Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə289/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   285   286   287   288   289   290   291   292   ...   310
289 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
-
Qeyri-neft sektoru üzrə ixracın stimullaşdmlması; 
-
Dövlət investisiya proqramının prioritetlərinə yenidən baxılması, büdcə 
vəsaitlərindən səmərəli istifadənin və dövlət maliyyə intizamının gücləndirilməsi; 
-
Problemli borc öhdəliklərinin bəziləri üçün seçməli qaydada dövlət zəmanətinin 
tətbiqi və qeyri-formal iqtisadiyyatın uçota götürülməsi
-
Sayı getdikcə artan işsizlərin təkrar peşə hazırlığını təmin edən layihələrin 
maliyyələşdirilməsi və onlara verilən müavinətlərin artırılması; 
-
Ev təsərrüfatlannda və mülkiyyətindən asılı olmayaraq müəssislərdə bütün növ 
qənaətin stimullaşdırılması üçün məlumatlandırma kampaniyalarının aparılması; 
-
Qiymətli kağızlar bazarında korporativ borc kağızları sektorunun inkişafının 
iqtisadi yollarla təşviq edilməsi; anti-inflyasiya tədbirləri kimi fıskal və monter 
alətlərdən heç birinə birmənalı üstünlük verməmək və onların kombinasiyasına 
çalışmaq. 
Beləliklə, aparılan təhlil nəticəsində belə bir qənaətə gələ bilərik ki, son qlobal 
iqtisadi böhran öz unikallığı ilə fərqlənir və Azərbaycana bütün əsas maliyyə və 
mübadilə kanalları üzrə ciddi təsir göstərir. Lakin bu təsirin tam rəsmi diaqnostikası 
sistemli olmasa da, atılan bəzi addımlar hökumətin və biznes sektorunun mümkün 
risklərin fərqində olduğunu söyləməyə əsas verir. 
290 


NƏTICƏ VƏ TƏKLIFLƏR
 
Zəngin təbii sərvətləri, təbii gözəllikləri və coğrafi mövqeyi ilə Cənubi Qafqazın 
ən stratejik və inkişaf perspektivinə sahib ölkəsi olan Azərbaycan, müstəqilliyinin ilk 
illərində, Ermənistanın Qarabağı işğalının da təsiriylə yaşadığı siyasi, iqtisadi və sosial 
problemlər səbəbiylə, beynəlxalq arenadakı mövqeyi çox parlaq olmamaqla bərabər, 
zəngin enerji qaynaqlan sayəsində iqtisadi cəhətdən perspektivli bir ölkə olaraq 
bilinmiş və beləcə dünyanın qabaqcıl ölkələrinin diqqət mərkəzində olmuşdur. 
Nəhayət, Ümummilli Liderimiz Heydər Əliyevin iqtidara gəlməsi ilə birlikdə 
siyasi stabilliyə qovuşan Azərbaycan, iqtisadi bax;mdan çətin vəziyyətdən özünü 
çıxartmağı bacarmış və dünya miqyasında neft hasil edən bir ölkəyə çevrilmə yolunda 
inkişaf etməyə başlamışdır. 
Heydər Əliyev iqtidarı ilə bərabər ölkədə siyasi və iqtisadi stabillik təmin 
edilmiş, 1700%-ə çatan inflyasiya tətbiq edilən sərt pul-kredit siyasəti nəticəsində 
1995-ci ildən etibarən azalmağa başlamış və ümumi istehlak qiymətləri səviyyəsində 
də stabillik təmin edilmişdir. 
Azərbaycanın Xəzər dənizində yerləşən enerji ehtiyatlannm hasilatıyla bağlı 
beynəlxalq neft şirkətləri ilə 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi”ndən sonra, 
ölkənin xüsusilə enerji sektoruna xarici investisiya qoyuluşlan müvəffəqiyyətli şəkildə 
davam edir. Neft və təbii qaz ehtiyatlan iqtisadiyyatımn bel sümüyünü və 
lokomotividir. Eneıji ehtiyatlannm Qərb bazarlanna çatdıniması ilə Azərbaycan 
regionun ən əhəmiyyətli və ən zəngin ölkəsi mövqeyinə gələcəkdir. 
Digər tərəfdən bir çox Qərb şirkətinin xüsusilə eneıji sektoruna maliyyə 
baxımından çox böyük investisiya qoyduğu bir ölkə olması, Azərbaycanda digər 
sektorlara da qoyulacaq investisiyalar baxımından bir növ beynəyxalq zəmanət 
mənasına gəlir. 
İxracatda neft və neft məhsullannm payı 85-90%-dir. 2005-ci ildə Bakı- 
Tbilisi-Ceyhan boru xətti ilə neftin, 2006-cı ildə Bakı-Tbilisi-Ərzurum boru xətti ilə 
təbii qazın ixracına başlanması ilə bu nisbət daha da yüksəlmişdir. Ancaq, bu 
iqtisadiyyatın neftə və neft qiymətlərindəki dalğalanmalara indeksliliyi mənasına 
gəlir. Belə ki, tədiyyə balansmdakı kəsirlər neft qiymətlərinin artımına paralel olaraq 
əldə edilən neft gəlirləriylə ortadan qaldırılır. 
1997-ci ildən etibarən başladılan özəlləşdirmə proqramı nəticəsində daha çox 
kiçik həcmli müəssisələri əhatə edən, birinci özəlləşdirmə proqramı başa çatmış, 
2001-ci ildən etibarən isə ikinci özəlləşdirmə proqramı tətbiq edilməyə başlanmışdır. 
Bu proqram ilə orta və böyük həcmli şirkətlərin və stratejik əhəmiyyətə sahib bir sıra 
şirkətlərin özəlləşdirilməsi planlanmışdır. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   285   286   287   288   289   290   291   292   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə