Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə59/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   55   56   57   58   59   60   61   62   ...   310
49 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
olması ilə ölçülür. Bu cəhətdən isə, Azərbaycanda bəzi problemlərin mövcudluğu gözə 
çarpır. Xalqın gəlir səviyyəsi aşağı, sosial təbəqələşmə kəskin, orta təbəqə yox 
deyiləcək qədər zəifdir. Bu məsələnin həllində, həm neft fondunda yığılan gəlirlərdən, 
həm də xarici kreditlərdən daha yaxşı istifadə edilməsi lazım gəlir^’. 
2.7.
XARİCİ TİCARƏT 
Ölkənin Milli Bankı tərəfindən 1995-ci ildən bu günə qədər beynəlxalq 
standardlara cavab verəcək şəkildə tədiyyə balansının tənzimləndiyi Azərbaycanda
lazımi tənzimləmələrdə önəmli məsafələr əldə edilmədən ölkə iqtisadiyyatının 
inteqrasiyasına nail olmaq məqsədiylə xarici ticarətin tam olaraq liberal- laşdırılması, 
ağır vəziyyətdə olan istehsal sahələrinin tənəzzülünü sürətləndirmiş, yerli istehsalı bir 
xeyli azaltmış və daxili bazarı tamamiylə idxala bağlı bir vəziyyətə gətirmişdir. Gec də 
olsa yerli istehsalın inkişafına nail olmaq üçün hökumətin tətbiq etmək istədiyi 
tədbirlər isə, beynəlxalq təşkilatlar, əsasən də BVF və Dünya Bankı tərəfindən etirazla 
qarşılanmışdır. 2001-ci il aprel ayından etibarən Azərbaycanda yeni gömrük məcəlləsi 
qüvvəyə minmişdir. Hökumət yerli istehsalı artırmaq üçün ölkədə istehsalı mümkün 
olan bir çox məhsulun idxalından alman gömrük rüsumlarını yüksəltməyə cəhd 
etmişdir. Lakin, beynəlxalq maliyyə təşkilatlan ilə müqavilələr mümkün olmadığından 
rüsumlar istənilən səviyyəyə qaldınla bilməmişdir. Bəzi məhsullar üçün vergi 
nisbətlərinin 15%-ə yüksəldilməsinə baxmayaraq bu addımın çatmaq istənilən 
məqsədlərə çatmaqda kifayət etməyəcəyi düşünülür^*. 
Müstəqilliyini əldə etdiyi illərin ardından 1994-1999-cu illər arasında 
Azərbaycanın xarici ticarət balansında kəsirlər müşahidə olunmuşdur. Ancaq, neft 
məhsullan ixracının artması bu kəsirin azalmasına səbəb olmuşdur. 
Ölkədə sosial və siyasi sabitliyin əldə edilməyə başlandığı 1994-cü ildə “Əsrin 
müqaviləsi”nin imzalanması ilə başlayan və daha sonra müvəffəqiyyətlə davam 
etdirilən iqtisadi siyasətin həyata keçirilməsi nəticəsində, 1993-cü illə müqayisədə 
xarici ticarət həcmi 1997-ci ildə 16.4%, 1998-ci ildə 24.3%, 1999-cu ildə 45.2% 
nisbətində və 2000-ci ildə 2.1 dəfə, 2001-ci ildə 2.7 dəfə, 2002-ci ildə 2.8 dəfə, 
2004-cü ildə isə 5.2 dəfə artiş əldə edilmişdir. Azərbaycanın xarici ticarət həcmi 
2005-ci ildə 2004-cü ilə nisbətlə 37 % (idxal 34%, ixrac 40%) artmışdır. 
1998-
ci ildə manatın həddən artiq dəyər qazanması ilə ixrac gəlirləri 
azalarkən, idxalın artması və hidrokarbon sektorunda investisiya məqsədli yüksək 
miqdarda xarici investisiya daxil olmalan, xarici ticarət kəsirinin 1998-ci ildə 470.3 
milyon dollara qalxmasına səbəb olmuşdur. 
Nazim İmanov, 
s.28. Mehdiyev, 
s.23. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə