75
Səhəri ora gəldikdə səddi buraxdıqları halda görürlər.
Qazmağa
başlayırlar və çıxaraq insanların üzərinə hücum edirlər…»
365
. Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü Allah buyuracaq:
«Ey Adəm!». Adəm: «Buyur Ya Rəbbim!» deyər. Allah: «Atəşə
göndərilənləri atəşə göndər». Adəm: «Nə qədərini?» deyər. Allah: «Hər
min nəfərdən doqquz yüz doxsan doqquzunu atəşə, birini isə Cənnətə»
deyə buyurar
366
. İbn Həcər
– rahmətullahi aleyhi – deyir ki: “Bu hədis
onların Adəm
- əleyhissəlam - ın zurriyyətindən olmasına dəlildir və
əksini iddia edənlərin sözlərini rədd edir”
367
.
Peyğəmbər – sallallahu
aleyhi və səlləm – buyurdu: «Yəcuc və Məcuc tayfasının çıxmasından
sonra da Beyti həcc və ümrə üçün ziyarət edəcəklər»
368
. Xuzeyfə b.
Yəmən, Abdullah b. Amr
- radıyallahu anhum – rəvayət edir ki,
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Yəcuc və Məcuc
tayfası Adəm oğullarındandır. Onlardan biri öz zuriyyətindən min insan
görmədən ölməz (Başqa rəvayətdə: Yəcuc bir ümmət, Məcuc bir ümmət.
Hər ümmət dörd yüz min nəfərdir və bunlardan hər biri öz övladlarından
min silahlı adam görmədikcə ölməz)
369
»
370
. Abdullah b. Amr
- radıyallahu
anhu – rəvayət edir ki: “Cinlər və insanlar on qisimdir. Doqquz qismi
Yəcuc və Məcucdur. Qalan qismini isə digər insanlar təşkil edir”
371
.
Qatadə
- radıyallahu anhu – rəvayət edir ki: “Yəcuc və Məcuc
22
qəbilədən ibarətdir. Onların
21-ni Zülqarneyn səddə həps etmişdir. Digər
qəbilə isə döyüş əsnasında itən və səddin arxasında qalan Türklərdir”
372
.
Nəvvas b. Səman
- radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – buyurdu: “Müsəlmanlar Yəcuc və Məcucun
oxlarını döyüş sürsatlarını
7 il yandıraraq onlardan istifadə edəcəklər”
373
.
Xuzeyfə b. Yəmən
- radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – Yəcuc və Məcucdan soruşuldu. O, buyurdu:
“Onlar
3 sinifdirlər: Bir sinif Erz (ağacı) kimidirlər”. Ondan: “Erz nədir?”
deyə soruşdular. O: “Şamda bitən səmaya doğru
120 zira uzunluğunda
olan bir ağacdır.
Onlara nə dağ, nə də dəmir dözər.
İkinci sinif:
“Qulağının birini döşək kimi edər, digərini isə yorğan. Fil, dəvə, donuz nə
365
Əhməd 2/510,511, İbn Məcə «Fitən» 33,4080, İbn Hibban 15/243, İbn Kəsir 3/105, Qurtubi 11/57.
366
Buxari 3/1221, 5/2392, Müslim «İman» 379, 1/201.
367
Fəthul Bəri 6/445.
368
Buxari «Hacc» 47, Əhməd 3/28.
369
Təbərani “Əvsat” 4/155, Həkim 4/490, Təbəri 17/88, İbn Kəsir 3/107, Deyləmi 8963, Qurtubi
11/57, Fəthul Bəri 6/386,13/106.
370
Heysəmi «Məcmuz Zəvaid» 8/6.
371
Həkim 4/536, Fəthul Bəri 13/107.
372
Fəthul Bəri 13/107, Tuhfətul Əhfəzi 6/351, Feyzul Qadir 1/117, İbn Kəsir “Bidayə” 2/110,200.
373
İbn Məcə 4076, Deyləmi 3463, əl-Albani “Səhihul Cəmi” 3567.
76
görsələr yeyərlər. Hətta özlərindən biri ölərsə onu da yeyərlər. Onların bir
ucu Şamda, bir ucu da Xorasanda olar. Şərq çaylarının hamısını və
Təbəriyyə gölünü içərlər (Başqa rəvayətdə: Bir sinifdə: Orta boyludur.
Onlar daha şiddətlidirlər)”
374
.
6. Dabbətul-Ardın (Heyvanın) Çıxması:
375
. «Onlara deyilən söz
yerinə yetdiyi zaman onlar üçün yerdən bir heyvan çıxardarıq ki,
onlarla danışıb (bizim adımızdan): «İnsanlar ayələrmizə inanmadılar»
deyər. (ən-Nəml 82). Bu heyvanın nə cür olduğu barədə heç bir məlumat
yoxdur. Qeyd edirlər ki, o kimin mömin və kafir olduğunu söyləyəcəkdir.
Əbu Hureyrə
- radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu
aleyhi və səlləm – buyurdu: «Dəbbətul Ard, Musanın əsası və Süleymanın
möhürü bir yerdə çıxacaqdır. Möhür
ilə möminin üzünü parladacaq, əsa
ilə kafirin burnunu qıracaqdır. Mömin ilə kafir tanınacaqdır»
376
.
Cəssəsə Kimdir? - Fatimə b. Qeys
- radıyallahu anhə – rəvayət edir ki,
bir gün Peyğəmbər
– sallallahu aleyhi və səlləm – Əssələtu Cəmiatən
(toplayıcı olan namaza gəlin) deyə buyurdu. Mən də həmin məscidə
gəldim. Peyğəmbər
– sallallahu aleyhi və səlləm – ilə birlikdə namaz
qıldım. Mən qadınların səfində idim. Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – namazı bitirdikdən sonra gülər bir halda minbər üzərində oturdu
və: «Heç kəs namaz qıldığı yerdən ayrılmasın!» buyurdu. Sonra sizləri nə
üçün topladığımı bilirsiniz? Səhabələr: «Allah və Rəsulu daha gözəl
bilir». Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Allaha and
olsun ki,
mən sizi nə bir müjdə vermək, nə də qorxutmaq üçün
toplamışam. Lakin mən sizləri bu səbəbə görə toplamışam: «Təmim əd-
Dari xristian bir adam idi
377
. Gəldi, beyət edib İslamı qəbul etdi və mənə
belə hadisəni rəvayət etdi. Onun söylədiyi bu rəvayət mənim sizə
söylədiyim Məsih Dəccəl hadisəsi ilə uyğundur». Sonra söhbətinə davam
edərək buyurdu: «Cuzam və Ləhm qəbilələrindən otuza yaxın
kişi ilə
gəmi ilə səyahətə çıxdıq. Dənizin dalğaları onları bir ay dənizdə
çarxalayaraq sonra bir adanın yanına gətirdi. Günəşin batdığını
gözlədikdən sonra adaya yollandıq. Adada bizim qarşımıza tüklü bir
Dabbə (heyvan) çıxdı. Tükü çox olduğundan biz onun arxa və qabağını
seçə bilmirdik. Biz ona: «Sən kimsən?» deyə soruşduq. O, da: «Mən
374
Qurtubi “Təzkira” 781 zəif hədis.
375
Dəbbətul Ard – bəzi rəvayətlərə görə bu Cəssəsədir. Cəssəsə Dəccəl üçün xəbərlər aparan cəsus
deməkdir.
376
İmam Əhməd, Taylasi, Tirmizi, İbn Məcə, Beyhəqi, İbn Cərir.
377
Təmim əd-Dâri - Əbu Rukayyə Təmimi Əvs b. Hâricə əd-Dâri. Lahmilərin bir şöbəsi olan Dâr
kökünə mənsubdur. Xristian idi. Beytul-Məqdisin ən məşhur rahibləri arasında sayılırdı. Hicrətin 9-cu
ilində müslüman oldu. Mədinəyə geldi. Hicri 40-cı ildə vəfat etdi. “Təhzibut-Təhzib” 1/511-512.