Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə56/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   52   53   54   55   56   57   58   59   ...   310
46 


Az
ərbaycan İqtisadiyyatı 
Xərclərdə sosial bir bazaya sahib olan 2009-ci il büdcəsində, əmək haqqlarına, 
təhsil və müdafiə xərclərinə daha çox yer verilmişdir. Bu çərçivədə ortala- ma əmək 
haqqları bir əvvəlki ilə görə 30% artırılmışdır. Bu artış ilə rüşvətxor- luğun 
azaldılmasına cəhd edildiyi müşahidə olunur. Müdafiə xərcləri isə 70% artırılmışdır. 
Ümumi olaraq təxminən 12 mlrd.dollar olan 2008-ci il büdcəsi, 
2010-
cı ildə 12 milyard manata çatmışdı ki, onun da 5 mlrd, manata yaxmı neft 
fondundan transferidir. Azərbaycana 2006-cı ildən başlayaraq “Əsrin Müqaviləsi” 
çərçivəsində neft gəlirlərinin daxil olması hesabına həyata keçirilsə də, Amerikada 
başlayaraq dünyanı cənginə alan qlobal maliyyə böhranı nəticəsində neft qiymətinin 
dünya birjalarında kəskin ücuzlaşması, Azərbaycan hökümətini bu addımı atmağa 
məcbur etdi. Dünya bazarlarında neft qiymətlərinin azalması büdcənin əvvəlki illərə 
nisbətən tədricən yavaş böyüməsində mühüm rol oynayır. 
2.6.
VALYUTA SİYASƏTİ 
Azərbaycan “Rubl Regionu”ndan çıxaraq milli valyutanın tədavülünə dair qəbul 
edilən qanunun ardından, 1992-ci il noyabr ayında müstəqil Azərbaycan 
Respublikasının milli valyutası olan “Manat”ı tədavülə çıxartmışdır. Azərbaycanın 
milli valyutası, ilk mərhələdə Rusiyanın valyutası Rubl ilə birlikdə istifadə olunurdu. 
Hökumətin sərbəst bazar iqtisadiyyatına keçiləcəyini və özəl- ləşdirməni manat ilə 
aparacağını bildirməsi ilə yanaşı ümumi həcminin bazarda az olması səbəbiylə ilk 
dövrdə dəyərini qoruyan manat, idxalın böyük bir hissəsinin rubl ilə aparılma 
məcburiyyətinin olması və idxal edilən məhsullann ölkələrində, xüsusilə də Rusiyada 
qiymətlərin liberallaşmaya paralel olaraq yüksəlməsi nəticəsində, 1993-cü ilin 
ortalanndan etibarən rubl qarşısında dəyər itirməyə başladı. Bununla yanaşı 
1993-1994-cü illərdə bank sektorunda baş verən iflaslar və manatın dəyərini itirəcəyi 
qorxusu, başda dollara olmaq üzrə xarici valyutaya istiqamətlənməyə, yəni valyuta 
əvəzetməsinə səbəb olmuşdur^^. Hər iki valyutanın mübadilə üçün istifadə olunması, 
ödəmələr sistemində, xarici ticarət tədiyyə balansında bəzi problemlərə səbəb olarkən, 
ölkədə baş verən iqtisadi böhranın dərinləşməsində də rol oynamışdır. 
Nəhayət, 1994-cü ildən etibarən manat ölkədə yeganə pul vahidi olaraq fəaliyyət 
göstərməyə başlayır. 1994-cü ildə “Valyuta Tənzimlənməsi Haqqında” qanunun qəbul 
edilməsi və 1995-ci ildə anti-inflyasyonist pul və kredit siyasətinin tətbiq edilməyə 
başlaması nəticəsində 1996-cı ilin may ayından manat dəyər və etibar qazanmağa 
başladı. Manat ilk illərdə inflyasiya, siyasi və iqtisadi stabilliyin olmaması kimi 
səbəblərlə ABŞ dollan qarşısında sürətlə dəyər itirsə də, 1995-ci ildən sonra ölkədə 
həyata keçirilən iqtisadi tədbirlər və sərt pul siyasəti nəticəsində milli valyutada çox 
böyük dalğalanmalar olmamışdır. 
C. Şərifov, “Azərbaycanda Valyuta Bazarının Müasir Vəziyyəti və Onun İnkişaf Perspektivləri”, 
Azərbaycan 21. Əsrin Astanasında,
Azərbaycan Elmlər Akademiyası Nəşriyyatı, Bakı, 1998, 
ss.551-552; Sancak, ss.51-54. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə