Microsoft Word az law Environmental Protection



Yüklə 231,41 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix01.02.2018
ölçüsü231,41 Kb.
#23067
1   2   3   4   5   6   7   8   9

M a d d ə   2 4 .

 Ətraf mühitin çirkləndirilməsinə və təbii resurslardan istifadəyə 

görə ödənişlər 

1. Ətraf mühitin çirkləndirilməsinə, istehsalat və məişət tullantılarının yerləşdirilməsinə, 

habelə  təbii  resurslardan  istifadəyə  görə  ödənişlər  qanunvericiliklə  müəyyən  edilmiş 

qaydada  və  məbləğdə  təbiətdən  istifadəçi  olan  müəssisələrdən,  təşkilatlardan  və 

vətəndaşlardan alınır. 

2.  Ətraf  mühitin  müəyyən  edilmiş  limitlərdən  artıq  çirkləndirilməsinə  görə  cərimələr 

qanunvericilikdə müəyyən edilən qaydada və məbləğdə alınır. 

M a d d ə   2 5 .

 Ətraf mühitin mühafizəsi sahəsində iqtisadi stimullaşdırma 

Ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılması ekoloji yönümlü subsidiyalar və 

digər stimullaşdırıcı tədbirlər vasitəsi ilə həyata keçirilir. 

Ətraf  mühitin  mühafizəsinin  iqtisadi  stimullaşdırılması  qanunvericiliyə  zidd  olmayan 

tədbirlərin köməyi ilə də həyata keçirilə bilər. 

M a d d ə   2 6 .

 Ekoloji sığorta 

Ekoloji  sığorta  təbii  resurslardan  istifadə  zamanı  müəyyən  sığorta  hadisəsi  baş  verə 

biləcəyi  halda  ətraf  mühitə  və  üçüncü  şəxslərə  vurulan  zərərin  ödənilməsinə  görə  təbii 

resurslardan istifadəçi olan hüquqi və fiziki şəxslərin mülki məsuliyyətinin sığortasıdır. 

Ekoloji  təhlükəli  fəaliyyət  növləri  ilə  məşğul  olan  hüquqi  və  fiziki  şəxslər  qanunla 

nəzərdə  tutulmuş  qaydada  məcburi  sığortalanırlar.  Hüquqi  və  fiziki  şəxslər  ekoloji 

risklərdən  könüllü qaydada  sığortalana  bilərlər. Könüllü ekoloji  sığortanın  növləri,  şərtləri 

və  qaydaları  sığorta  olunan  hüquqi  və  fiziki  şəxslərlə  sığortaçılar  arasında  müqavilə 

əsasında həyata keçirilir. 

M a d d ə   2 7 .

 Ətraf mühitin mühafizəsi üzrə fondlar 

1.  Ətraf  mühitin  mühafizəsi  üzrə  fondlar  ətraf  mühitin  mühafizəsində  təxirəsalınmaz 

tədbirlərin, ona vurulan zərərin aradan qaldırılmasının və kompensasiya verilməsinin, ətraf 

mühitin mühafizəsi sahəsində başqa tədbirlərin maliyyələşdirilməsi üçün yaradılır. 

2.  Ətraf  mühitin  mühafizəsi  sahəsində  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

dövlət və ictimai fondları yaradıla bilər. 

3. Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu təbiətdən istifadəyə görə ödəmələr, ətraf 

mühitin  mühafizəsi  haqqında  qanunvericiliyin  pozulmasına  görə  alınan  cərimələr, 

qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  müsadirə  edilən  ovçuluq  və  balıqçılıq 

alətlərinin və qeyri-qanuni əldə edilən məhsulların satışından daxil olan vəsaitlər, qrantlar, 

könüllü ianələr, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan başqa 

daxilolmalar hesabına təşkil edilir. 

M a d d ə   2 8 .

 Ətraf mühitin mühafizəsində dövlət fondlarından istifadə 

1.  Ətraf  mühitin  mühafizəsi  üzrə  dövlət  fondunun  vəsaitləri  aşağıdakı  tədbirlər  üçün 

istifadə edilir: 

1.1.  elmi-tədqiqat  işlərinə,  resursqənaətedici  və  ekoloji  təmiz  texnologiyalarının 

tətbiqinə; 

1.2.  təbiətdən  istifadəçilər  tərəfindən  həyata  keçirilən  təbiətin  mühafizəsi  obyektlərinin 

tikintisinin, yenidən qurulmasının maliyyələşdirilməsinə; 




1.3.  ətraf  mühitin  çirklənməsi  nəticəsində  dəymiş  ziyanın  bərpası  sahəsində  həyata 

keçirilən tədbirlərə; 

1.4.  çirklənmə  və  başqa  mənfi  təsirlər  nəticəsində  vətəndaşların  sağlamlığına  və  ətraf 

mühitə  vurulmuş  zərərin  bərpasına  görə  onlara  müəyyən  edilmiş  kompensasiyanın 

verilməsinə; 

1.5.  ətraf  mühitin  pozulmuş  ekoloji  tarazlığının  bərpasına,  proqram,  layihələrin, 

normativ-metodiki sənədlərin işlənməsinə və həyata keçirilməsinə; 

1.6. ekoloji maarifləndirmə və təhsilə; 

i[1]

 

1.7. xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə; 



ii[2]

 

1.8. nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsinə və bərpasına; 



1.9.  ətraf  mühitin  mühafizəsi  sahəsində  dövlət  orqanlarının  maddi-texniki  bazasının 

yaradılmasına və inkişafına; 

1.10.  ətraf  mühitin  dövlət  monitorinqinin  təşkili  və  keçirilməsinə,  dövlət  kadastrının 

aparılmasına; 

iii[3]

 

1.11.  ətraf  mühitin  mühafizəsi  sahəsində  çalışan  mütəxəssislərin  həvəsləndirilməsi 



məqsədilə onların maddi stimullaşdırılmasına. 

2.  Ətraf  mühitin  mühafizəsi  fondlarının  vəsaitlərinin  ətraf  mühitin  mühafizəsi  ilə 

aidiyyatı olmayan məqsədlərə xərclənməsi qadağandır. 

M a d d ə   2 9 .  Ətraf mühitin mühafizəsinin ictimai fondları 

Ətraf mühitin mühafizəsinin ictimai fondları ictimai birliklərin vəsaiti, qrantlar, fiziki və 

hüquqi  şəxslərin  könüllü  ianələri,  habelə  Azərbaycan  Respublikasının  qanunvericiliyinə 

zidd  olmayan  başqa  daxilolmalar  hesabına  təşkil  edilir.  Bu  fondlar  ictimai  birliklər 

tərəfindən yaradılır, ətraf mühitin mühafizəsinə, təbiətdən səmərəli və kompleks istifadə ilə 

əlaqədar işlərə və tədbirlərə sərf olunur. 

İctimai  fondların  yaradılması,  onların  vəsaitlərinin  formalaşması  və  xərclənməsi 

qaydaları  qanunvericiliyə  uyğun  olaraq  müvafiq  ictimai  birliklərin  təsdiq  etdikləri 

əsasnamələrdə (nizamnamələrdə) müəyyən edilir. 

V I   f ə s i l  

ƏTRAF MÜHİTİN EKOLOJİ TARAZLIĞININ NİZAMLANMASI 

M a d d ə   3 0 .

 Ətraf mühitin ekoloji tarazlığının pozulma dərəcəsinin 

nizamlanması 

1.  Ətraf  mühitin  ekoloji  cəhətdən  tarazlığının  nizamlanmasının  məqsədi  ekoloji 

təhlükəsizliyin  və  əhalinin  sağlamlığının  qorunmasına  zəmanət  verən,  təbii  ehtiyatların 

səmərəli istifadəsini  və  bərpasını,  ətraf  mühitin çirklənməsinin  qarşısının  alınmasını  təmin 

edən  elmi  əsaslandırılmış  ətraf  mühitə  yol  verilə  bilən  təsir  normalarının  müəyyən 

edilməsidir. 

2. Ətraf mühitin ekoloji tarazlığının pozulma dərəcəsinin nizamlanmasına: 

2.1.  ətraf  mühitin  keyfiyyət  göstəricilərinin  insanın  sağlamlığına,  təbii  resursların 

səmərəli istifadəsinə, mühafizəsinə və bərpasına zərərli təsirin müəyyən edilməsi; 

2.2. ətraf mühitə zərərli təsirin son həddi yol verilə bilən səviyyəsinin müəyyən edilməsi 

aiddir. 

3. Ətraf mühitin müəyyən edilmiş keyfiyyət normativlərinin azaldılmış normalarla əvəz 

edilməsinə xüsusi icazə verilmir. 

4.  Konkret ekoloji  şəraitdən  asılı  olaraq  normativ  göstəricilərin  mənfi  istiqamətə  doğru 

dəyişdirilməsinə xüsusi icazə verilə bilər. 



Yüklə 231,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə