73
etdikdə halınız necə olacaqdır?)»
353
. Cabir
- radıyallahu anhu – rəvayət
edir ki,
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə
yaxın ümmətimin axırında saysız (saymadan) mal paylayan xəlifə
olacaqdır»
354
. Hədisin ravilərindən olan Cəriri belə deyir: «Əbu Nədra və
Əbul Əlaya – sizcə bu Ömər b. AbdulƏzizdirmi? – deyə müraciyət etdim.
Onlar da: «Xeyr» deyə cavab verdilər
355
. Mehdi hədislərini inkar edənlər
deyirlər ki, Mehdi elə İsa
– əleyhissəlam – ın özüdür və buna dəlil olaraq:
Ənəs
- radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi
və səlləm – buyurdu: «Fitnə-fəsad yayılacaq, dünyanın sonu yaxınlaşacaq,
insanlarda paxıllıq və xəsislik çoxalacaq, qiyamət yalnız pis insanlara görə
qopacaqdır. Mehdi isə elə Məryəm oğlu İsadır»
356
. Bu hədis zəifdir. Çünki
Muhəmməd b. Xalid əl-Cundi haqqında Zəhəbi
– rahmətullahi aleyhi –
deyir ki: “Ezdi diyir ki: “Hədisi qəbul edilməz. Hakim
– rahmətullahi
aleyhi – deyir ki: “Bilinmir kimdir”. Mən deyirəm ki: “Mehdi
isə elə
Məryəm oğlu İsadır” hədisi munkərdir
357
. İbn Teymiyyə, İbn Həcər
–
rahmətullahi aleyhi – deyirlər ki: “Bilinmir kimdir”
358
.
Mehdi Hədislərinin Mutəvatir Olması: Əbul Həsən əl-Arabi
–
rahmətullahi aleyhi – deyir ki: “Mehdi barəsində Peyğəmbər
– sallallahu
aleyhi və səlləm – dən gələn hədislər mutəvatir olmasıdır...”
359
. Şövkani
–
rahmətullahi aleyhi – deyir ki: “Mehdinin gəlməsini Mutəvatir olduğunu
50 hədislə açıqlamaq yetərlidir. Bu hədislərin mutəvatir olmasını bütün
üsul qaydaları qəbul etmişlər...”
360
. Sıddıq Həsən Xan
– rahmətullahi
aleyhi – deyir ki: “Mehdi barəsində hədislər fərqli olsa da həqiqəətən
çoxdur və mutəvatir dərəcəsindədir.
Bu hədislər Sünən, Mucə və
Musnədlərdə vardır”
361
.
Mehdi Hədislərini İnkar Edənlər Və Onlara Cavab: Lakin son
zamanlarda törəyən yazarlardan bəziləri (“Rəşid Rıza “Mənâr Tefsiri”
9/499-504, Əhmed Əmin “Duhal-İslam” 3/237-241) Mehdinin gəlməsini
inkar etməklə, onunla bağlı hədislərin zəif və batil olduğunu və Mehdini
sadəcə Rafizilərin uydurduqları bir şey olduğunu və sonradan Əhli
Sünnənin kitablarına qarışdığını söyləmişlər. Bu yazarlar Tarixçi İbn
Haldunun məşhur “Muqəddiməsində” Mehdi
hədislərini zəif etməsindən
353
Buxari 6/491, «Ənbiya» 49, Müslim 2/193.
354
Müslim 18/38,39.
355
Nəvəvi Şərhi, Müslim “Fitən” 18/38,39, Bəgavi “Şərhus-Sünnə”, Mehdî 15/86,87.
356
İbn Məcə 2/1340, Həkim «Mustədrək» 4/441,442, zəif hədis.
357
“Mizanul-İtidâl” 3/535.
358
“Minhacus-Sünnə” 4/211, “Takribut-Təhzîb” 4/157.
359
Təhzibul-Kəmal” 3/1194, “əl-Mənârul-Munîf” s:142, “Fəthul Bəri” 6/493,494.
360
“ət-Təvzîh”, “əl-İzâa” s:113,114.
361
“əl-İzâa” s:112.
74
faydalanmışlıar. Belə ki, İbn Haldun bu sahədə geniş elm sahibi deyildi ki,
hədislərə zəif və səhih desin. Bütün bunlara AbdulMuhsin əl-Abbad
–
hafizahullah - “
Mehdî Hakkında Gələn Sahih Hədisləri Yalanlayanlara
Cavap”adlı kitabında geniş olarak cavab vermişdir. Allah ondan razı
olsun. Həmçinin Əhməd Şakir “Şərh Musnəd Əhməd” 5/197-198 cavab
vermişdir.
İbn Qeyyim
– rahmətullahi aleyhi – deyir ki: “İmamilərə görə Mehdi,
Həsən
- radıyallahu anhu – nun deyil, Hüseyn
- radıyallahu anhu – nun
övladlarından olan Muhəmməd b. Həsən əl-Əsakir əl-Muntazadır. Musa
-
əleyhissəlam - ın əsasına
sahib olub,
500 yüz ilə qədər öncə Samirədəki
mağaraya girib ondan sonra onu görən olmamışdır. Buna görə də Rafizilər
hərgün onu gözləyərlər və bu mağaranın qapısında bir atla durub yanlarına
çıxması üçün: Ya Mövlana çıx, Ya Mövlana çıx” deyərlər. Sonra da
pərişan və ümüdsüz olaraq geri dönərlər. Bu da onların halı”
362
.
5. Yəcuc Və Məcuc Tayfasının Çıxması: Zülqərneyn dedi: «Bu
Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt
(Qiyamətə yaxın Yəcuc-Məcuc tayfalarının dünyanı bürüyəcəyi zaman)
gəldikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir». (əl-
Kəhf 90-98)
363
. Zeynəb b. Cəhş
- radıyallahu anhə – rəvayət edir ki, bir
gün Peyğəmbər
– sallallahu aleyhi və səlləm – üzü qıp-qırmızı halda,
həyacanlı olaraq çölə çıxdı və: «
Lə İləhə İlləllah! İrəlidə gecə qaranlığı
kimi fitnə vardır. Vay ərəbin halına! Bu
gün Yəcuc və Məcuc səddindən
bu boyda dəlik açıldı» buyurdu. Bunu söylədikdə baş barmağı ilə şəhadət
barmağını halqa şəkilində etdi. Bunun üzərinə mən: «Ya Rəsulillah!
İçimizdə yaxşı kimsələr olarkən biz həlakmı oluruq?» dedim. Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Bəli (fasiqlik, fahiş əməllər,
əxlaqsızlıq, zülm) kimi pisliklər çoxaldığı zaman»
364
. Əbu Hureyrə
-
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – buyurdu: «Yəcuc və Məcuc hər gün səddi qazarlar. Balaca bir
dəlik açıldıqda günəşin işıqlarını gördükdə əmrləri onlara: «Gəlin
qayıdaq, sabah işimizə davam edərik» deyər. Səhəri ora gəldikdə səddin
əvvəlki vəziyyətdə olduğunu görərlər. (Bu hal uzun bir vaxt belə davam
edər). Nəhayət Allah onları insanların üzərinə göndərmək vədi gəlib
çatdıqda onlar yenə də qazarlar. Səddən günəş işıqları göründükdə
əmrləri: «Gəlin qayıdaq, sabah
İnşəallah işimizə davam edərik» deyər.
362
“Minhacus-Sünnə” 2/131, “əl-Mənârûl-Munîf” s: 152-153.
363
İncildə Qoq və Maqoq tayfaları. Geniş məlumat üçün bax: «Qurani-Kərim» Kəhf surəsi 83-98-ci
ayələrə qədər.
364
Müslim.