Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə26/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   22   23   24   25   26   27   28   29   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

70



Ölkənin qeyri-neft ixracının potensialının formalaşmasında ayrı-

ayrı ixrac-yönümlü malların rolu böyükdür. Bir sıra rəqabətqabiliyyət-

li malların ixracının natura miqdarını artırmaqla, qeyri-neft sektorunun 

ixracının ümumi həcminin artırılmasına nail olmaq mümkündür. 

Cədvəldə ölkədə istehsal olunan bir qrup malların ixracı üzrə natural 

miqdarların göstəriciləri verilmişdir. 



 

Azərbaycan Respublikasında bir sıra əsas qeyri-neft 

sektoru malları üzrə ixracın miqdarı 

 

Mallar 2008 

2010 

2012 

Kartof, min ton 

86,4 

64,0 


58,8 

Təzə tərəvəz, min ton 

79,6 

54,3 


54,6 

Təzə meyvə, min ton 

272,5 187,4 220,4 

Çay, min ton 

5,3 

8,1 


7,0 

Şəkər çuğunduru, min ton 

16,9 

14,1 


34,8 

Bitki yağları, min ton 

24,1 

27,9 


33,4 

Hidrogenləşdirilimiş piylər və yağlar, min 

32,0 

34,9 


29,6 

Şəkər, min ton 

165,1 203,9 213,2 

Meyvə və tərəvəz konservləri, min ton 

3,9 

4,7 


6,3 

Meyvə və tərəvəz şirələri, min ton 

35,6 

18,7 


8,6 

Üzüm şərabı, min dkl 

183,3 223,9 389,4 

Etilen polimerləri, min ton 

62,3 

46,2 


57,1 

Pambıq lifi, min ton 

13,6 

3,3 


6,1 

Pambıq ipliyi, min ton 

7,2 

6,5 


8,3 

Qara metallardan yarımfabrikatlar, min ton 

15,7  100,5 110,0 

Qara metallardan künclüklər və  şveyllerlər, 

min ton 

69,4 60,8  - 

Qara metallardan qazma boruları, min ton 

20,6 


32,3 

38,2 


Emal olunmamış alüminium, min ton 

60,6 


3,8 

58,7 



AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



71

Biz cədvələ neft məhsullarının ixracı göstəricilərini daxil etməmi-

şik. Bu cədvələ daxil edilmiş ixrac məhsullarının hər biri müasir Azər-

baycan qeyri-neft ixracının potensialını artırmaq iqtidarında olan məh-

sullardır. Təəssüf ki, bu potensialdan zəif istifadə olunması ixracın na-

tural miqdarlarından aydın şəkildə görünür. Ölkənin bir neçə regionla-

rında yetişdirilməsi, saxlanılması  və ixracı üçün münbit şərait olan 

kartof məhsulu ixracının həcmi 2008-2012-ci illərdə 46,9 % aşağı düş-

müşdür. Həmin dövr ərzində təzə tərəvəzin ixracı-45,8 %, təzə meyvə 

ixracı 23,6 % azalmışdır. Təzə tərəvəz və təzə meyvə məhsullarına re-

gionda, həm də keçmiş SSRİ ölkələrində, xüsusilə Rusiyada tələbatın 

yüksək olduğunu nəzərə alaraq, Azərbaycanın qeyri-neft ixracı poten-

sialının artırılması baxımından bu iki mal qrupu üzrə kompleks və ar-

dıcıl stimullaşdırıcı, fəallaşdırıcı  tədbirlərin görülməsi vacib hesab 

oluna bilər. Təzə tərəvəz və təzə meyvə mal qruplarının ixrac poten-

sialının kompleks baxılması ölkənin bütün regionlarının, ilk növbədə 

kənd təsərrüfatı rayonlarının, meyvəçiliklə məşgul olan ərazilərin sosi-

al-iqtisadi inkişafını xeyli sürətləndirə bilərdi. Ənənəvi ixrac məhsulu 

kimi çayın potensialından istifadənin xeyli zəifliyi təəssüf doğurur. 

Müstəqillik dövründə güclü inkişaf proseslərini yaşamış və ixrac mal-

ları kimi möhkəmləmiş şəkər çuğundurunun yetişdirilməsi və şəkərin 

istehsalı, həm də ixracının dəfələrlə artırılmaq potensialının olduğu 

qənaətindəyik. Bunun üçün yararlı torpaq sahələrinin və əmək resurs-

larının, maliyyə  və texniki imkanların mövcudluğunu qeyd etmişdik. 

Hidrogenləşdirilimiş piylər və yağlar, bitki yağları kimi malların ixrac 

potensialının güclü olması son illərdə özünü əyani göstərmişdir. 

Amma, təəssüf ki, bu istiqamətlərdə istehsal güclərinin artmasına, 

yeni müəssisələrin istismara verilməsinə baxmayaraq, ixracın həcmi-

nin artımı olsa da belə, bütün bunlar reallıqları, faktiki potensialı əks 

etdirmir. Meyvə  və  tərəvəz  şirələrinin ixracının 2012-ci ildə 2008-ci 

ilə nisbətən 4,1 dəfə azalması isə, bu mal qrupu üzrə ixrac strategiya-

sının daha dayanıqlı, etibarlı olmamasının ifadəsidir və  həmin mal 

qrupu üzrə ölkəmizdə yaradılmış güclü ixrac potensialının tam məna-

da reallaşdırılması üçün əsaslı tədbirlərin görülməsinə ehtiyac qalmaq-

dadır. Üzüm şərabının ixracı 2008-2012-ci illər  ərzində 2,1 dəfə art-

masına baxmayaraq, bu məhsulun xammal bazasının potensialı  və 

ixrac imkanları baxımından göstərilən ixrac həcmi sahənin güclü 

potensialının cüzi bir hissəsini təşkil edir. Əvvəllərdə bildirdiyimiz 

kimi, güclü potensiala malik qeyri-neft sənaye sahəsi olan kimya və 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

72



neft-kimya sektorunun ixrac potensialından zəif istifadə davam et-

məkdədir. Belə ki, yeni istehsal gücləri yaradılmadığından və ixractə-

yinatlı malların çeşidi genişləndirilmədiyindən, yalnız bir neçə  məh-

dud ixrac məhsulu ilə çıxış edən kimya və neft-kimya sahəsinin ixrac 

potensialının artım prosesi, demək olar ki, son illərdə dayanmışdır. 

Əgər 2008-ci ildə sahənin  əsas yarımfabrikat məhsulları olan, ixraca 

göndərilən etilen polimerlərinin (əsasən yüksəktəzyiqli polietilen 

məhsulu) ixracı 62,3 min ton idisə, 2010-cu ildə bu rəqəm 46,2 min 

ton, 2012-ci ildə isə 57,1 min ton, başqa sözlə, 2008-ci ilin göstəricisi-

nin 91,6 % səviyyəsində olmuşdur. Pambıq lifi və pambıq ipliyi üzrə 

ixrac potensialı tamamilə aşağı səviyyədədir və bu istiqamətlərdə kök-

lü dəyişikliklərin aparılması, sahənin prioritetliyinin araşdırılması, in-

frastrukturun itirilmiş bazasının bərpa edilməsi, sahənin gəlirliyinin 

artımının təmin olunması, emal müəssisələri  şəbəkəsinin formalaşdı-

rılması və səmərəli fəaliyyətinin təşkil edilməsi, məhsulların istehsalı-

nın planlaşdırılması, toplanması, emalı və ixracı tsikllərinin kompleks 

baxılması problemləri həll olunmamış qalmaqdadır. Qara metallardan 

yarımfabrikatlar və qazma borular, emal olunmamış alüminium məh-

sulları üzrə ixrac potensialının əslində bərpa olunması və gücləndiril-

məsi prosesləri başlamışdır. Bu sahədə dövlət tərəfindən kompleks 

tədbirlərin həyata keçirilməsi dəstəklənməkdədir. Həmin mallar üzrə 

ixrac potensialının artırılması  səviyyəsini olduqca yüksək qiymətlən-

dirmək mümkündür və qeyri-neft ixracının yaxın perspektivdə öz po-

tensialından daha səmərəli istifadə etmək imkanlarına malik sənaye 

sahələri kimi xarakterizə olunurlar. 

Azərbaycanın ixrac potensialının  əsasən müasir dövrdə neft-qaz 

xammalı  və neft məhsulları bazasında mövcudluğu, ölkə ixracının 

coğrafiyasına və  əsas tərəfdaşların xüsusi çəkisinə  də  təsir etmişdir. 

Məsələn, Azərbaycan 2012-ci ildə 110-dan çox ölkə ilə ixrac münasi-

bətləri qurmuşdur və bu ölkələr həyata keçirilmiş ixracın həcmi əksər 

hallarda xeyli cüzi olmuşdur. Və yaxud bu ölkələrin əksəriyyətinə neft 

xammalı  və neft məhsulları göndərilmişdir. Ölkənin ixrac coğrafiya-

sında 2012-ci ildə yer almış 83 ölkəyə göndərilən ixrac məhsullarının 

dəyəri bir yerdə cəm şəklində ümumi olaraq 760 mln. dollar təşkil et-

mişdir. Elə ölkələr var ki, bir neçə min dəyərində ixrac məhsulu yola 

salınıb. Bu vəziyyətin, yəni ixracın coğrafiyasının və ölkə-partnyorlar-

la  əlaqələrin təhlilini geniş aparmaq imkanlarımız bu tədqiqat işinin 

strukturuna daxil edilmədiyindən, yalnız Azərbaycanın  əsasən qeyri-




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə