Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə296/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   292   293   294   295   296   297   298   299   ...   310
297 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
-
Ölkə iqtisadiyyatının dünya iqtisadiyyaüna inteqrasiyasını dərinləşdirmək, 
sürətləndirmək və genişlətmək lazımdır: Beynəlxalq iqtisadi inteqrasiyanın 
dərinləşdiyi dövrümüzdə xarici ticarətin əhəmiyyəti bir xeyli artır. Xarici iqtisadi 
fəaliyyətlər də daha çox dünya bazarlarının müasir qaydalarının tətbiqi, beynəlxalq 
iqtisadi və maliyyə təşkilatlan ilə müttəfiqliyin gücləndirilməsi və beynəlxalq ikili 
və/və ya çox tərəfli müttəfiqliyin dərinləşdirilməsinə əhəmiyyət verilməlidir. 
Beynəlxalq bazarlarda özünə xas bir yer tutmaq üçün ölkələr arasında rəqabət 
getdikcə kəskin bir hal alır. Bu prosesdə geridə qalmanın, sürətli hərəkət etməməyin 
hər bir ölkə üçün mənfi təsirləri ola bilər. Bu səbəbdən də, Azərbaycan öz 
iqtisadiyyatının indiki vəziyyətini nəzərdə tutaraq, dünya iqtisadiyyaüna inteqrasiya 
etməsinə imkan verən bütün potensialını müəyyənləşdirməli və bundan lazımi şəkildə 
faydalamimahdır. Kifayət qədər potensiala sahib olan ölkənin geo-siyasi və coğrafi 
mövqeyi, təbii ehtiyatlannm zənginliyi, böyük elmi-texniki və kadr potensialı, 
insanların yüksək iş görmə qabiliyyətinə sahib olması diqqətə alınmalı, bu imkanlar 
dünya iqtisadiyyaüna səmərəli və faydalı inteqrasiya üçün səfərbər edilməlidir. 
Heç bir ölkə, hətta ən böyük ölkələr belə, dünya iqtisadiyyaüna inteqrasiya 
olmadan, beynəlxalq iqtisadi münasibətlər qurmadan inkişaf edə bilməz. Beynəlxalq 
iqtisadi münasibətlərə bağlanma isə, ilk əvvəl və daha üstünlüklü olaraq regional 
inteqrasiya şəklində həyata keçir. Çünki, regional inteqrasiya tərəfləri müxtəlif 
qaynaqlar və texnologiyaların əldə edilməsində, yeni bazarlara çıxış, üçüncü ölkə 
şirkətləri ilə müqayisədə bu bazarlara daha sərbəst girmə və rəqabət üstünlüyü 
qazanması kimi bəzi əlverişli şərtlər təmin edir. Eyni zamanda ölkənin dünya 
iqtisadiyyatına inteqrasiya olmasının iqtisadiyyatın tamamiylə idxaldan asılı vəziyyətə 
düşməsi kimi bəzi mənfi nəticələrin də ortaya çıxa biləcəyi nəzərdə tutularaq lazımi 
tədbirlər alınmalıdır. 
-
Yerli istehsala dəstək vərilməlidir: Sənayedə aparıcı sahələrin, bu nöqtədə yerli 
xammal istifadə edən və dünya bazarlarında yüksək tələbə sahib məhsullar istehsal 
edən əsas sektorların müasir texnologiya ilə dinamik inkişafı əldə edilməlidir. 
Asiyadakı yeni sənaye ölkələrinin təcrübəsi göstərir ki, yerli istehsalın inkişafı və 
gücləndirilməsi üçün müəyyən dövrlərdə daxili bazamın qorunması və yerli istehsalın 
himayə edilməsi istiqamətində ciddi tədbirlər alınmalıdır. İnkişaf Etmiş Ölkələr 
iqtisadi inkişafın müəyyən mərhələlərdə yerli istehsalçılarını himayə edən və daxili 
bazarı qoruyan siyasət yeritmişlərdir. Azərbaycanda yerli istehsalçılara xarici 
məhsullarla rəqabətdə müəyyən nisbətdə uyğun şərtlər yaratmaq, yerli məhsulların 
rəqabət imkanlarının gücləndirilməsi üçün lazımlıdır. 
-
Neft hasilatının son halqası və ölkənin mineral ehtiyatları ilə birbaşa əlaqədar olan 
neft-kimya sənayesi “Hollandiya Xəstəliyi”nə düşməmə nöqtəsində inkişafı vacib 
olan ən əhəmiyyətli sektorların başında gəlir. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   292   293   294   295   296   297   298   299   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə