77
Cəssəsəyəm» dedi. Biz: «Cəssəsə nədir?» deyə soruşduq. O, məxluq: «Ey
topluluq siz ibadətgahdakı adamın yanına gedin. Çünki o, sizin
gəlməyinizi çoxdan arzulayır» dedi.
Dəbbə bizə o, adamı vəsf etdikdə biz
onun şeytan olmasından qorxduq. Nəhayət o, ibadətgaha gəldik. Orada
cüssə baxımından insanların ən irisi olan, ayaqları əllərinə çarpaz
vəziyyətdə bağlanmış birisini gördük. Biz ona: «Sən kimsən?» deyə
soruşduq. Qarşılığında o: «Sizlərin kimlər olduğu barədə mənə xəbər
verin» dedi. Biz də hər şeyi olduğu kimi ona xəbər verdik. O: «Mənə
Şamda olan Nəhmu Beysən adlı yerdən xəbər verin?» dedi. Biz: «Sənə
onun hansı halından xəbər verək?» dedik. O: «Xurmalarından deyirəm.
Onlar meyvə verirlərmi?» dedi. Biz: «Bəli, verir» dedik. O: «Onun meyvə
verməmək vaxtı yaxınlaşır» dedi. O: «Mənə Təbəriyyə gölündən xəbər
verin?» dedi. Biz: «Sənə onun hansı halından xəbər verək?» dedik. O:
«Onda su varmı?» dedi. Biz: «Onun suyu çoxdur» dedik. O: «Xəbəriniz
olsun ki, onun suyunun çəkilib getməsi zamanı yaxınlaşır» dedi. O:
«Mənə Şamın qiblə hissəsində olan Aynu Zuqardan xəbər verin» dedi.
Biz: «Sənə onun hansı halından xəbər verək?» dedik. O: «O, bulaqda su
varmı? Oranın əhalisi o, bulaqdan istifadə edirmi?» dedi. Biz: «Bəli, o
suyu bol olan bir bulaqdır. Əhalisi də o, bulağın suyundan istifadə edirlər»
dedik. O: «Mənə
Nəbiyyul-Ummiyin (ümmətlərin Peyğəmbəri) haqqında
xəbər verin? O, nə edir?» dedi. Biz ona: «Məkkədən çıxıb Yəsribə
(Mədinəyə) hicrət edib» dedik. O: «Ərəblər onunla müharibə edirlərmi?»
dedi. Biz: «Bəli» dedik. O: «Onun vəzifəsi nədir?
Peyğəmbər onlara nə
edir?» dedi. Biz: «Ərəblərdən ona dostluq edənlər və itaət edənlər zahir
olmuşdur» dedik. O: «Həqiqətən bunlar oldumu?» dedi. Biz: «Bəli» oldu
dedik. O: «Şübhəsiz ki, onların peyğəmbərə itaət etmələri onların özləri
üçün xeyirlidir» dedi. İndi mən sizə özüm haqqımda xəbər verəcəyəm.
Mən Məsihəm. Mənə çıxmaq üçün izn verilən zaman yaxınlaşır. İzn
verildikdə mən yer üzündə gəzəcəyəm və qırx gecə içində elə bir yer
olmayacaq ki, ora ayağım dəyməsin. Məkkə və Mədinədən başqa.
Bunların hər iksi də mənə haram edilmişdir. Bu iki şəhərin hər
girəcəyində dayanan mələklər əllərindəki qılınc ilə məni vuraraq bu
şəhərlərə girməyə qoymazlar».
Fatimə b. Qeys
- radıyallahu anhə – deyir ki,
Peyğəmbər – sallallahu
aleyhi və səlləm – bunları söylədi və əlindəki dəyənək ilə minbərə sürtərək
və Mədinəni qəsd edərək: «Bura Teybədir! Bura Teybədir! Bura
Teybədir!» deyə buyurdu. Sonra xəbəriniz olsun ki, mən bunları sizlərə
78
söylədimmi? deyə buyurdu. Məsciddəki insanlar dedilər: «Bəli! Xəbər
verdin!»
378
.
Bütün bu hadisələr öz baş vermə vaxtına görə ardıcıl gələcəklər və bir-
birinin ardınca o, qədər sürətlə gələcəklər ki,
insanlar göz açmağa imkan
belə tapmayacaqlar. Ənəs b. Məlik
- radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbərin
– sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətin
əlamətləri bir-birinin ardınca gələn mirvari dənələri kimidir. İp kəsildikdə
dənələr bir-birinin ardınca töküldüyü kimi (Qiyamətin əlamətləri də bir-
birinin ardınca bu cür sürətlə) gələcəkdir»
379
. O, dəhşətli, qulaqları kar
edən və insanları sərxoş edən gün gəlməmişdən əvvəl Allaha yönəlin, nə
etdikləriniz haqda düşünün. Çünkü o, gün düşünmək artıq fayda
verməyəcəkdir.
«Nəhayət qulaqları kar edən o, dəhşətli səs gələndə. O,
gün insan qaçacaq qardaşından, anasından, atasından, zövcəsindən,
oğullarından. O, gün onlardan hər birinin istənilən qədər işi olacaqdır».
(Əbəsə 31-37). «Onu görəcəyiniz gün hər bir əmizli qadın uşağını
unudar, hər bir hamilə qadın vaxtından əvvəl yerə qoyar. İnsanları
sərxoş görərsən. Halbuki onlar sərxoş deyillər. Bu ancaq Allahın
əzabının şiddətli olmasındandır». (əl-Həcc 2). Əbu Hureyrə
- radıyallahu
anhu – rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi və səlləm –
buyurdu: «Günəş batdığı yerdən doğmadıqca Qiyamət qopmaz. İnsanlar
onu gördükdə yer üzündə olan hər kəs iman gətirəcəkdir. Əvvəlcədən
iman etməmiş heç bir kəsə iman etməsinin fayda verməyəcəyi
zamandır»
380
.
QİYAMƏTİN ADLARI
Qurani Kərimdən bizə məlum olan Qiyamət gününün bir çox adları
vardır. İbn Kəsir Qiyamətin adlarının
80-dən çox olduğunu sayır
381
. Məs:
1. Yəumul-Bəss – məşhərə göndərilən gün.
«Elm və iman sahibləri isə
belə deyərlər: “Siz (qəbirlərinizdə) Allahın Kitabında (əzəli elmində
yazılmış) olan qiyamət gününə qədər qaldınız. Bu, (hamının dirildiyi)
qiyamət günüdür, lakin siz (onun haqq olduğunu) bilmirdiniz!”. (ər-Rum
56).
2. Yəumul-Xuruc – çıxarılacaq günü.
«O gün (bütün yaranmışlar)
dəhşətli (tükürpədici) səsi doğrudan-doğruya eşidəcəklər. O gün
(qəbirlərdən) çıxma günüdür!”. (Qaf 42).
378
Müslim.
379
Həkim, Əhməd «Musnəd», əl-Albani «Səhih Hədislər Silsiləsi» 4/361 hədis 1762.
380
Buxari,
Müslim
381
ən-Nihâyə «əl-Fitən vəl-Məlâhim» 1/255-256.