Microsoft Word az law Environmental Protection



Yüklə 231,41 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix01.02.2018
ölçüsü231,41 Kb.
#23067
1   2   3   4   5   6   7   8   9

2.  Ətraf  mühitin  və  təbii  ehtiyatların  dövlət  monitorinqi  ətraf  mühitin  mühafizəsi  və 

təbiətdən istifadənin idarə olunması, ona nəzarəti təmin edir, müvafiq məlumat bankları və 

informasiya  sistemlərinin  yaradılmasını  nəzərdə  tutur.  Dövlət  monitorinqi  aşağıdakıları 

əhatə edir: 

2.1.  Ətraf  mühitin  və  təbii  ehtiyatların  vəziyyəti  və  onlara  antropogen  təsir  edən 

mənbələrin üzərində müşahidələr; 

2.2.  ekzogen  proseslərin  yayılması,  inkişafı  və  dinamikasını  öyrənmək  üçün 

müşahidələr; 

2.3.  ərazilərin  seysmik  fəallığını  öyrənmək  və  zəlzələlərin  proqnozunu  vermək  üçün 

müşahidələr; 

2.4.  müşahidə  obyektlərinin  vəziyyətinin  qiymətləndirilməsi  və  onların  ilkin  şəraitə 

nəzərən dəyişmənin araşdırılması. 

3.  Ətraf  mühitin  və  təbii  ehtiyatların  dövlət  monitorinqinin  aparılması  qaydaları 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş əsasnamə ilə müəyyən edilir. 

M a d d ə   1 8 .

 Ətraf mühitin müəssisə (istehsalat) monitorinqi 

1.  Hüquqi  şəxslər  (təbiətdən  istifadələr)  ətraf  mühitin  müəssisə  (istehsalat) 

monitorinqini,  onların  həyata  keçirdiyi  ekoloji  cəhətdən  təhlükə  törədə  bilən  təsərrüfat 

fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar. 

2.  Ətraf  mühitin  müəssisə  (istehsalat)  monitorinqində  istifadə  edilən  ölçü  vasitələri 

standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır. 

3.  Müəssisə  (istehsalat)  monitorinqinin  göstəriciləri  barədə  hesabat  ətraf  mühitin 

mühafizəsi  sahəsində  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanlarına, 

onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. 

M a d d ə   1 9 .

 Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma və 

sertifikatlaşdırma obyektləri 

Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma və sertifikatlaşdırma obyektlərinə 

ekoloji təhlükəsizlik, əhalinin həyat və sağlamlığına, təbii resursların bərpasına və səmərəli 

istifadəsinə təhlükə yarada biləcək Azərbaycan Respublikasında istehsal olunan və ya onun 

ərazisinə gətirilən məhsullar (işlər, xidmətlər) və texnologiyalar aid edilir. 

M a d d ə   2 0 .

 Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma 

1.  Ətraf  mühitin  mühafizəsi  sahəsində  Azərbaycan  Respublikasının  standartları  və 

texniki  tələbləri  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  qeydiyyatdan  keçir,  təsdiq  və 

tətbiq edilir. 

2.  Ətraf  mühitin  mühafizəsi  sahəsində  mövcud  standartların  və  texniki  tələblərin 

pozulması ilə məhsulların (məmulatların) işlənilməsi, hazırlanması, təchiz edilməsi (satışı), 

saxlanılması,  nəql  edilməsi,  istifadəsi  (istismarı)  və  təmiri,  işlərin  və  xidmətlərin  yerinə 

yetirilməsi qadağan edilir. 

M a d d ə   2 1 .

 Ətraf mühitin mühafizəsi sahəsində sertifikatlaşdırma 

Ətraf  mühitin  mühafizəsi  sahəsində  məhsulların,  işlərin,  xidmətlərin  və  fəaliyyətlərin 

standartlara  və  texniki  tələblərə  uyğunluğunun  müəyyən  edilməsi  üçün  qanunvericiliklə 

müəyyən edilmiş qaydada sertifikatlaşdırma həyata keçirilir. 



Ətraf  mühitin  mühafizəsi  sahəsində  məcburi  sertifikatlaşdırılmalı  olan  məhsulların 

(işlərin,  xidmətlərin)  müvafiq  sertifikatı  olmadıqda,  onların  istehsalı  (yerinə  yetirilməsi) 

qadağan edilir. 

V   f ə s i l  

ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ SAHƏSİNDƏ İQTİSADİ TƏNZİMLƏMƏ 

M a d d ə   2 2 .

 Ətraf mühitin mühafizəsinin iqtisadi əsasları 

1.  Təbiəti  mühafizəni  təmin  etməyin  və  təbiətdən  istifadəni  tənzimləməyin  iqtisadi 

əsasları  ekoloji  təhlükəsizlik,  təbii  resurslardan  səmərəli  istifadə,  onların  bərpası  və 

artırılması  tədbirlərinin  işlənib  hazırlanmasına,  planlaşdırılmasına  və  yerinə  yetirilməsinə 

təbiətdən istifadəçilərin maddi marağını artırmaqdır. 

2. Ətraf mühitin mühafizəsinin fəaliyyət sahələri və iqtisadi əsasları: 

2.1.  ətraf  mühitin  mühafizəsi  sahəsində  tədbirlərin  proqnozlaşdırılması  və 

maliyyələşdirilməsi; 

2.2. təbiətdən istifadəyə görə ödəmələr; 

2.3. ətraf mühitin çirkləndirilməsinə görə ödəmələr və cərimələr; 

2.4. ətraf mühitin mühafizəsi sahəsində iqtisadi maraqlandırma; 

2.5. ətraf mühitin mühafizəsi fondlarının yaradılması; qrantlar; 

2.6.  beynəlxalq  qurumlardan  ekoloji  proqramları  həyata  keçirmək  məqsədilə  ayrılan 

vəsaitlər. 

3.  Ətraf  mühitin  çirkləndirilməsinə  görə  müəssisələrdən,  təşkilatlardan  və 

vətəndaşlardan  alınan  cərimələr  bir  qayda  olaraq  ətraf  mühitin  mühafizəsi  sahəsində 

tədbirlərin maliyyələşdirilməsinə sərf edilir. 

M a d d ə   2 3 .

 Ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin 

proqnozlaşdırılması və maliyyələşdirilməsi 

1.  Ətraf  mühitin  mühafizəsi  sahəsində  tədbirlər  müvafiq  proqramlarda  nəzərə  alınır, 

təbiətdən  istifadənin  müxtəlif  istiqamətləri  üzrə  dövlət  proqramlarına  və  konsepsiyalarına 

daxil edilir. 

2.  Təbiətdən  istifadənin  müxtəlif  istiqamətləri  üzrə  ekoloji  proqramların  və 

konsepsiyaların  işlənilməsi  qaydaları  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

müəyyən edilir. 

3.  Ətraf  mühitin  mühafizəsi  sahəsində  ekoloji  proqramların  və  tədbirlərin 

maliyyələşdirilməsi aşağıdakı mənbələr hesabına həyata keçirilir: 

3.1. dövlət büdcəsi və yerli büdcələr; 

3.2. ətraf mühitin mühafizəsi fondlarının vəsaitləri; 

3.3. ekoloji sığortanın vəsaitləri hesabına; 

3.4. təbiətdən istifadəyə görə ödəmələr; 

3.5. hüquqi və fiziki şəxslərin könüllü ianələri; 

3.6. qrantlar və beynəlxalq qurumların digər ayırmaları hesabına. 

4.  Ətraf  mühitin  mühafizəsi  sahəsində  tədbirlərin  maliyyələşdirilməsi  bütün 

səviyyələrdə olan büdcələrdə ayrıca göstərilir. 




Yüklə 231,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə