Microsoft Word az law Environmental Protection



Yüklə 231,41 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix01.02.2018
ölçüsü231,41 Kb.
#23067
1   2   3   4   5   6   7   8   9

M a d d ə   4 7 .

 Ətraf mühitin istehsalat və məişət tullantılarından mühafizəsi 

1. İstehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq 

icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə 

aparılır. 

2. Tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına 

gətirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilə bilər. 

3.  İstifadə  edildikdən  sonra  tullantıların  zərərsizləşdiriləsi  və  istifadəsi  üçün 

texnologiyası olmayan məhsulun idxalı qadağan edilir. 

4.  İstehsalat  və  məişət  tullantılarının  uçotu  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

aparılır. 

5.  Tullantılara verilən ekoloji  tələblər  bu  Qanunla  yanaşı  tullantılar haqqında normativ 

hüquqi aktlarla müəyyən edilir. 

M a d d ə   4 8 .

 Hərbi və müdafiə obyektlərinə ekoloji tələblər 

Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  xüsusi  hallar  istisna 

olmaqla,  bu  Qanunda  müəyyən  edilən  ekoloji  tələblər  tam  həcmdə  hərbi  və  müdafiə 

obyektlərinə şamil edilir. 

M a d d ə   4 9 .

 Yer kürəsi iqliminin və atmosferin ozon təbəqəsinin mühafizəsi 

Yer  kürəsi  iqliminin  və  ozon  təbəqəsinin  mühafizəsi  ölkənin  qanunvericiliyi  və 

Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrlə (sazişlərlə) tənzimlənir. 

V I I I   f ə s i l  

EKOLOJİ EKSPERTİZA 

M a d d ə   5 0 .

 Ekoloji ekspertiza 

Ekoloji ekspertiza təsərrüfat fəaliyyətinin ətraf mühitə ola bilən mənfi təsirinin və onlarla 

bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılması məqsədilə ətraf 

mühitin keyfiyyət normativlərinə və ekoloji tələblərə uyğunluğunun müəyyən edilməsidir. 

Azərbaycan  Respublikasında  ekoloji  ekspertizanı  müvafiq  icra  hakimiyyəti  orqanı  və 

ictimai təşkilatlar həyata keçirirlər. 

M a d d ə   5 1 .

 Dövlət ekoloji ekspertizası 

1. Dövlət ekoloji ekspertizası müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. 

2. Dövlət ekoloji ekspertizasının aparılması qaydaları qanunvericiliklə müəyyən edilir. 

3.  Dövlət  ekoloji  ekspertizasına  aid  edilən  obyektlər  barədə  ekspertin  müsbət  rəyi 

olmadan  sənaye  və  ərzaq  məhsullarının  istehsalı,  işlərin,  xidmətlərin  yerinə  yetirilməsi  və 

ya Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qadağandır. 

4.  Yerin  təkindən  istifadə  ilə  əlaqədar  olan  təsərrüfat  fəaliyyəti  ekoloji  ekspertizadan 

əvvəl qanunvericiliklə müəyyən edilmiş qaydada geoloji ekspertizadan keçirilməlidir. 

5.  Dövlət  təbiət  qoruqları  sahəsində  idarəetməni  həyata  keçirən  orqanlar  təsərrüfat 

obyektlərinin və digər obyektlərin yerləşdirilməsi layihələrinin və sxemlərinin dövlət ekoloji 

ekspertizasında iştirak edirlər. 

vi[6]


 

6. Ekoloji ekspertizanın rəyi rəsmi sənəddir, məcburi icra olunmalıdır və onun tələbləri 

pozulduğu halda məhkəmədə iddia qaldırıla bilər.  



M a d d ə   5 2 .

 Dövlət ekoloji ekspertizanın məqsəd və vəzifələri 

1.  Dövlət  ekoloji  ekspertizası  təsərrüfat  və  başqa  fəaliyyətlər  nəticəsində  ətraf  mühitə 

təsirin  qiymətləndirilməsinin  dolğunluğunu  və  düzgünlüyünü,  qəbul  olunan  qərarların 

ekoloji  təhlükəsizlik  dərəcəsini,  təbii  resurslardan  səmərəli  istifadə  və  ətraf  mühitin 

mühafizəsi  barədə  təklif  olunan  tədbirlərin  səmərəsini  müəyyənləşdirmək  məqsədilə 

müvafiq icra hakimiyyəti orqanları tərəfindən təşkil olunur və həyata keçirilir. 

2.  Dövlət  ekoloji  ekspertizası  ətraf  mühitin  mühafizəsi  üçün  zəruri  tədbirdir  və  ətraf 

mühitə mənfi təsir göstərə biləcək təsadüfi qərarlar qəbul olunmasının qarşısını alır. 

3. Dövlət ekoloji ekspertizasının vəzifələri: 

3.1.  nəzərdə  tutulan  və  həyata  keçirilən,  ətraf  mühitin  vəziyyətinə  və  əhalinin 

sağlamlığına  hazırda  və  ya  gələcəkdə  bilavasitə  və  ya  dolayısı  ilə  təsir  göstərə  biləcək, 

təsərrüfat və başqa fəaliyyətlərin ekoloji təhlükəsi səviyyəsini müəyyən etmək; 

3.2. layihələşdirilən təsərrüfat və başqa fəaliyyətlərin ətraf mühitin mühafizəsi haqqında 

qanunvericiliyin  tələblərinə,  gigiyena-sanitariya  normalarına  və  qaydalarına  uyğunluğunu 

qiymətləndirmək; 

3.3.  nəzərdə  tutulan  ətraf  mühitin  mühafizəsi  tədbirlərinin  keyfiyyətinin  nə  dərəcədə 

əsaslı olduğunu müəyyən etmək. 

M a d d ə   5 3 .

 Dövlət ekoloji ekspertizasının əsasları 

Dövlət ekoloji ekspertizası aşağıdakıları rəhbər tutur: 

1. beynəlxalq hüquq öhdəlikləri; 

2.  qanunçuluq,  elmi  əsaslılıq,  aşkarlıq  prinsipləri,  ekoloji,  sosial,  mühəndis-texnoloji, 

texniki, arxitektura-planlaşdırma, iqtisadi və başqa qiymətlərin inteqrasiyası prinsipləri; 

3.  təsərrüfat  fəaliyyətinin  ətraf  mühitə  təsirinin  kompleks  sosial-ekoloji-iqtisadi 

qiymətləndirilməsinin nəticələri. 

4.  bütün  insanların  sağlamlığı  və  rifahı  üçün  əlverişli  ətraf  mühitə  malik  olmaq 

hüququnu; 

5.  indiki  və  gələcək  nəsillərin  mənafeyi  naminə  ekoloji  tarazlığın,  genofondun  və  canlı 

təbiətin rəngarəngliyinin qorunub saxlanılmasını təmin etmək zərurətini; 

6. təbiətdən tənzimlənməyən istifadənin potensial təhlükəsi prezumpsiyasını; 

7. qəzaların baş verməsinin mümkünlüyünü; 

8. ətraf mühitin qorunub saxlanılmasının cəmiyyətin inkişafının ayrılmaz tərkib hissəsi 

kimi qiymətləndirilməsini. 

M a d d ə   5 4 .

 Dövlət ekoloji ekspertizasının obyektləri 

Dövlət ekoloji ekspertizasının obyektləri aşağıdakılardır: 

1.  ölkə  və  iqtisadiyyat  sahələri  üzrə  məhsuldar  qüvvələrinin  inkişafına  və 

yerləşdirilməsinə dair dövlət və yerli proqramların layihələri; 

2.  iqtisadiyyat  obyektlərinin  və  komplekslərinin  tikintisinin  (yenidən  qurulmasının, 

genişləndirilməsinin,  yeni  texnika  ilə  təchiz  edilməsinin)  və  ləğv  olunmasının  texniki-

iqtisadi 

əsaslandırılmaları 

(hesablamaları), 

layihələri, 

ətraf 


mühitə 

təsirinin 

qiymətləndirilməsi (ƏMTQ) sənədləri; 

3.  yeni  texnikanın,  texnologiyanın,  materialların  və  maddələrin  yaradılmasına,  o 

cümlədən başqa ölkələrdən idxal edilməsinə dair sənədlər; 

4.  ətraf  mühitin  mühafizəsi  haqqında  təlimat-metodik  və  normativ-texniki  sənədlərin 

layihələri; 



Yüklə 231,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə