Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə297/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   293   294   295   296   297   298   299   300   ...   310
298 


Az
ərbaycan İqtisadiyyatı 
-
Metalurgiya sənayesi, zəngin xammal ehtiyatına sahib olan və istehsal edilən 
məhsulların dünya bazarında yüksək likviditliyə sahib olması səbəbiylə üstünlük 
verilməsi vacib olan sektorlar arasında yer alır. 
-
Dünya bazarlarında mühüm tələb potensialına sahib olan istehsal sahələrinə 
üstünlük verilməyə çahşılarkən, üstünlük ölkədə mövcud olan təbii ehtiyatlardan 
faydalana biləcək sahələr üzərində cəmləşməlidir. 
-
Xəzərdə neft və təbii qazla yanaşı mühüm gəlir qaynağı olan balıq və kürü 
istehsalı ilə əlaqədar olaraq Azərbaycan, Xəzərin statusuna dair son qərarın 
verilməsini gözləmədən dənizdəki çirklənmə və qadağan olunmuş ovlanmağın 
qarşısını almaq məqsədiylə almış olduğu tədbirləri artıraraq kompleks tədbirlər həyata 
keçirməlidir. 
-
Regional inkişafı əldə etmək üzrə qərarlaşdırılan regional inkişaf proqram və 
siyasətlərinin tətbiq edilmə mərhələsinə son dərəcə diqqət göstərilməlidir. Regional 
inkişafda tarazlığın əldə edilməsi üçün yerli təbii ehtiyatlann müəssisələrdə 
istifadəsinə diqqət göstərilməlidir. 
-
ÜDM artımı ildə 10%-dən yuxarı reallaşdırmağa çalışılmalıdır. Davam etdirilə 
biləcək bir iqtisadi inkişafın, dövlət idarəsinin və inkişafda olan siyasi mexanizmin 
təsirli işləməsinə, bəşəri sərmayənin inkişafına bağlı olduğu düşünülür. Ölkənin siyasi 
müstəqilliyi, milli iqtisadiyyatın inkişafına mühit yaratdığı kimi, milli iqtisadiyyatın 
inkişafı da ölkənin müstəqilliyinin əsaslarını daha da qüvvətləndirəcəkdir. 
Müstəqilliyin ilk on ilini, siyasi müstəqilliyin iqtisadiyyata xidmət etdiyi bir dövr 
olaraq dəyərləndirmək mümkündür. On illik dövrdən sonrakı zaman isə, iqtisadiyyatın 
ölkənin siyasi müstəqilliyinin güc qazanmasına xidmət etməsi lazım olan bir dövr 
olaraq diqqətə alınması lazımdır. 
-
Gəlir səviyyəsinin yüksəldilməsi ilə birlikdə gəlirin paylamimasmda ədalətli 
olmaq da lazımdır. Xüsusilə, cəmiyyətdə orta sinfin gücləndirilməsi lazımdır. 
-
Sosial təhlükəsizlik sisteminin müasir tələblərə uyğun olaraq formalaşdınl- ması 
və xalqın rifah səviyyəsinin yüksəlməsinə nail olunmalıdır. Bu səpgidə iqtisadi 
inkişafın və dövlət büdcəsinin sosial tərəfinə üstünlük verilməsi lazımdır. 
Azərbaycanda zaman içində orta təbəqənin gedərək azaldığı müşahidə edilir. Bu mənfi 
gedişatm təhlükəli səviyyəyə qalxmaması üçün, iqtisadi qərarların sosial tərəfinə daha 
çox əhəmiyyət verilməlidir. 
-
Neft və təbii qaz hasilatı ilə yanaşı metallurgiya, enerji, kimya kimi yüksək 
səviyyədə su və enerji istifadəsi nəticəsində böyük miqdarda tullantıların yaranmasına 
səbəb olacaq sahələrdən təşkil olunması və ərazisinin 20%-i işğal edilmiş olması 
səbəbiylə dünyanın ekolojik baxımdan ən təhlükəli regionlarından biri halına gələn 
Azərbaycanda ekolojik təhlükəsizliyin formalaşdırılacağı bir sosyo-iqtisadi sistemin 
yenidən qurulmasına diqqət artırılmalıdır. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   293   294   295   296   297   298   299   300   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə