Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə290/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   286   287   288   289   290   291   292   293   ...   310
291 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
1998-
ci ildəki Rusiya iqtisadi böhranı və neft qiymətlənndəki azalma ölkə 
iqtisadiyyatına mənfi təsir göstərsə də, 2000-ci ildəki neft qiymətlərində proq- 
nozlaşdırılandan artıq olan artım iqtisadiyyata canlılıq gətirmişdir. Ölkədə, 
iqtisadiyyatda nail olunan stabillik və nəzarət altına alman inflyasiya, valyutaya da 
şamil edilmiş və Dolar/Manat nisbətində ciddi bir dəyişiklik olmamışdır. 
Azərbaycan xarici ticarət siyasətini bazar iqtisadiyyatı şərtlərinə görə təşkil 
etməyə çalışır. Müəyyən edilən gömrük rüsumlan ilə bəzi stratejik məhsullardan başqa 
xüsusiylə də ərzaq sektorunda hər hansı bir məhdudiyyət yoxdur. 
Bank və maliyyə sektorunda müstəqilliyin ilk illərində yaşanan qanşıqlıq ortadan 
qalxmış və bu sektor Milli Bankın ciddi nəzarəti alüna keçmişdir. Hüquqi 
tənzimləmələr hələ tamamlanmamış olmaqla birlikdə, iqtisadiyyaün ümumi tarazlığını 
tənzimləyən əsas qanunlar mövcuddur. Ancaq, Azərbaycanda dövlətin maliyyə 
sisteminə ciddi müdaxiləsi var. Bu isə, maliyə sisteminin liberallaşmasına imkan 
vermir. Maliyyə sektoru sürətlə inkişaf etməklə bərabər, sektor hələ də olduqca zəif və 
həssasdır. 
Kənd təsərrüfatı, sənaye və xidmət sektorlannda özəlləşdirmənin başlamış olması 
və özəl mülkiyyətə icazə verilməsi nəticəsində özəl sektorun ÜDM içindəki payı 
1990-cı ildə 13% olarkən, 1999-cu ildə 62%-ə, 2005-ci ilin əvvəlində isə 74%-ə 
qalxmışdır. 
Əlbəttə, Azərbaycanın iqtisadi inkişaf prosesində hələ bir çox işlər görülməli, bir 
sıra addımlar atılmalıdır. Azərbaycan sərbəst bazar iqtisadiyyaünm deyil, keçid 
dövrünün problemlərini yaşayır. Ancaq, ifadə etmək lazımdır ki, təqribən 13 illik 
müddət ərzində bundan sonrakı dövrdə lazımi tədbirlərin görülməsi üçün hüquqi və 
inzibati baza qurulmuş, makroiqtisadi, regional və sek- toral hədəflər müəyyən 
edilərək bu hədəflər istiqamətində addımlar aülmağa başlanmışdır. 
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin fəaliyyətə başlaması ilə Azərbaycan 
iqtisadiyyatında ümumi olaraq ciddi bir dirçəliş proqnozlaşdmhr. Edilən proqramlann 
bu layihə mərkəzli olduğu müşahidə edilir. 
Azərbaycanın Xəzər enerji ehtiyatlannm istehsalı və beynəlxalq bazarlara nəqlinə 
dair seçimində, iqtisadi olmaqla yanaşı həm də stratejik mənfəətləri də nəzərə aldığı 
görülür. Regionda köhnə Sovet İttifaqı dövründəki təsirini davam etdirməyə çalışan 
Rusiyaya qarşı Azərbaycanın, siyasi müstəqilliyini davam etdirmə və iqtisadi 
müstəqilliyini inkişaf etdirmə məcburiyyətində olması, qa- çmılmaz olan bu seçimdə 
əhəmiyyətli bir rol oynayır. 
Bütün bunlara baxmayaraq, zəngin təbii ehtiyatların mövcud olması, güclü kadr 
potensialı, iqtisadiyyatın və iqtisadiyyaün ilk keçid dövrünə başladığı səviyyə, 
əhəmiyyətli nəqliyyat yollannm kəsişdiyi bir nöqtədə yerləşməsi Azərbaycan 
iqtisadiyyatının gələcəyinə nikbin baxmağa imkan verir. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   286   287   288   289   290   291   292   293   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə