Microsoft Word az law Environmental Protection



Yüklə 231,41 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix01.02.2018
ölçüsü231,41 Kb.
#23067
1   2   3   4   5   6   7   8   9

standartlaşdırılan  və  sertifikatlaşdırılan  oxşar  məhsulların  (işlərin,  xidmətlərin)  siyahısını 

təsdiq etmək; 

1.9.  xüsusi  elmi-ekoloji  və  bioloji  əhəmiyyətli  ətraf  mühitin  mühafizəsi  obyektlərinin 

siyahısını  təsdiq  etmək,  dövlət  qoruqlarını,  dövlət  milli  və  təbiət  parklarını,  başqa  xüsusi 

mühafizə tələb edən ərazilərini və obyektlərini təşkil etmək; 

1.10.  ətraf  mühitin  mühafizəsi  sahəsində  informasiyanın  verilməsi  və  dövlət 

statistikasının aparılması qaydalarını müəyyən etmək; 

1.11. ekoloji auditor fəaliyyətinin aparılması qaydalarını müəyyən etmək; 

1.12.  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  təhlükəli  təsərrüfat  növlərinə, 

tullantılara  və  ətraf  mühitə  zərərli  maddələrin  atılmasına  xüsusi  icazəni  vermək, 

müqavilələri  (kontraktları)  bağlamaq,  limitləri  və  kvotaları  müəyyən  etmək,  təbiətdən 

istifadəyə xüsusi icazə vermək; 

1.13. ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması sahəsində xərcləri təsdiq etməkdir. 

2. Ətraf mühitin mühafizəsi sahəsində dövlətin vəzifələri: 

2.1.  ətraf  mühitin  ekoloji  tarazlıq  və  təbiətdən  istifadənin  müxtəlif  sahələri  üzrə 

proqramları hazırlamaq; 

2.2. dövlət ekoloji ekspertizasını təşkil etmək; 

2.3.  ətraf  mühitin,  heyvanlar  və  bitki  aləminin  mühafizəsinə,  bərpasına  və  istifadəsinə 

dövlət nəzarətini həyata keçirmək; 

2.4.  heyvanlar  və  bitki  aləminin  nadir  və  yer  üzündən  yox  olması  təhlükəsinə  məruz 

qalmış növlərinin dövlət kadastrını aparmaq ("Qırmızı kitab"ı nəşr etmək); 

2.5. beynəlxalq əməkdaşlığı həyata keçirmək; 

2.6.  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  digər  vəzifələri  həyata 

keçirməkdir. 

M a d d ə   5 .

 Ətraf mühitin mühafizəsi sahəsində yerli özünüidarəetmə 

orqanlarının səlahiyyətləri 

Ətraf  mühitin  mühafizəsi  sahəsində  yerli  özünüidarəetmə  orqanları  müvafiq 

qanunvericiliklə onlara verilmiş səlahiyyətləri həyata keçirirlər. 

M a d d ə   6 .

 Ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların hüquqları və 

vəzifələri 

1. Ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və 

əcnəbilərin (bundan sonra vətəndaşların) hüquqları: 

1.1.  hər  bir  vətəndaş  həyatı  və  sağlamlığı  üçün  əlverişli  ətraf  mühitin  olması,  onun 

vəziyyəti və vəziyyətinin yaxşılaşdırılması barədə tədbirlər haqqında dəqiq məlumat almaq; 

1.2.  ətraf  mühitin  mühafizəsi  haqqında  qanunvericiliyin  pozulması  nəticəsində  onların 

sağlamlığına və əmlakına vurulan zərərə görə ödənc almaq; 

1.3. sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq; 

1.4.  müəyyən  edilmiş  qaydada  təbii  resurslardan  istifadə  etmək,  onların  mühafizəsi  və 

bərpası 

üzrə 


tədbirləri 

həyata 


keçirmək, 

ətraf 


mühitin 

mühafizəsində 

və 

sağlamlaşdırılmasında iştirak etmək; 



1.5.  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  ətraf  mühitin  mühafizəsinə  aid 

yığıncaqlarda, mitinqlərdə, piketlərdə, yürüşlərdə və nümayişlərdə, referendumlarda iştirak 

etmək; 



1.6.  ətraf  mühitin  mühafizəsinə  dair  dövlət  hakimiyyət  orqanlarına  və  təşkilatlarına 

müraciət etmək; 

1.7. ictimai ekoloji ekspertiza haqqında təkliflər vermək; 

1.8.  insan  həyatına  və  ətraf  mühitə  mənfi  təsir  göstərən  müəssisələrin,  qurğuların  və 

başqa  ekoloji  zərərli  obyektlərin  yerləşdirilməsi,  tikintisi,  yenidən  qurulması  və  istismara 

verilməsi  haqqında  qərarların  inzibati  və  ya  məhkəmə  qaydasında  ləğv  edilməsini  və 

həmçinin  fiziki  və  hüquqi  şəxslərin  fəaliyyətinin  məhdudlaşdırılmasını,  müvəqqəti 

dayandırılmasını və hüquqi şəxslərin ləğv edilməsini tələb etmək; 

1.9. ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində təqsirkar 

təşkilatların,  vəzifəli  şəxslərin  və  vətəndaşların  məsuliyyətə  cəlb  edilməsi  barədə  müvafiq 

orqanlar və məhkəmələr qarşısında iddialar qaldırmaq; 

1.10.  qanunvericilikdə  nəzərdə  tutulan  başqa  hüquqlarını  müəyyən  edilmiş  qaydada 

həyata keçirmək. 

2. Ətraf mühiti qorumaq hər bir kəsin vəzifəsidir. 

M a d d ə   7 .

 Ətraf mühitin mühafizəsi sahəsində ictimai birliklərin hüquqları və 

vəzifələri 

1. İctimai birliklərin ətraf mühitin mühafizəsi sahəsində hüquqları: 

1.1.  özünün  ekoloji  proqramlarını  işləmək  və  təbliğ  etmək,  ətraf  mühitin  mühafizəsi 

sahəsində vətəndaşların hüquqlarını və maraqlarını müdafiə etmək, onları bu işdə fəaliyyətə 

cəlb etmək; 

1.2. ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarəti həyata keçirmək; 

1.3.  dövlət  orqanlarından  və  təşkilatlarından  ətraf  mühitin  vəziyyətinə  və  onun 

bərpasına dair tədbirlər barədə vaxtında, tam və dəqiq məlumat almaq; 

1.4.  müəyyən  işlərin  yerinə  yetirilməsi  üzrə  qanunvericiliklə  nəzərdə  tutulmuş  ətraf 

mühitin  mühafizəsi  sahəsində  dövlət  orqanları  və  beynəlxalq  təşkilatlar  ilə  müqavilə 

əsasında əməkdaşlıq etmək; 

1.5.  ətraf  mühitin  mühafizəsi  sahəsində  qanun  layihələrinin  müzakirəsində  iştirak 

etmək; 

1.6. inzibati və məhkəmə qaydasında ekoloji cəhətdən zərərli müəssisələrin, tikililərin və 



qurğuların  yerləşdirilməsi,  tikintisi,  yenidən  qurulması  və  istismara  verilməsi,  o  cümlədən 

ətraf  mühitə  və  insanların  sağlamlığına  mənfi  təsir  göstərən  təsərrüfat  fəaliyyətinin 

məhdudlaşdırılması, müvəqqəti və daimi dayandırılmasını tələb etmək; 

1.7.  təqsirkar  təşkilatların,  vəzifəli  şəxslərin  və  vətəndaşların  məsuliyyətə  cəlb edilməsi 

barədə məsələləri qaldırmaq; 

1.8.  ətraf  mühitin  mühafizəsi  haqqında  qanunvericiliyin  pozulması  nəticəsində 

vətəndaşların  sağlamlığına  və  əmlakına  vurulmuş  zərərin  ödənilməsi  haqqında  iddiaları 

məhkəməyə təqdim etmək. 

2. İctimai birliklərin vəzifələri öz fəaliyyətini ətraf mühitin mühafizəsi və ictimai birliklər 

haqqında qanunlara uyğun həyata keçirməkdən ibarətdir. 

I I I   f ə s i l  

TƏBİƏTDƏN İSTİFADƏ 

M a d d ə   8 .

 Təbiətdən istifadəçilər 

Təbiətdən  istifadəçilər  hüquqi  və  fiziki  şəxslər  (xarici  istifadəçilər  də  daxil  olmaqla), 

dövlət, qeyri-dövlət təşkilatları, daimi və müvəqqəti, ilkin və təkrar istifadəçilər ola bilərlər: 




Yüklə 231,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə