Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə31/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   27   28   29   30   31   32   33   34   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

84



Son illərdə qloballaşmanın təsir dairəsinin genişləndirilməsi və 

maliyyə, iqtisadi böhranların fəsadlarının artması prosesləri dünya 

iqtisadiyyatında yeni meyarların və tendensiyaların formalaşmasına 

rəvac vermişdir. Milli iqtisadiyyatın qapalı inkişaf etdirilməsi tenden-

siyasının sona çatdığını da iddia etmək olar. Bu baxımdan hər bir 

ölkənin çoxşaxəli ixrac potensialın olması mühüm və strateji şərt kimi 

çıxış edir. Əgər hər hansı bir ölkənin təbii ehtiyatları azdırsa və ya 

milli resurslar baxımından çətinliyi varsa, bu proseslərdə qlobal rəqa-

bətə davam gətirmək üçün çox mürəkkəb vəzifələrin öhdəsindən gəl-

məlidir. Milli resurslarla və nisbətən təbii ehtiyatlarla zəngin ölkələr 

isə bu nemətləri obyektiv və dəyərincə qiymətləndirməli, onlardan sə-

mərəli istifadə üçün milli maraqlar çərçivəsində istehsalın təşkili və 

məhsulların ixracı ilə sistemli yanaşma təmin edilməlidir. Qlobal rəqa-

bət şəraitində dayanıqlılıq meyarlarını özündə əks etdirməyən mal və 

məhsulların dünya əmtəə bazarlarında ixracının sabitliyi qeyri müm-

kündür. Bu meyarlardan çıxış etsək, Azərbaycan qloballaşma şəraitin-

də qeyri-neft sektorunun ixrac potensialından istifadənin yüksəldil-

məsi yolunda hələlik dayanıqlı mövqeyə malik olmadığı  qənaətində-

yik. Bu yolda xeyli pozitiv strateji tədbirlərin görülməsi, dövlət proq-

ramların icrası və bir çoxlarının hazırda icra prosesində olması isə bu 

qənaətə  gəlməyə imkan verir ki, yaxın perspektivdə Azərbaycanda 

qeyri-neft sektorunun ixrac potensialından istifadənin daha səmərəli, 

məhsuldar və effektiv yollarının formalaşdırılması tədbirləri intensiv-

ləşəcəkdir. 

Azərbaycanın hazırkı iqtisadi inkişaf tendensiyaları və strateji hə-

dəfləri ölkə iqtisadiyyatının daha da şaxələndirilməsini və modernləş-

dirilməsini  şərtləndirir. Milli iqtisadiyyatın bundan sonrakı inkişaf 

proseslərinin daha səmərəli və optimal təşkili üçün bu proseslərin tən-

zimlənməsi və  təkmilləşdirilməsi istiqamətlərinin müəyyənləşdiril-

məsi, həyata keçirilməsi tədbirləri də vacib şərtlər kimi çıxış edir: 

•  Milli iqtisadiyyatın əsas bazar iqtisadiyyatlı funksiyaları və fə-

aliyyət prinsipləri formalaşdığından yeni keyfiyyət və kəmiyyət mər-

hələsinə qalxması prioritetlərinin reallaşdırılması; 

•  Ölkə iqtisadiyyatının baza prinsiplərinin imkan verdiyi yerdən 

əhəmiyyətli dərəcədə fərqlənə bilən yeni iqtisadi inkişaf meyarlarının 

müəyyənləşdirilməsi; 

•  Müasir texnologiyalar, idarəetmə metodları  əsaslı innovasiya-

laşdırılmış iqtisadi inkişaf modelinə keçidin başa çatdırılması; 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



85

•  Yeni və məhsuldar rəqabətqabiliyyətli ixracyönümlü müəssisə-

lərin təşkili və bu şəbəkənin genişləndirilməsi; 

•  Neft-qaz amilindən yararlanaraq və bu sektorun gəlirlərindən 

bəhrələnərək, ölkənin qeyri-neft sektorunun inkişafının intensivləş-

dirilməsi dərəcəsinin əhəmiyyətli səviyyədə artırılması; 

•  Olkə iqtisadiyyatının neft və qazla bağlı olmayan potensialının 

yenidən qiymətləndirilməsi və reallıqlar  əsasında mühüm meyarların 

formalaşdırılması; 

•  Qeyri-neft sektorunun ixrac potensialının artımına imkan verə 

bilən iqtisadiyyat sektorlarının inkişafının dayanıqlılığının və davamlı-

lığının təmin edilməsi

•  Qeyri-neft ixracının stimullaşdırılması, ixrac potensialının tən-

zimlənməsinin effektiv mexanizmlərinin işlənib hazırlanması, təkmil-

ləşdirilməsi istiqamətlərinin müəyyənləşdirilməsi və s. 

Qeyd etmək lazımdır ki, yaxın perspektivdə çoxlu sayda dövlət 

dəstəyi mexanizmləri, o cümlədən, birbaşa olaraq geri qayıtmayan ma-

liyyə mexanizmləri ilə  dəstəklənən, geniş infrastruktur imkanları ya-

radılan kənd təsərrüfatı məhsulları istehsalı və aqrar sektorda artıq ərzaq 

məhsulları üzrə ölkə  tələbatından  əlavə  məhsulların istehsalı real-

laşdırılıb. Bununla bərabər, bu məhsulların keyfiyyət göstəriciləri xeyli 

yüksəkdir və  rəqabətqabiliyyətlidir. Bu zaman ölkəmizin  əldə edəcəyi 

mənfəətin və çata biləcəyi hədəflərin qısa məzmunu belə ola bilərdi: 

Artıq kənd təsərrüfatı  məhsulları istehsalına və aqrar sektora 

subsidiyalar, dotasiyalar ayrılmasına zərurət qalmayıb; 

Azərbaycan markalı (brendlər) kənd təsərrüfatı  məhsullarının 

dünya əmtəə bazarlarına çıxışı genişmiqyaslı və həcmli bir səviyyədə 

formalaşıb; 

Ölkənin bütün regionlarında qeyri-neft ixracı potensialının yeni 

mənbələri yaradılıb; 

Neft gəlirləri ilə bərabər, ölkəyə daxil olan valyuta resurslarında 

qeyri-neft sektorunun payı durmadan artmaqdadır; 

Ölkə regionlarının əksəriyyətinin büdcəsi yerli maliyyə resursları 

hesabına formalaşır; 

Qeyri-neft sektorunun ixracı ölkə iqtisadiyyatının artım tempinin 

yeni əsas və sabit mənbəyinə çevrilib; 

Qeyri-neft sektorunun ixrac potensialının genişləndirilməsi Azər-

baycanın iqtisadi inkişaf səviyyəsini  əhəmiyyətli dərəcədə artırmağa 




Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

86



imkan verib və ölkəmiz öz iqtisadiyyatını neft-qaz amili asılılığından 

qurtarmağa nail olub və s. 

Göründüyü kimi, bu vəzifələr və hədəflər heç də asan həll olunası 

məsələlər deyildir və hazırda 2020-ci il də daxil olmaqla, həmin isti-

qamətlər üzrə ölkə iqtisadiyyatının, onun müxtəlif sektorlarının, o 

cümlədən qeyri-neft sektorunun ixractəyinatlı sahələrinin davamlı in-

kişafı, bu proseslərdə yüksək nəticələrin əldə edilməsi və bütövlükdə 

Azərbaycanın dünya ölkələri arasında sabit və dayanıqlı yer alması 

üçün, əvvəllərdə də qeyd olunduğu kimi dövlət proqramları, tədbirlər 

planı, strateji hədəflər müəyyənləşdirilmişdir. 

Qeyri-neft sektorunun ixrac potensialının təkmilləşdirməsi məqsə-

dilə mühüm istiqamət kimi çıxış edən məsələlərdən biri də sahibkarlıq 

subyektlərinin ixrac fəaliyyəti ilə daha səmərəli və məhsuldar məşğul ol-

maları problemidir. Biz bu barədə tədqiqat materiallarında qeyd etmişdik 

ki, xarici iqtisadi fəaliyyət iştirakçılarının xarici bazarda rəqabət qabiliy-

yətinin artırılması qlobal dünya bazarları  şəraitində xeyli çətinləşmişdir 

və bu problemə sistemli yanaşma tələb olunur. Dövlət tərəfindən sahib-

karlığın dəstəklənməsi mexanizmlərinin çoxşaxəliliyinə baxmayaraq, bu 

sahənin ixrac potensialının artırılması, stimullaşdırılması üçün daha ef-

fektiv istiqamətlərin müəyyənləşdirilməsi və gerçəkləşdirilməsi zərurəti 

qalmaqdadır. Bu sahənin qeyri-neft sektorunun inkişafında  əhəmiyyəti 

bəllidir və bunlar dövlətin iqtisadi siyasətində daimi olaraq, prioritet isti-

qamətlər sırasındadır. Bunlarla belə, ölkədə sahibkarlıq fəaliyyətinin döv-

lət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi və əlverişli biznes 

mühitinin formalaşdırılması istiqamətlərində yaxın perspektivdə daha 

təsirli tədbirlərin görülməsi vacibdir. Ölkə Prezidentinin “Sahibkarlığın 

inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2014-cü il tarixli Fər-

manında bu problemlərə toxunulub. Mühüm məsələlərdən biri kimi də 

idxal-ixrac  əməliyyatları zamanı  tələb olunan sənədlərin, müddət və 

xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə 

təkliflərin hazırlanması qeyd olunmuşdur və bu məqsədlərlə müvafiq icra 

orqanlarına tapşırıqlar verilmişdir. Fikrimizcə, bu sahəyə olan dövlət dəs-

təyi mexanizmlərinin, qanunvericilik bazasının bir daha müasir qlobal tə-

ləblər baxımından təkmilləşdiriləcəyi təqdirdə, Azərbaycan özəl sektorda 

milli iqtisadiyyatın artımı üçün ciddi mənbələr əldə edəcək, bir çox müs-

bət və  məhsuldar nəticələrlə yanaşı, ixrac potensialının, yəni qeyri-neft 

sektoru ixracının gücləndirilməsində  əsaslı nailiyyətlər  əldə etmək im-

kanına malik olacaqdır. 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə