Microsoft Word az law Environmental Protection



Yüklə 231,41 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix01.02.2018
ölçüsü231,41 Kb.
#23067
1   2   3   4   5   6   7   8   9

5. təsərrüfat fəaliyyəti və ya fövqəladə vəziyyət nəticəsində yaranmış ekoloji şərait; 

6.  regionda,  ayrı-ayrı  təbiət  obyektlərində  və  komplekslərində  (ekosistemdə)  ekoloji 

şərait; 

7.  müvafiq  icra  hakimiyyəti  orqanının  qərarına  əsasən  təbii  resurslardan  istifadəni 

nəzərdə tutan müqavilə (kontrakt) layihələrinin ekoloji bölmələri. 

M a d d ə   5 5 .

 Təsərrüfat fəaliyyəti layihələrinin maliyyələşdirməsi və 

sifarişçinin vəzifələri 

1. Bu Qanunun 53-cü maddəsində verilmiş siyahıya daxil olan obyektlər üzrə layihələrin 

maliyyələşdirilməsinə,  həyata  keçirilməsinə  yalnız  dövlət  ekoloji  ekspertizasının  müsbət 

rəyi olduqda icazə verilir. 

2. Layihələrə aid sənədlərin sifarişçisi və ya hazırlayıcısı: 

2.1. sənədlərin vaxtında dövlət ekoloji ekspertizasına təqdim edilməsinə; 

2.2.  təqdim  edilən  sənədlərin  dövlət  ekoloji  ekspertizasının  tələblərinə  uyğun  şəkildə 

tərtib edilməsinə; 

2.3.  dövlət  ekoloji  ekspertizasının  keçirilməsi  prosesində  zəruriliyi  aşkara  çıxmış  elmi-

tədqiqat  və  axtarış  işlərinin  (əlavə  axtarışlar,  nəzarət  ölçmələri,  sınaq  nümunələrinin 

götürülməsi, analizi və sair) maliyyələşdirilməsinə və aparılmasına; 

2.4. dövlət ekoloji ekspertizasının aparılmasının maliyyələşdirilməsinə; 

2.5. ekspertizanı keçirən orqanın tələbi ilə ekspert komissiyasının (qrupunun, ekspertin) 

işi üçün zəruri olan əlavə məlumatların verilməsinə borcludurlar. 

M a d d ə   5 6 .

 Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi 

1. Dövlət ekoloji ekspertizasının təşkili və keçirilməsi üçün maliyyələşdirmə mənbələri, 

daxil olan vəsaitdən istifadə qaydası aşağıdakıları təmin etməlidir: 

1.1.  dövlət  ekoloji  ekspertizasının  keyfiyyəti  və  onun  qərarlarının  əlaqədar  tərəflərin 

mövqelərindən asılı olmaması; 

1.2.  dövlət  ekoloji  ekspertizası  metodologiyasının  inkişafı  və  təkmilləşdirilməsi  üçün 

şərait. 

2.  Dövlət  ekoloji  ekspertizası  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi 

qaydada dövlət büdcəsi və sənədlərin sifarişçisinin vəsaiti hesabına maliyyələşdirilir. 

M a d d ə   5 7 .

 Dövlət ekoloji ekspertizası rəyinin icrası və ekspertlərin 

məsuliyyəti 

Müəssisə,  təşkilat,  idarə  rəhbərləri,  vəzifəli  şəxslər  və  digər  işçilər  dövlət  ekoloji 

ekspertizasının  rəsmi  rəyinin  icrasına  görə  qanunvericiliyə  uyğun  olaraq  məsuliyyət 

daşıyırlar. Göstərilən reylərə zidd olan qərarlar etibarsızdır və yerinə yetirilə bilməz. 

Dövlət ekoloji ekspertizası orqanlarının vəzifəli şəxsləri və dövlət ekoloji ekspertizasını 

aparan  ekspertlər  öz  rəyinin  ətraf  mühitin  mühafizəsi  haqqında  qanunvericiliyin  və 

normativlərin tələblərinə müvafiq surətdə əsaslılığı, onun düzgünlüyü və dolğunluğu üçün 

qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. 

M a d d ə   5 8 .

 İctimai ekoloji ekspertiza 

1. İctimai birliklər və ya əhalinin digər qrupları ictimai ekoloji ekspertiza apara bilərlər. 

2.  İctimai  ekoloji  ekspertizasının  həyata  keçirilməsinin  təşkilat  formaları  və  ekoloji 

ekspertiza sahəsində ictimai birliklərin səlahiyyəti qanunvericiliklə müəyyən edilir. 




3. İctimai ekoloji ekspertizasının rəyi məlumat və tövsiyə xarakteri daşıyır. 

I X   f ə s i l  

EKOLOGİYA VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ SAHƏSİNDƏ TƏHSİL, 

MAARİFLƏNDİRMƏ, ELMİ TƏDQİQATLAR, STATİSTİKA VƏ İNFORMASİYA 

vii[7]

 

M a d d ə   5 9 .



 Ekoloji təhsil və maarifləndirmə 

viii[8]


 

1. Əhalinin ekoloji təhsili və maarifləndirilməsi ilə bağlı münasibətlər müvafiq qanunla 

tənzimlənir. 

ix[9]


 

2.  Ətraf  mühitə  zərərli  təsir  göstərən  fəaliyyətlə  bağlı  olan  vəzifəli  şəxslər  məcburi 

qaydada  lazımi  ekoloji  hazırlığa  və  ətraf  mühitin  mühafizəsi  sahəsində  qanunvericiliyin 

əsaslarına dair birliklərə malik olmalıdırlar.

 

x[10]


 

M a d d ə   6 0 .

 Ətraf mühitin mühafizəsi sahəsində elmi tədqiqatlar 

Ətraf  mühitin  mühafizəsi  sahəsində  elmi-tədqiqatların  aparılması,  mühəndis-

konstruktor  layihələrinin  işlənilməsi  və  yaradılması  məqsədilə  qanunvericilikdə  nəzərdə 

tutulmuş qaydada işlər aparılır. 

Bu problemlərin həlli dövlət büdcəsi, digər mənbələr hesabına maliyyələşdirilir. 

M a d d ə   6 1 .

 Dövlət təbiət qoruq fondu 

Dövlət  təbiət  qoruq  fondu-ekoloji,  elmi-tədqiqat,  nadir  genetik  mənşə,  tədris  və  tarixi 

dəyərlərə malik olan ətraf mühit obyektlərinin məcmusudur. 

Elmi,  ekoloji,  tarix  və  genetik  dəyərlərə  malik  olan  dövlət  təbiət  qoruq  fondunun 

mühafizəsi onlardan istifadəyə məhdudiyyətlər və qadağalar yolu ilə təmin edilir. 

M a d d ə   6 2 .

 Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri 

xi[11]


 

1.  Xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  ətraf  mühitin  mühafizəsi  sahəsində  xüsusi 

ekoloji, 

elmi, 


mədəni, 

estetik 


və 

sağlamlaşdırma 

əhəmiyyəti 

daşıyan 


təbiət 

komplekslərindən  və  obyektlərindən,  nadir  və  nəsil  kəsilmək  təhlükəsi  qarşısında  olan 

fauna  və  flora  növlərinin  yayıldığı  yerlərdən  ibarət  olan,  təsərrüfat  dövriyyəsindən 

tamamilə və ya qismən, daimi və ya müvəqqəti çıxarılan torpaq və su məkanı (akvatoriya) 

sahələri və onların üzərindəki atmosfer məkanıdır. 

xii[12]


 

2.  Azərbaycan  Respublikasında  mühafizə  məqsədləri  və  istifadənin  xüsusiyyətlərinə 

görə fərqlənən aşağıdakı xüsusi mühafizə olunan təbiət ərazilərinə aşağıdakı status verilir: 

2.1. dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqları; 

2.2. milli və təbiət parkları; 

2.3. təbiət abidələri; 

2.4. müvəqqəti təbiət qoruqları; 

2.5. yasaqlıqlar; 

2.6. zooloji parklar; 

2.7. botaniki və dendroloji parklar; 

2.8. mühafizə-sağlamlıq yerləri və kurortlar. 

3.  Azərbaycan  Respublikasının qanunvericiliyi  ilə  xüsusi  mühafizə  olunan  başqa  təbiət 

ərazilərinin növləri də nəzərdə tutula bilər. 

4. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri beynəlxalq, respublika, bölgə və 

ya yerli əhəmiyyətli ola bilər. 

xiii[13]


 


5. Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması qaydaları, mühafizə və istifadə 

rejimləri,  onların  fəaliyyətinin  şərtləri  Azərbaycan  Respublikasının  qanunvericiliyi  və 

müvafiq normativ hüquqi aktları ilə müəyyən edilir. 

M a d d ə   6 3 .

 Ətraf mühitin mühafizəsi sahəsində dövlət statistikası 

Ətraf  mühitin  mühafizəsi  sahəsində  müvafiq  icra  hakimiyyəti  orqanları  tərəfindən 

statistik  informasiyanın  obyektivliliyi  və  onun  beynəlxalq  statistika  ilə  müqayisəliliyi 

əsasında dövlət statistikası aparılır. 

Ətraf  mühitin  mühafizəsi  sahəsində  dövlət  statistika  hesabatı  göstəricilərinin  minimal 

tərkibi  və  dövlət  statistikasının  aparılması  qaydaları  qanunvericiliklə  və  digər  normativ 

hüquqi aktlarla müəyyən edilir. 

M a d d ə   6 4 .

 Ətraf mühitin mühafizəsi sahəsində informasiya 

Ətraf  mühitin  mühafizəsi  sahəsində  informasiyaya  ətraf  mühitin  vəziyyəti,  onun 

çirklənməsinə,  sağlamlaşdırılmasına  və  mühafizəsinə  dair  tədbirlərin  maliyyələşdirilməsi, 

təbii  resursların  vəziyyəti,  bərpası  və  istifadəsi,  ətraf  mühitə  təsirlər,  ətraf  mühitin 

keyfiyyətinin normalaşdırılması, təsərrüfat və başqa fəaliyyətlərə ekoloji tələblər aiddir. 

Ətraf  mühitin  mühafizəsi  sahəsində  informasiyanın  alınması  ilə  əlaqədar  bütün 

məsələlər  "Ətraf  mühitə  dair  informasiya  almaq  haqqında"  Azərbaycan  Respublikası 

Qanununa uyğun olaraq həll edilir. 

xiv[14]

 

X X   f ə s i l  



FÖVQƏLADƏ EKOLOJİ ŞƏRAİT VƏ EKOLOJİ FƏLAKƏT ZONALARI 

M a d d ə   6 5 .

 Fövqəladə ekoloji şərait 

1.  Fövqəladə  ekoloji  şərait  -  təbiətin  qarşısıalınmaz  qüvvələrinin  və  sənaye  qəzalarının 

təsiri  nəticəsində  ətraf  mühitdə  ekoloji  tarazlığın  pozulması  ilə  insan  həyatı  və  sağlamlığı, 

bitki və heyvanlar aləmi üçün təhlükəli mühitin yaranması ilə səciyyələnən fəlakət şəraitdir. 

2. Təbii fəlakətlər, böyük ekoloji və başqa qəzalar baş verdikdə müvafiq qanunvericiliyə 

uyğun  Azərbaycan  Respublikasının  ayrı-ayrı  ərazilərində  fövqəladə ekoloji  vəziyyət  tətbiq 

edilir. 

3.  Fövqəladə  ekoloji  şəraitdə  müvafiq  ərazilərdə  təsərrüfat  fəaliyyətinin  və  təbiətdən 

istifadənin  növü  qadağan  edilə  və  ya  məhdudlaşdırıla  bilər.  Təbii  resursların  və  ətraf 

mühitin bərpası, əhalinin qanunvericiliklə müəyyən edilmiş sosial müdafiəsi üzrə operativ 

tədbirlər görülür. 

M a d d ə   6 6 .

 Ekoloji fəlakət zonaları 

1.  Əlverişli  olmayan  ekoloji  vəziyyət  nəticəsində  əhalinin  sağlamlığına  əhəmiyyətli 

dərəcədə  zərər  vurularsa  və  (və  ya)  təbii  ekoloji  sistemlərin  dağıdılması,  floranın  və 

faunanın məhvi ilə bağlı olan sabit və bərpası mümkün olmayan dəyişikliklərin baş verdiyi 

ərazi hissələri, su hövzəsi və hava fəzası hissələri ekoloji fəlakət zonaları elan edilir. 

2. Ekoloji fəlakət zonaları fövqəladə ekoloji şəraitin ağırlığından və ya onu şərtlərindən 

amillərdən  asılı  olaraq  kiçik  zonalara  (ekoloji  fəlakət,  ekoloji  tənəzzül,  ekoloji  tənəzzül 

ərəfəsi və s.) bölünür. 

3.  Kiçik  ekoloji  fəlakət  zonaları  üzrə  təbii  resursların  bərpasına,  ətraf  mühitin 

sağlamlaşdırılmasına,  əhaliyə  tibbi  yardımın  göstərilməsinə  dair  tədbirlər  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş proqramlara əsasən həyata keçirilir. 



M a d d ə   6 7 .

 Ekoloji fəlakət zonalarında görülən tədbirlər 

Ekoloji fəlakət zonalarında aşağıdakı təxirəsalınmaz tədbirlər görülməlidir: 

əlverişli olmayan ekoloji şəraiti yaradan təsərrüfat fəaliyyətini dayandırmaq; 

insanın  sağlamlığına  və  ətraf  mühitə  zərərli  təsir  göstərən  təşkilatların  istehsal 

fəaliyyətini müvəqqəti dayandırmaq; 

təbiətdən istifadənin ayrı-ayrı sahələrini məhdudlaşdırmaq; 

zəruri hallarda insanların köçürülməsinə dair işlər aparmaq. 

M a d d ə   6 8 .

 Fövqəladə ekoloji fəlakətdən zərərçəkənlərin sosial müdafiəsi 

Fövqəladə ekoloji fəlakət nəticəsində zərər çəkən və həmçinin ekoloji təhlükəli zonalarda 

yaşayan  vətəndaşlar,  onlara  dəymiş  zərərin  ödənilməsi  hüququna,  o  cümlədən 

müavinətlərin,  güzəştlərin  və  sosial  müdafiənin  digər  növləri  üzrə  kompensasiya  almaq 

hüququna malikdir. 

Fövqəladə  ekoloji  fəlakətin  nəticələrinin  zərərçəkənlərə  aid  edilməsi  qaydaları,  onların 

sosial müdafiəsi qanunvericiliklə müəyyən edilir. 

M a d d ə   6 9 .

 Fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonalarının elan 

edilməsi qaydaları 

Təbii  fəlakətlər,  böyük  ekoloji  və  başqa  qəzalar  baş  verdikdə  qanunvericiliyə  uyxun 

olaraq  Azərbaycan  Respublikasının  ayrı-ayrı  ərazilərində  fövqəladə  ekoloji  vəziyyət  tətbiq 

edilir. 


Ekoloji  fəlakət  zonalarının  sərhədlərinin  müəyyən  edilməsi  müvafiq  icra  hakimiyyəti 

orqanları tərəfindən həyata keçirilir. 

X X I   f ə s i l  

ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİNƏ NƏZARƏT 

M a d d ə   7 0 .

 Ətraf mühitin mühafizəsi sahəsində nəzarətin məqsəd və formaları 

Ətraf  mühitin  mühafizəsi  sahəsində  nəzarət  təsərrüfat  və  başqa  fəaliyyətlərin  təsiri 

nəticəsində  ətraf  mühitin  dəyişməsinin  müşahidə  edilməsi,  onun  sağlamlaşdırılması  və 

mühafizəsi,  təbii  resursların  bərpası  və  səmərəli  istifadəsi,  keyfiyyət  normativlərinin  və 

ekoloji tələblərin yerinə yetirilməsini nəzərdə tutur. 

Azərbaycan  Respublikasında  ətraf  mühitin  mühafizəsi  sahəsində  dövlət,  müəssisə 

(istehsalat) və ictimai nəzarət həyata keçirilir. 

M a d d ə   7 1 .

 Ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarəti 

1.  Ətraf  mühitin  mühafizəsi  sahəsində  dövlət  nəzarətini  müvafiq  icra  hakimiyyəti 

orqanları həyata keçirirlər. 

2. Ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən vəzifəli şəxslərin 

hüquqları: 

2.1. qanunvericilikdə müəyyən edilmiş qaydada mülkiyyət formasından və tabeliyindən 

asılı  olmayaraq,  müəssisə,  idarə,  təşkilatlara  və  digər  obyektlərə,  o  cümlədən  hərbi  və 

müdafiə obyektlərinə maneəsiz (xidmət vəsiqələri təqdim etməklə) daxil olmaq, öz xidməti 

vəzifələrini yerinə yetirmək üçün zəruri olan sənədlərlə, o cümlədən analizlərin nəticələri ilə 

pulsuz tanış olmaq; 

2.2. ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması, təbii resursların bərpası və istifadəsi 

sahəsində  tədbirləri  yerinə  yetirmək,  ətraf  mühitin  mühafizəsi  haqqında  qanunvericiliyinə 



keyfiyyət  normativlərinə  və  ekoloji  tələblərinə  əməl  etmək,  tənzimləyici  və  başqa 

zərərsizləşdirici qurğuların, onların nəzarət vasitələrinin işini yoxlamaq; 

2.3. təbii ehtiyatlardan istifadə və ətraf mühitin mühafizəsi sahəsində ayrı-ayrı fəaliyyət 

növlərinin  həyata  keçirilməsi  üçün  verilən  xüsusi  icazənin,  təbiətdən  istifadə 

müqavilələrinin (kontraktların) və xüsusi icazələrinin şərtlərinə əməl edilməsini yoxlamaq, 

qanunvericiliyə uyğun olaraq onlara xitam vermək barədə vəsatət qaldırmaq; 

2.4. dövlət ekoloji ekspertizasının nəticələrinin yerinə yetirilməsinə nəzarət etmək; 

2.5.  ekoloji  tələblərin  və  ətraf  mühitin  keyfiyyət  normativlərinin  pozulması  ilə  həyata 

keçirilən  ekoloji  cəhətdən  təhlükəli  yüklərin  (məmulatların),  tullantıların  və  xammal 

ehtiyatların  Azərbaycan  Respublikasının  ərazisinə  gətirilməsinin  və  həmçinin  onun 

ərazisindən  tranzit  yolu  ilə  aparılmasının  qadağan  olunması  haqqında  qanunvericiliyə 

uyğun olaraq sərəncamlar vermək; 

2.6. ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasına dair fiziki və 

hüquqi şəxslərə tələblər irəli sürmək; 

2.7. ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə həyata 

keçirilən  işlərin  məhdudlaşdırılması  və  müvəqqəti  dayandırılması,  o  cümlədən 

maliyyələşdirilməsinin  dayandırılması,  onların  istismara  verilməsinin  qadağan  edilməsi, 

təsərrüfat  və  başqa  fəaliyyətlərin  məhdudlaşdırılması  və  ya  bu  fəaliyyətə  xitam  verilməsi 

haqqında vəsatət qaldırmaq; 

2.8.  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  ətraf  mühitin  mühafizəsi  sahəsində 

inzibati xətalar haqqında işlərə baxmaq, təqsirkarların inzibati və ya cinayət məsuliyyətinə 

cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərmək; 

xv[15]

 

2.9.  ətraf  mühitin  mühafizəsi  sahəsində  qanunvericiliyin  pozulması  nəticəsində 



vurulmuş  zərərin  həcmlərini  müəyyən  etmək  (müəyyən  edilməsində  iştirak  etmək)  və 

bunun  əsasında  təqsirkar  olan  şəxslərə  bu  zərərin  könüllü  ödənilməsi  barədə  tələblər  irəli 

sürmək və ya iddiaları məhkəməyə təqdim etmək; 

2.10.  ətraf  mühitin  mühafizəsi  sahəsində  müəssisə  (istehsalat)  nəzarəti  qaydalarının  və 

normalarının gözlənilməsini yoxlamaq; 

2.11. qanunvericiliklə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək. 

3. Ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən vəzifəli şəxslərin 

qərarlarının  icrası  bütün  hüquqi  və  vəzifəli  şəxslər,  vətəndaşlar  üçün  məcburidir  və 

onlardan tabeçilik və ya məhkəmə qaydasında şikayət edilə bilər. 

M a d d ə   7 2 .

 Ətraf mühitin mühafizəsi sahəsində müəssisə (istehsalat) nəzarəti 

Ətraf  mühitin  mühafizəsi  sahəsində  müəssisə  (istehsalat)  nəzarəti  müvafiq  icra 

hakimiyyəti orqanları tərəfindən təsdiq edilən əsasnamələrə uyğun həyata keçirilir. 

M a d d ə   7 3 .

 Ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarət  

Ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarət təbiətdən istifadəçilərlə müvafiq icra 

hakimiyyəti  orqanları  arasında  müqavilələr  üzrə  ictimai  birliklər  tərəfindən  onların 

təşəbbüsü ilə həyata keçirilir. 

İctimai 

nəzarətin 

aparılması 

qaydaları 

ictimai 

birliklər 

tərəfindən 

onların 


nizamnaməsinə uyğun müəyyən edilir. 


M a d d ə   7 4 .

 Ətraf mühitin mühafizəsi sahəsində nəzarəti həyata keçirilən 

şəxslərin müdafiəsi 

Ətraf  mühitin  mühafizəsi  sahəsində  dövlət  nəzarətini  həyata  keçirən  vəzifəli  şəxslərin 

sığortalanması dövlət tərəfindən təmin edilir. Belə icbari sığortalanma, o cümlədən zərərin 

ödənilməsi qaydası qanunvericiliklə müəyyən edilir. 

Ətraf mühitin mühafizəsi sahəsində nəzarəti həyata keçirən şəxslərin xüsusi vasitələr və 

odlu  silah  saxlaması,  gəzdirməsi,  onlardan  istifadə  hüququ  və  qaydaları  müvafiq 

qanunvericiliklə müəyyən edilir. 

X X I I   f ə s i l  

EKOLOJİ AUDİT VƏ ONUN HƏYATA KEÇİRİLMƏSİ 

M a d d ə   7 5 .

 Ekoloji audit 

1.  Ekoloji  audit  -  təbii  resursların  istifadəsi  və  bərpası  üzrə  hesabatların  düzgün  tərtib 

edilməsi  də  daxil  olmaqla,  təbiətdən  istifadəçi  tərəfindən  ekoloji  tələblərin,  ətraf  mühitin 

mühafizəsi normalarının və qaydalarının gözlənilməsi məqsədilə onların təsərrüfat və digər 

fəaliyyətinin müstəqil yoxlanılmasıdır. 

2.  Ekoloji  audit  təbiətdən  istifadəçi  ilə  ekoloji  auditor  arasında  bağlanmış  müqaviləyə 

əsasən aparılır. Qanunvericiliklə müəyyən edilmiş hallarda ekoloji audit məcburidir. 

3.  Ekoloji  auditor  məsləhəti  -  ekoloji  auditorun  ətraf  mühitin  mühafizəsi  və  onun 

keyfiyyətinin  yaxşılaşdırılması,  təbii  resursların  səmərəli  və  qənaətlə  istifadəsi,  bərpası, 

təbiətdən  istifadəçi  tərəfindən  ekoloji  tələblərə,  ətraf  mühitin  mühafizəsi  normalarına  və 

qaydalarına riayət edilməsi üzrə məsləhətlərin verilməsidir. 

M a d d ə   7 6 .

 Ekoloji auditor 

1. Ekoloji auditor - xüsusi icazəyə əsasən ekoloji auditor fəaliyyəti göstərmək hüququna 

malik olan hüquqi və ya fiziki şəxslərdir. 

2.  Ekoloji  auditor  fəaliyyəti  göstərmək  hüququ  verən  xüsusi  icazə  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən verilir. 

3.  Xarici  auditorlar  və  auditor  təşkilatları ekoloji  auditin  aparılmasına  və  məsləhətlərin 

verilməsinə cəlb edilə bilər. 

M a d d ə   7 7 .

 Ekoloji auditin həyata keçirilməsi 

Ekoloji  auditor  fəaliyyətinin,  ekoloji  auditorların  attestasiyasının,  ekoloji  auditin 

aparılması  qaydaları  və  şərtləri,  ekoloji  auditorların  məsuliyyəti,  hüquqları  və  vəzifələri 

qanunvericiliklə müəyyən edilir. 

X X I I I   f ə s i l  

ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ HAQQINDA QANUNVERİCİLİYİN POZULMASINA 

GÖRƏ MƏSULİYYƏT, MÜBAHİSƏLƏRİN HƏLLİ 

M a d d ə   7 8 .

 Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına 

görə məsuliyyət 

Ətraf  mühitin  mühafizəsi  haqqında  qanunvericiliyin  pozulmasında  təqsirkar  olan 

hüquqi  və  fiziki  şəxslər,  o  cümlədən  vəzifəli  şəxslər  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. 



M a d d ə   7 9 .

 Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması 

nəticəsində vurulan zərərin ödənilməsi 

1.  Ətraf  mühitin  mühafizəsi  haqqında  qanunvericiliyin  pozulması  nəticəsində  ətraf 

mühitə,  insanların  sağlamlığına,  təşkilatların,  vətəndaşların  və  dövlətin  mülkiyyətinə 

(əmlakına)  zərər  vurmuş  hüququ  və  fiziki  şəxslər  qüvvədə  olan  qanunvericiliyə  uyğun 

vurulmuş zərər ödəməlidirlər. 

2.  Ətraf  mühitin  mühafizəsi  haqqında  qanunvericiliyin  pozulması  nəticəsində  vurulan 

zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və 

metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu 

hallar  olmadıqda  isə  itkilər  nəzərə  alınmaqla,  ətraf  mühitin  pozulmuş  vəziyyətinin 

bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. 

3.  Zərərin  ödənilməsinə  görə  alınan  məbləğlər  ətraf  mühitin  mühafizəsi  fondlarına, 

qanunvericiliklə  müəyyən  edilmiş  hallarda  isə  zərər  çəkmiş  hüquqi  və  ya  fiziki  şəxsin 

hesabına köçürülür. 

4.  Ətraf  mühitə  təhlükəli  təsir  edən  fəaliyyətlə  məşğul  olan  hüquqi  və  fiziki  şəxslər, 

onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər. 

5.  Ətraf  mühitin  mühafizəsi  haqqında  qanunvericiliyin  pozulması  nəticəsində 

vətəndaşların  həyatına  və  əmlakına  vurulmuş  zərər,  zərər  çəkənin  əmək  qabiliyyətinin 

itirilməsi  dərəcəsi,  onun  müalicəsi  və  sağlamlığının  bərpası  üçün  tələb  olunan  xərclər  və 

itkilər nəzərə alınmaqla tam həcmd 

 

                                                 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



                                                                                                                                                        

 

Yüklə 231,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə