Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə292/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   288   289   290   291   292   293   294   295   ...   310
293 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
cəmiyyətin bütünündə hiss etdirməkdə olan rüşvət və korrupsiya ilə mübarizə davam 
etməlidir. Bu mübarizədə dövlət müəssisələrinin, ilk növbədə mövcud problemin 
genişlənməsinə və dərinləşməsinə, sosial-iqtisadi sistemi tamamiylə əhatə etməsinə 
mane olmaları vacibdir. Bu istiqamətdə dövlət sektorunda işləyənlərin ortalama aylıq 
gəlirlərinin, minumum həyat standartlarının üzərinə çıxardılması vacibdir. 
- Dövrümüzdə iqtisadiyyata hakim olan fikir qloballaşma fikridir. Bu fikir daha çox 
son illərdə “yeni iqtisadiyyaf’ termini çərçivəsində formalaşır. Yeni iqtisadiyyat 
termini, cihaz və texnikanın yerinə yeni fikirlərin və ixtiralann əhəmiyyət qazandığı 
bir dünyanı ifadə edir. 
Yeni iqtisadiyyat, Alvin Tofflərin “üçüncü dalğa” kitabında ifadə etdiyi “biliyə 
dayanan istehsal ” bir iqtisadiyyat növüdür. Birinci dalğa olan kənd təsərrüfatı 
cəmiyyətində sahib olunan torpaq və kənd təsərrüfatı texnikası kimi istehsal 
amillərinin sahibliyi iqtisadi inkişafın və rifahın müəyyən edicisi ikən, ikinci dalğa 
olan sənayə cəmiyyətində bu amillərin yerini mədən, enerji ehtiyatlan kimi ünsürlər 
almışdır. Üçüncü dalğa olaraq adlandırılan bilik cəmiyyətində isə, artıq iqtisadi inkişaf 
və rifahın müəyyən edicisi nə torpaqdır, nə də enerji ehtiyatları. Bilik cəmiyyətlərində 
inkişaf və rifah, zehni istehsal tərəfindən müəyyən ediləcək şəkildə birbaşa elmin 
çevrilməsi və sərmayə halına gətirilməsindən asılıdır. 
Beləcə, iqtisadi inkişaf mübarizəsi fərqli perspektivlər qazanaraq, iqtisadiyyatın 
infrastrukturu əllə tutula bilən mallardan çox məlumat əsaslı mallar üzərində 
möhkəmlənməyə başlamışdır. Məlumatın istehsal mərhələsindək! yerinin getdikcə 
artması nəticəsində, sənaye mallarının dəyər itirdiyini deyə bilərik. Avtomobil, mobil 
telefonu, peyk və irsi peyvəndin qiyməti arasında müqayisə edildikdə, dövrümüzdə 
bilginin çox vacib və dəyərli hala gəldiyi görüləcəkdir. Yeni iqtisadiyyatda əlavə 
dəyərin çoxu beyin tərəfindən istehsal olunur. 
Bu çərçivədə, informasiya boşluğunun azaldılması üçün; biliyin əldə 
edilməsindən daha çox hazırlanması, qavranması və yayılması lazımdır. 
O halda Azərbaycanın siyasi müstəqilliyini həqiqi mənada qazanması 
baxımından vacib olan iqtisadi müstəqillik, iqtisadi inkişaf və iqtisadi inteqrasiya 
üçün, elmə və elm insanma ehtiyacı vardır. Yoxsa, Azərbaycanın sadəcə neft və təbii 
qaz ehtiyatarmm varlığına arxaymiaşarsaq, siyasi müstəqilliyini əbədi qılacaq iqtisadi 
müstəqilliyini və inkişafını həyata keçirtmək dövrümüzdə mümkün olamayacaqdır. 
Qaldı ki, Azərbaycan mühüm bir kadr potensialına sahibdir. Vacib olan iş gücünün 
potensial qabiliyyətinin, yeni iqtisadiyyatın şərtlərinə uyğun olarak, inkişaf 
etdiriləcəyi bir təhsil strukturunu formalaşdırmaqdır. 
Eneıji ehtiyarlarından əldə edilən gəlirin, informasiyanın əldə edilməsinə və daha 
da əhəmiyyətlisi informasiyanı ortaya çıxaracaq insanlan yetişdirəcək təhsil 
müəssisələrinin təşəkkülünə və inkişafına istiqamətləndirilməsi ən doğru 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə