Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə27/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   23   24   25   26   27   28   29   30   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



73

neft ixracı üzrə nisbətən fəal olduğu bir sıra ölkələrlə ixrac münasibət-

lərinə toxunmaq istərdik. 2012-ci ildə ölkəmizin ixracda əsas tərəfdaş-

larının ilk onluğunda yer almış ölkələrdən biri – Rusiya Federasiyası 

Azərbaycanın qeyri-neft sektoru məhsullarının ixracı və idxalı hesabı-

na formalaşır. Qalan 9 ölkə ilə ixrac münasibətləri  əsasən neft xam-

malı və neft məhsulları ilə bağlıdır (İtaliya, Hindistan, Fransa, İndone-

ziya, İsrail, ABŞ, Almaniya və Yunanıstan). 2012-ci ildə Rusiya Fede-

rasiyasına 58,3 min ton kartof, 54 min ton təzə tərəvəz, 196,9 min ton 

təzə meyvə, 3,5 min ton çay, 17,6 min ton bitki yağları, 188,6 ton ma-

karon məmulatları, 381,3 min dkl üzüm şərabı, 1,8 min ton tütün, 67,9 

ton gips, 37,1 min ton ağ neft, 1,4 mlrd. m

3

 təbii qaz, 147,7 min ton 



neft koksu, 229,5 mln. kvt.s. elektrik enerjisi, 2443 ton etilen törəmə-

ləri, 7,4 min ton pambıq parça ipliyi, 20,3 min m

2

 sintetik kompleks 



saplardan parçalar, 3,4 min ton qara metallardan yarımfabrikatlar, 31,9 

min ton qara metallardan qazma boruları, 242 ədəd ağacdan ofis, 

mətbəx, yataq mebelləri, digər mebellər ixrac olunmuşdur. Rusiyaya 

2012-ci ildə ixrac olunmuş 841,08 mln. dəyərində bu qeyd məhsulla-

rın 59,4 % neft-qaz məhsullarının payına düşür (500 mln. ABŞ dolla-

rına yaxın). Azərbaycanın qeyri-neft sektoru üzrə  əsas tərəfdaşı olan 

Rusiya ilə, qeyri-neft ixracının 2012-ci ildə  cəmisi 341 mln. dollar 

səviyyəsində olması, bu sahədəki potensialından zəif istifadənin ifadə-

sidir. Qeyri-neft ixracı üzrə öz real potensialının yenidən qiymətlən-

dirilməsi, ənənəvi əmtəə bazarlarının bərpası, yeni əmtəə bazarlarının 

əldə edilməsi, ixarc coğrafiyası ilə yanaşı, ixracın perspektivli mal st-

rukturunun diversifikasiyalaşdırılması problemlərinin həlli yaxın pers-

pektivdə ölkəmizin qarşısında duran strateji vəzifələrin bir hissəsi 

kimi çıxış edir. 

 

 

4. Azərbaycanda qeyri -neft sektorunda ixrac potensialından 



istifadənin tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri 

Müasir dövrdə qeyri-neft sektorunun ixrac potensialının tənzim-

lənməsinin qanunvericilik bazasının formalaşdırılması və onun zərurət 

yarandıqca təkmilləşdirilməsi məsələləri daha çox diqqət mərkəzində 

olmuşdur. Bu sahədə qanunların mükəmməlliyi və  işləkliyi mühüm 

şərtlər kimi çıxış etmişdir. Bu prinsiplərin əsasında aşagıdakı meyarla-

ra üstünlük verilmişdir: 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

74



•  - Xarici iqtisadi əlaqələrin genişləndirilməsinə şərait yaradılmalı; 

•  - Xarici ticarət iştirakçılarının beynəlxalq bazara çıxışını məh-

dudlaşdıran baryerlərin azaldılması və süni müdaxilələrə adekvat me-

xanizmlərin işlənilməsinin təmin edilməsi; 

•  -  İxrac prosedurlarının sadələşdirilməsi və ixracın stimullaş-

dırılması; 

•  - Ixracın həvəsləndirilməsi, bu sahənin inkişafına imkan verən 

dövlət dəstəyi mexanizmlərinin qanunlar vasitəsi ilə tənzimlənməsi

•  - İxrac proseslərinin əsas iştirakçıları kimi xarici investorların 

hüquqlarının qorunması, fəaliyyətlərinin tənzimlənməsi; 

•  - Ölkəyə  gətirilən investisiyaların və müasir texnologiyaların 

qanunvericilik bazalarının beynəlxalq hüquq prizmasından müdafiəsi-

nin təşkili, investisiyaların toxunulmazlığı prinsiplərinin qorunması; 

•  - Müxtəlif dövlət orqanlarının və nəzarətedici təşkilatların ix-

racla məşğul olan sahibkarlıq subyektlərinin işinə əsassız müdaxilələ-

rin minimumlaşdırılması; 

•  İxracın inkişafı, xüsusilə qeyri-neft ixracının potensialının ar-

tırılması  məqsədilə dövlət dəstəyi mexanizmlərinin, maliyyə yardım-

larının, daxili investisiya qoyuluşlarının, subsidiya və dotasiyaların və 

s. maliyyə-büdcə, kredit maliyyə  rıçaqlarının tətbiqi üzrə qanunve-

ricilik əsaslarının gücləndirilməsi və s. 

Ölkəyə xarici investisiyaların cəlb edilməsi, investorların ölkə iqti-

sadiyyatına iri kapitalın gətirilməsində  həvəsləndirilməsinin qanunve-

ricilik  əsasları yaradılmış, sahibkarlığın və biznes mühitinin inkişafı 

üçün böyük həcmli işlər görülmüşdür. "İnvestisiya fəaliyyəti haqqında" 

və "Xarici investisiyaların qorunması haqqında" ölkə qanunları  qəbul 

edilmişdir. Bu qanunlara görə, dövlət investisiya fəaliyyətinin tənzim-

lənməsinə, qoyulmuş investisiyaların qorunmasına zəmanət verir, in-

vestisiya  şəraitinin yaxşılaşdırılması üçün kompleks tədbirlər görür, 

mexanizmlər işləyib hazırlayır və  həyata keçirir, investisiya fəaliyyəti 

subyektlərinin işini tənzimləyir və sabitliyini qoruyur, investorların 

hüquqlarını müdafiə edir və digər mühüm tədbirlərin təşkilatçısı kimi 

çıxış edir. "Xarici investisiyaların qorunması haqqında" təkmilləşdiril-

miş və əlavələr edilmiş Qanunla ölkə iqtisadiyyatına sərmayələr yatır-

mış investorların hüquqi müdafiəsi, investisiyaların cəlb edilməsi sahə-

sində milli subyektlərlə bağlanmış kontraktların  şərtlərinin icra olun-

masına dövlət nəzarəti mexanizmləri müəyyənləşdirilmişdir



AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



75

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi, onun ix-

rac potensialının artırılması proseslərinin tənzimlənməsi və təkmilləş-

dirilməsi zərurəti ilk növbədə ölkədə investisiyaları kifayət qədər tən-

zimləyən qanun və normativ aktların işlənib hazırlanmasını şərtləndi-

rir. Məlum olduğu kimi, bir çox ölkələrdə investisiyaların tənzimlən-

məsi ümumi qanunlar çərçivəsində aparılır və əsasən ölkə konstitusi-

yasında baxılır. Azərbaycan Respublikasının Konstitusiyasında bil-

dirilmişdir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 

Məhkəmənin qərarı olmadan heç kim mülkiyyətdən məhrum edilə bil-

məzBu maddələr Azərbaycan vətəndaşları ilə yanaşı, xarici vətəndaş-

lara da şamil olunur. “Xarici investisiyaların qorunması” haqqında 

Qanunun 11-ci maddəsində milliləşdirməyə qarşı dövlət təminatı  nə-

zərdə tutulmuşdur. Maddəyə əsasən, milliləşdirmə haqqında qərar yal-

nız Milli Məclis tərəfindən qəbul oluna bilər. Bu halda isə xarici in-

vestorlara təcili, adekvat və effektiv kompensasiya ödənməlidir. Azər-

baycan bir çox Konvensiyaların, o cümlədən 1996-ci ildən başlayaraq, 

“Xarici ticarət arbitrajı haqqında” Avropa Konvensiyasının (Cenevrə 

Konvensiyası adlandırılır və 1961-ci ildən qüvvəyə minib) iştirakçısı-

dır. Xarici kapitalın ölkəmizə gətirilməsi və investorların fəaliyyətinin 

daha da təkmilləşdirilməsi məsələləri ölkə Prezidentinin “İnvestisiya 

fəaliyyətinin təşviqi üzrə  əlavə  tədbirlər haqqında” Sərəncamında öz 

əksini tapmışdır. İnvestisiya fəaliyyətinin dövlət tərəfindən tənzimlən-

məsinin təkmilləşdirilməsi, qanunvericilik bazasının gücləndirilməsi 

öz növbəsində ölkəmizin mineral və xammal resurslarından daha sə-

mərəli istifadə olunmasına, yeni rəqabətqabiliyyətli, ixractəyinatlı mal 

və  məhsulların çeşidinin artırılmasına, ixracın stimullaşdırılmasına, 

hazır sənaye məhsullarının ixracının genişləndirilməsinə, bütövlükdə 

ölkədə investisiya fəaliyyətinin gücləndirilməsinə, qeyri-neft sektoru-

nun inkişafının sürətləndirilməsinə  və onun ixrac potensialının  əhə-

miyyətli səviyyədə artırılmasına şərait yaradır, bu proseslərdə hüquqi-

normativ bazanın etibarlılığını, işləkliliyini artırır və s. İxracın tək-

milləşdirilməsinin vacibliyi 2013-cü ilin yekununda, Azərbaycan xari-

ci ticarət  əlaqələrinin yekununa baxdıqda da, zərurət kimi çıxış edir. 

Məsələn, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mə-

lumatları əsasında hazırlanmış təhlildə göstərilir ki, 2013-cü ildə 34,7 

mlrd. dollarliq xarici ticarət dövriyyəsinin 24 mlrd. dollara yaxını və 

yaxud 69,1 % ixracın payına düşmüşdür. Azərbaycan 149 ölkə ilə ti-

carət  əlaqəsinə girmişdir və 2012-ci illə müqayisədə xarici ticarət 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə