Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə294/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   290   291   292   293   294   295   296   297   ...   310
295 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
-
Xarici investisiyaların ölkəyə axımına çalışan təşkilatların dövlət tərəfindən daha 
aktiv şəkildə koordinasiya edilməlidir. Dünya sərmayə bazarlannda ölkənin enerji 
ehtiyatları xaricindəki sektorlarla bağlı xarici investisiyanı cəlb edici reklam və 
informasiya da təşəkkül etdirilməlidir. Beynəlxalq maliyyə təşkilatlan ilə investisiya 
müttəfiqliyinin daha çox inkişafı lazımdır. 
-
Mövcud nəqliyyat, infrastruktur və telekommunikasiya sisteminin yenilənməsinə 
dair işlərə üstünlük və sürət verilməlidir. 
-
Bank sektoru və maliyyə sektorunun beynəlxalq standartlara çatdırılması üçün 
lazımi tənzimləmələrin tezliklə həyata keçirilməlidir. Bakı-Ceyhan boru xəttinin 
fəaliyyətə keçməsi ilə birlikdə ölkəyə daxil olacaq yeni maliyyə vəsaitləri ilə sərmayə 
ehtiyatının artmasıyla yanaşı görüləcək hüquqi və inzibati tənzimləmələrlə 
iqtisadiyyatın daha çox qeydiyyata alınması maliyyə sisteminin inkişafına həm də özəl 
sektorun bu bazarlardakı üstünlük qazanmasına güc qazandıracaqdır. 
-
Xarici borc miqdarının artmasına imkan verilməməli, büdcə kəsirləri bu yolla 
aradan qaldırılmamalıdır. 
-
Azərbaycanda həyata keçirilməsi vacib olan bir sıra böyük həcmli inves- tisya və 
layihənin maliyyələşdirilməsi üçün xarici maliyyə mənbələrinə ehtiyac vardır. Xarici 
maliyyə mənbələri investisiya və layihələrə kredit vermələri üçün, dövlət zəmanəti 
tələb edirlər. Layihə və investisiyalara dövlət zəmanəti verilməsi üçün isə, lazımi 
hüquqi tənzimləmələr edilməlidir: Vergi və gömrük rüsumlarının uyğun yəni ödənə 
biləcək bir səviyəyə gətirilməsi, vergi nəzarət sisiteminin qanşıq və sahibkarlığı 
qaçırdacaq bir mahiyyətdə olması və ticari faliyyəti olan bütün müəssisələrdən vergi 
alınması, yəni verginin geniş kütlələrə yayılması, bu istiqamətdə ƏDV-nin yenidən 
gözdən keçirilməsi lazımdır. 
-
İnvestisiya siyasətində yeni bir addım olaraq, investisiyaların sığortalanması 
sisteminin formalaşdıniması, investisiya fondları və qiymətli kağızlar bazarının 
formalaşmasının sürətləndirilməsi vasitəsi ilə ölkəyə portfel investisiyalarının cəlb 
edilməsinə nail olunmalıdır. Bu nöqtədə Avroya keçən Avropa ölkələrinin mümkün 
ola biləcək təsirindən müsbət mənada faydalanmaq Azərbaycan baxımından mümkün 
ola biləcəkdir. İnvestisiya siyasətində yerli investorların ölkə iqtisadiyyaünm 
inkişafına iştiraklarını artirmaq üçün də əlavə bir əhəmiyyət verilməlidir. 
-
Bürokratiya minumum səviyyəyə salınmalı və süni maneələr ortadan 
qaldırılmalıdır. Ölkədə müstəqil rəqabət və mülkiyət zəminində yerli sahibkarlığı 
qoruyacan mexanizmin formalaşması, yəni iqtisadiyyatda liberallaşma axımının 
davam etməsi, özəl sahibkarlığın gücləndirilməsi lazımdır: Bunun üçün bazar 
iqtisadiyyatı anlayışına zidd olan monopoliyanın formalaşmasına icazə verilməməli, 
iqtisadiyyatın mövcud olan monopoliyalardan xilas edilməsinə davam edilməli və 
təbii monopoliyaların müvafiq tədbirlərlə tənzimləməlidir. Bir baş 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   290   291   292   293   294   295   296   297   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə