Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə24/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   20   21   22   23   24   25   26   27   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

64



hələri üzrə dünyanın aparıcı dövlətlərindən olan ABŞ-da, Qərbi Avro-

pa ölkələrində dotasiyalardan və subsidiyalardan müasir dövrdə də ge-

niş istifadə edilməkdədir. Bu dövlətlər özlərinin proteksionist siyasət-

ləri ilə milli kənd təsərrüfatı  məhsulları istehsalçılarının maraqlarını 

qorumaqla, onların daxili və beynəlxalq bazarlarda rəqabət qabiliyyə-

tinin güclü olmasına əlavə stimullar verirlər. 

“Azərbaycan Respublikasının  ərzaq təhlükəsizliyi Proqramı” 

uğurla 2010-cü ildə başa çatdırılmışdır. Proqramın əhatə etdiyi 2001-

2010-cu illər ərzində, xüsusilə də, son 5 il ərzində əhalinin ərzaq məh-

sulları ilə yerlı istehsal hesabına təminatı yaxşılaşmışdır. Belə ki, 

2001-ci ilə nisbətən 2010-cu ildə kartof istehsalı 57 %, tərəvəz və bos-

tan istehsalı 33 %, meyvə istehsalı 47 %, şəkər çuğunduru istehsalı 6,2 

dəfə, ət istehsalı diri çəkidə 2,1 dəfə, süd istehsalı 1,4 dəfə, yumurta 

istehsalı isə 2,1 dəfə artmışdır. Təkcə 2007-2010-cu illər ərzində kənd 

təsərrüfatı məhsullarının istehsalçılarına və çoxillik əkmələrin becəril-

məsinə  sərf olunan yanacağa, habelə buğda və  çəltik səpininə görə 

dövlət büdcəsinin vəsaiti hesabına 284,1 mln. manat subsidiya veril-

mişdir. 2010-cu ildə respublikada 2 mln. ton taxıl, 953,7 min ton kar-

tof, 1614,6 min ton tərəvəz-bostan, 718,2 min ton meyvə, 256,5 min 

ton şəkər çuğunduru, 129,5 min ton üzüm, 545 ton çay yarpağı, 333,3 

min ton diri çəkidə ət, 1 530 min ton süd, 1178,6 mln. ədəd yumurta 

istehsal olunmuşdur. 2012-ci ilin yekunları üzrə  təhlillər göstərir ki, 

görülmüş  tədbirlər öz nəticəsini vermişdir. Belə ki, 2012-ci ildə 

1647.1 min hektar sahədə əkin aparılmışdır. 1031.4 min hektar sahədə 

payızlıq və yazlıq dənli və  dənli paxlalı bitkilər  əkilmiş, nəticədə 

2802.2 min ton məhsul istehsal olunmuşdur. 2012-ci ildə 2011-ci il ilə 

müqayisədə 343.8 min ton taxıl , o cümlədən 206.4 min ton buğda, 1.4 

min ton tərəvəz məhsulları, 30.0 min ton kartof, 44.2 min ton meyvə 

məhsulları, 13.9 min ton üzüm, 691 ton tütün yarpağı və 33.8 ton yaşıl 

çay yarpağı artıq istehsal olunmuşdur. 2012-ci il ərzində kənd təsərrü-

fatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4,8 mlrd. manata 

yaxın olmuş və 2011-ci ilə nisbətən artım 6,6 % təşkil etmişdir. Bit-

kiçilik məhsulları üzrə artım – 5,8 %, heyvandarlıq məhsulları üzrə isə 

7,6 % olmuşdur. Kənd təsərrüfatının əsas sahəsi olan heyvandarlıq sa-

həsində mal-qaranın baş sayı və heyvandarlıq məhsulları istehsalı di-

namik olaraq artır. Son illər sürünün cins tərkibinin yaxşılaşdırılması 

istiqamətində görülmüş işlər mal-qaranın və heyvandarlıq məhsulları-

nın artmasına öz müsbət təsirini göstərmişdir. 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



65

Qeyri-neft sektorunun təhlili və tədqiqi üzrə araşdırmalar bu qə-

naətə gəlməyə imkan verir ki, sektorun potensialının daha ciddi arqu-

mentlərlə qiymətləndirilməsi və təhlili üçün bir qrup strateji meyarlar 

ciddi nəzərə alınmalıdır: 

İlk növbədə, qeyri-neft sektorunun priortetliyi nəzərə alınmaqla, 

ölkə iqtisadiyyatının inkişaf tendensiyalarına adekvat istiqamətlərin 

müəyyənləşdirilməsi, mövcud resurslardan səmərəli istifadə olunması 

və onların bazasında müxtəlif qeyri-neft sektorlarının inkişafının əsas-

landırılması və təşkili; 

Təbii ehtiyatlar hesabına emal müəssisələrinin yaradılması pro-

sesləri ilə  əmək ehtiyatlarının məhsuldar yerləşdirilməsi baxımından 

uzlaşdırılması, regionlarda sənaye zonalarının, sənaye məhəllələrinin, 

aqrar şəhərciklərin, aqrar komplekslərin, elm-innovasiya və klaster tə-

yinatlı kənd təsərrüfatı və aqrar holdinqlərin təşkilinə baxılmalı; 

Kənd təsərrüfatı və aqrar sektora dövlət dəstəyi mexanizmlərinin 

bu sektorun qarşısında duran müasir vəzifələr baxımından təkmilləş-

dirilməsi proseslərinin intensivləşdirilməsi və s. 

Azərbaycanda qeyri-neft sektorunun müasir vəziyyəti bu sahənin 

diversifikasiyalaşdırılmasının intensivləşdirilməsi ilə xarakterizə edil-

sə  də, təəssüf ki, bu proseslər sektorun potensialının cüzi bir hissəsi 

kimi çıxış edir. Qeyri-neft sektorunun ölkə ÜDM-dəki və digər 

makroiqtisadi göstəricilərdə artım dinamikasının intensivləşdirilməsi 

üçün, ilk növbədə, bu sahənin ixrac potensialının genişləndirilməsi 

zəruridir. Bu halda ölkənin qeyri-neft sektoru sahələrinə xarici investi-

siyaların cəlb edilməsi sürətlənə bilər, müxtəlif ölkələrdən investorla-

rın gəlişi artar, ölkəyə  gətirilən müasir texnologiyalar və idarəetmə 

metodları qeyri-neft sektorunda ədalətli rəqabəti artırar, istehsal 

standartlarını yüksəldər, real məhsul artımına ciddi zəmin yaradar. 

 

 

3. Azərbaycanın qeyri-neft sektorunun ixrac potensialı  və 

onun qiymətləndirilməsi 

Azərbaycanın milli iqtisadi inkişaf proseslərində milli iqtisadi 

maraqların qorunması  və ölkənin dünya iqtisadi sisteminə  uğurlu in-

teqrasiyası baxımından daha çox elmi diskussiyalara və müzakirələrə 

səbəb olan problemlərdən biri də qeyri-neft sektoru ixracının səmərəli-

lik məsələləridir. Milli iqtisadiyyatın inkişafında xarici-iqtisadi əlaqə-




Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

66



lərin və xarici ticarət fəaliyyətinin əhəmiyyətini artıran bir qrup amil-

lərə bunları aid etmək olar: 

Milli iqtisadiyyat xarici ticarət vasitəsilə ilə dünya ölkələrinin sər-

hədlərini daha tez keçir və inteqrasiya kanallarına daxil olur; 

Xarici-iqtisadi əlaqələr dövlətlərarası çoxşaxəli münasibətlər for-

malaşdırır, beynəlxalq  əməkdaşlığın səmərəli modellərinin müəyyən-

ləşdirilməsinə yardımçı olur; 

Xarici ticarət fəaliyyəti ölkənin istehsal, təsərrüfat və idarəetmə 

sferalarına yeni texnologiyalar, müasir avadanlıqlar, mütərəqqi idarə-

etmə metodları gətirir; 

Xarici iqtisadi əlaqələrin artması  və coğrafiyasının genişlənməsi 

milli iqtisadiyyatın müxtəlif sahələrinə xarici investisiyaların cəlbini 

və bu sahələrə xarici investorların gəlməsini sürətləndirir; 

Xarici ticarət fəaliyyəti üzrə rəqabətqabiliyyətli müəssisələrin şə-

bəkəsinin genişlənməsi milli iqtisadiyyatın fəallığını artırır, rəqabət 

mühitini gücləndirir, milli keyfiyyət standartlarının səviyyəsinə müs-

bət təsir göstərir; 

Xarici ticarətin artımı ölkənin strateji iqtisadi siyasətinin qarşısın-

da duran vəzifələrin yerinə yetirilməsinə real imkanlar yaradır, ölkəyə 

valyuta resurslarının gətirilməsini və valyuta ehtiyatlarının artırılma-

sını təmin edir; 

İxrac təyinatlı məhsulların çeşidinin çoxalması daxili istehlak ba-

zarının səviyyəsinin artmasını stimullaşdırır, ölkənin beynəlxalq aləm-

də, dünya əmtəə bazarlarında imicini yüksəldir; 

İxrac potensialının yüksəlməsi milli iqtisadiyyatın müxtəlif sektor-

larının dünya iqtisadiyyatında baş verən maliyyə və iqtisadi problemlə-

rin fəsadlarına immunitetinin formalaşmasına əsaslı köməklik göstərir; 

İxrac potensialının artması milli iqtisadiyyatın çoxşaxələndirilmə-

sinə imkan verir və s. 

Hasilat sənayesi, o cümlədən əsasən neft-qaz sektorları güclü və 

aparıcı iqtisadiyyat sektorları olan dünya ölkələrində qeyri-neft sekto-

runun ixrac potensialı problemi əsas müzakirə predmeti kimi uzun 

illərdir müzakirə olunur. Bu kimi ölkələrin təcrübəsi baxımından ya-

naşdıqda, maraqlı məqam kimi, həmin ölkələrdə neft-qaz sənayesi ilə 

bərabər, digər iqtisadiyyat sahələrinin inkişafı strategiyasının bir-biri 

üçün heç də məqbul olmadığını görmək mümkündür (Norveç, Küveyt, 

Səudiyyə  Ərəbistan,  İran, Rusiya, Qazaxıstan, Türkmənistan, ABŞ, 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə