəkdir. Sonra sura
bir dəfə də üfürüləcəkdir
simmetrik olaraq qalxacaqlar”. Sonra: “Ey insanlar, Rəbbinizə gəlin”
deyiləcəkdir. Sonra: “Onları saxlayın, çünki soröu-sual olunacaqlar. Atəşə
göndərilənləri çıxın. Soruşulacaq: “Nə qədər adam”. Ona: “Hər min
nəfərdən doqqu yüz doxsan doqquzu” deyiləcək. Gənclər qocalacaq. O,
gün baldır açılacaq” gündür
332
. Peyğəmbər
– sallallahu aleyhi və səlləm –
buyurdu: “Müsəlmanlar Şamda olan Duhan dağına qaçırlar. Dəccəl gəlir
və onları mühasirəyə alır. Bu hal şiddətlənir və sıxıntılar artır. Sonra
Məryəm oğlu İsa
– əleyhissəlam – nüzul edir…”
333
. Abdullah b. Salam
deyir ki: “Dörd aydın qəbirlər: “Peyğəmbər
– sallallahu aleyhi və səlləm –
in qəbiri, Əbu Bəkr və Ömər
- radıyallahu anhum – nun qəbiri və
331
Əhməd 4/216, Həkim 4/478.
332
Həkim 4/550.
333
Əhməd 3/367, Məcmuaz Zəvaid 7/344.
70
dördüncü ora dəfn ediləcək İsa
– əleyhissəlam – ın qəbiridir”
334
.
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: “İsa
- əleyhissəlam -
endiyi
zaman evlənəcək, bir oğlu olacaq,
40 il yaşayıb öləcəkdir və
mənim yanımda dəfn olunacaqdır”
335
.
Isa – Əleyhissəlam – In Zühru Barədə Alimlərin Sözləri: İmam
Təhavi
– rahmətullahi aleyhi - deyir ki: “Biz əyri gözlü Dəccəlin
çıxmasına və İsa
- əleyhissəlam -
ın göydən zühur edəcəyinə iman
edirik”
336
. İbnul Covzi, Abdus b. Malik Əbi
Muhəmməd əl-Attardan
rəvayət edir ki: “Əbu Abdullah Əhməd b. Muhəmməd b. Hənbəl
–
rahmətullahi aleyhi - deyir ki: “Məsih Dəccəlin çıxmasına və iki gözü
arasında kafir yazılı olacağına iman etmək lazımdır. Bu haqda hədislər
varid olmuşdur. Bunlara iman vacibdir. Məryəm oğlu İsa
- əleyhissəlam -
ın zühur edib onu Lüd qapısında öldürəcəyinə də iman etmək lazımdır”
337
.
İmam Əbu Bəkr əl-Acurri
– rahmətullahi aleyhi - öz “əş-Şəriə” 380 adlı
kitabında: “Məryəm oğlu İsa
- əleyhissəlam -
ın adil bir hakim olaraq
zühur etməsi və haqqı iqamə edib Dəccəlı öldürəcəyinə” dair bab açmış
və bir çox hədisləri zikr etmişdir.
4. Mehdinin Gəlməsi: Əsl adı Muhəmməd b. Abdullah olub,
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – in Əhli Beytindəndir. Fatimə
-
radıyallahu anhə – nin nəslindən, Həsən b. Əli
- radıyallahu anhum – un
qolundandır. Zülm və haqsızlıqla dolub daşan yer üzünü ədalətlə
dolduracaqdır. Ümmət ondan öncə görmədiyi bolluq və bərəkəti onun
zamanında gürür. İbn Kəsir
– rahmətullahi aleyhi - deyir ki: “Onun
zamanında
məhsul bol olur, kənd təsərüfatı bərəkətlənər, mal çoxalır,
sultan qalib gəlir, din güclü olur. Onun zamanında yaxşılıqlar davamlı
olur”
338
. İbn Məsud
- radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – buyurdu: «Dünyanın sonuna bir gün qalsa
belə, Allah o günü uzadacaqdır. O, vaxta qədər ki, Əhli-Beytimdən bir
insan çıxacaq. Adı-adıma, atasının adı isə atamın adına oxşayacaqdır. Yer
üzü zülm ilə dolduğu zaman, o yer üzünü ədalətlə dolduracaqdır»
339
.
Ummu Sələmə
- radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – buyurdu: «Mehdi mənim nəslimdən,
Fatimənin kökündəndir»
340
. İbn Məsud
- radıyallahu anhu – rəvayət edir
334
Buxari “Tarixul Kəbir” 1/263, Tirmizi 3617, Fəthul Bəri 7/66 zəif .
335
Tirmizi.
336
Şərh Təhaviyyə 499.
337
İbnul Covzi “Mənakib İmam Əhməd” 171.
338
“əl-Fitən vəl-Məlâhim” 1/31.
339
Əbu Davud.
340
Əbu Davud 11/373, İbn Məcə 2/1368, Tirmizi, əl-Albani «Səhihul Cəmi» 6610.