Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə287/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   283   284   285   286   287   288   289   290   ...   310
12.2.9.
 
Makroiqtisadiyyata təsiri 
Ciddi problem yarada bilən əsas məsələ böhranın Azərbaycan Dövlət Neft 
Fondunun (ARDNF) gəlirlərinə təsir etməsidir. "Azeri light" markalı neftin 1 
barrelinin qiymətinin son 3 il ərzində ən kritik psixoloji həddən - 50 $-dan da aşağı 
düşməsi. Nəzərə alsaq ki, 2009-cu ildə dövlət büdcəsində neftin qiyməti 
proqnozlaşdırılmış qiymətindən aşağı (büdcədə neftin bir barreli 70 dollar nəzərdə 
tutulub). Dünya maliyyə bazarındakı böhranın Azərbaycanın ticarət dövriyyəsinə 
təsiri ehtimalı böyükdü. Rəsmi statistik məlumatlara əsasən, ölkənin ixrac bəndində 
xam neft ən çox xüsusi çəkiyə malikdir (93,80 faiz). Eyni zamanda böhran xarici 
investorların ölkə iqtisadiyyatına investisiya qoyuluşlan- nm təxirə salınmasına gətirib 
çıxardır ki, bu da iqtisadi inkişafın ləngiməsinə və iqtisadi artımın ilin sonuna 
gözlənilən səviyyədən aşağı olmasına səbəb olacaq. 
-
İqtisadiyyatımızın əsasını təşkil edən neft gəlirlərinin azalması; 
-
Bir sıra iri sosial-iqtisadi investisiya layihələri təxirə salınmışdır; 
-
İqtisadi artımın ilin sonuna gözlənilən səviyyədən aşağı olması; 
-
Tələbin azalması nəticəsində iqtisadi subyektlərin fəaliyyətinin zəifləməsi. 
“Qlobal iqtisadi böhranın Azərbaycana təsirləri: yeni miflər yeni realhqlara qarşı”,
Azərbaycan- 
Türkiyə İş Adamları Birliyi, Layihələr və Tədqiqatlar Şöbəsinin nəşri, s-3 
287 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
12.2.10.
 
Mikroiqtisadi sistemə təsiri 
2008-ci ilin sonu 2009-cu ilin əvvəlində Milli Bank preventiv monetar tədbir 
olaraq pul siyasətini bir qədər yumşaltdı. MB İdarə Heyətinin qərarı ilə 2009-cu il 
fevralın 2-dən etibarən uçot dərəcəsi 3% endirilərək 5%-ə çatdırılıb. Faiz dəhlizinin 
yuxan həddi 13%-dən 10%-ə qədər endirilib. Manat və xarici valyutada məcburi 
ehtiyat norması 6%-dən 3%-ə qədər endirilib. Qlobal iqtisadi böhranın dərinləşməsi 
şəraitində, 2009-cu ilin pul siyasətinin istiqamətinə uyğun olaraq Milli Bank
makroiqtisadi tarazlığın, maliyyə sabitliyinin dəstəklənməsi və ölkədə iqtisadi 
fəallığın saxlanılması məqsədilə onun yüngülləşdiril- məsini davam etdirir. 
Anti böhran tədbirlərindən biri, hökumətin maliyyə dəstəyinə sübut kimi sığorta 
şirkətlərinin üç il müddətinə mənfəətin kapitallaşmasmm artinimasma yönəldilən 
hissəsinin vergidən azad edilməsi oldu. Böhranın sığorta şirkətlərinə təsirinin 
minimuma endirilməsi üçün bu dövr ərzində gərəksiz xərcləri azaltmaq, müştəri sayını 
artırmaq və bazar üçün yeni məhsullar hazırlamaq lazımdır. Hökumət isə öz tərəfindən 
2008-ci ilin sonunda həm sığorta şirkətlərini, həm də bankları mənfəət vergisindən 
azad edərək mühüm bir addım atmış oldu.^*^ 
Azərbaycanın maliyyə sisteminin böhrana qarşı daha zəif sektoru - bank 
sektorudur. Azərbaycan Milli Bankı faiz dərəcələrini 2 dəfə azaltmağa və bankları 
bazardakı vəziyyətin bütün elementlərini qiymətləndirməklə ehtiyatlı siyasət 
aparmağa çağırıb. Kreditin daha az riskli sahibkarlara verilməsi tövsiyyə olunur. Artıq 
özəl banklann kredit verməsi məhdudlaşıb. Azərbaycan banklan xarici maliyyə 
mənbələrindən 2 milyard dollar sərbəst vəsait cəlb etmişdilər. Hal-hazırda belə sərbəst 
vəsaitlərin cəlb olunması prosesi dayanmışdır. Çünki dünyada kreditlərin sərbəstliyi 
əsaslı şəkildə azalıb, faiz dərəcələri xeyli artıb. Bu ona gətirib çıxarır ki, Azərbaycan 
kommersiya bankları xaricdən lazımi miqdarda kredit cəlb edə bilmirlər və müvafiq 
olaraq ölkədə banklar əhaliyə və sahibkarlara istehlak və korporativ kredit vermir. 
Maliyyə-bank sektorundakı problemlər real sektora sıçrayacaq. Çünki bankdan 
kredit ala bilməyən sahibkarların iqtisadi fəaliyyəti zəifləyəcək istehsalat və inşaat 
müəssisələrinin əksəriyyətində dövriyyə həcmi aşağı düşəcək, xidmət və satış 
sahələrində geriləmə başlayacaq. Bütün bunlar isə minlərlə insanın işsiz qalması ilə 
nəticələnəcək. Digər tərəfdən, Azərbaycanın bank bazarının qapalı olması bizim 
xeyrimizə olub. Ölkədəki şirkətlərdə və özəl strukturlarda ciddi ixtisarlar başlanıb. 
Bəzi ekspertlər maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirini təkzib etsələr 
də, ən iri 12 şirkətdə ümumən 3400 nəfərin işdən çıxarıldığı bildirilir. 
Əliyev E.,“MiZ/i 
iqtisadiyyatın lokomotivi olan bank sektoru qlobal böhranı əzndə dsf edir”, 
Azərbaycan Qəzeti, 13 mart 2009, 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   283   284   285   286   287   288   289   290   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə