Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə32/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   28   29   30   31   32   33   34   35   ...   184

 

87

 



III FƏSİL 

 

 

AZƏRBAYCAN İQTİSADİYYATINA XARİCİ İNVESTİSİYA 

QOYULUŞU VƏ ONUN SƏMƏRƏLİİLİYİ 

 

“Azərbaycanın münbit investisiya mühiti 

həmişə xarici sahibkarları özünə cəlb edir. 

Bunun nəticəsidir ki, ötən illər ərzində 

Azərbaycanın iqtisadiyyatına xarici 

sərmayənin qoyuluşu davam edir.” 

 

İlham Əliyev 

 

1. Azərbaycan iqtisadiyyatına xarici investisiyaların cəlb edil-

məsi və onun səmərəliliyi 

Azərbaycan Respublikasının müstəqillik əldə etməsi ilə əlaqədar 

öz iqtisadiyyatını yeni prinsiplər üzərində qurması və inkişaf etdirmə-

si, ondan dünya ölkələri ilə açıq bazar münasibətlərinə girməsini tələb 

edirdi. 

Azərbaycanın ilk müstəqil addımlarından biri iqtisadiyyatı libe-

rallaşdırmaq olmuşdur. Lakin məlum siyasi, hərbi və digər problem-

lərlə üzləşən Azərbaycan hökuməti iqtisadiyyatın liberallaşdırılmasını 

lazımi səviyyədə əldə edə bilmədi. Özü də liberallaşma siyasətinin yü-

rüdülməsi, yəni beynəlxalq ticarətin, qiymətələrin və s. liberallaşdırıl-

ması ölkə iqtisadiyyatında maliyyə vəsaitlərinin qıtlığı, hökuməti xari-

ci mənbələrə müraciət etməyə vadar etdi. Azərbaycanın beynəlxalq iq-

tisadi münasibətlər sisteminə tam və  bərabərhüquqlu üzv kimi daxil 

olması ölkə, region və dünya iqtisadiyyatı üçün əhəmiyyətli olan bir 

hadisənin - “Əsrin müqaviləsi”nin baş tutması ilə mümkün oldu. Onu 

da qeyd etmək lazımdır ki, bu möhtəşəm müqavilənin bağlanmasından 

əvvəl ölkə iqtisadiyyatında bəzi islahatları  həyata keçirmək üçün bir 

sıra mühüm beynəlxalq təşkilatlardan maliyyə dəstəyi almışdır. Lakin 

bu cür münasibətlər ölkəyə beynəlxalq iqtisadi münasibətlər sistemin-

də əlahiddə status vermir. 

Azərbaycan Respublikasının iqtisadiyyatına xarici investisiyaların 

cəlb edilməsini stimullaşdıran əsas amlillər haqda bunları qeyd edə bi-




Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

88



lərik ki, əvvəla ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilmə-

sinin başlıca səbəbi iqtisadiyyatda uzun müddət mövcud olmuş dur-

ğunluq və böhran vəziyyətindən çıxarmaq, həmçinin də ölkədaxili yı-

ğımların məhdud səviyyədə olmasına rəğmən xarici investisiyaların he-

sabına sahibkarlığın investisiya aktivliyini artırmaqdır. Bundan əlavə, 

ölkə iqtisadiyyatı böhran vəziyyətindən çıxdıqdan sonra belə, ölkədə 

geniş maliyyə sistemi və ona uyğun maliyyə institutları yarandıqdan 

sonra belə, xarici investisiyalara böyük ehtiyac duyulur. Çünki bank-

lardan alınan vəsaitlər “bahalı vəsait” kimi qəbul olunur və sahibkarlar 

bank kreditlərindən çox xarici investorların partnyorluğuna üstünlük 

verirlər. Bununla belə bir çox sahələrdə vəsaitin dövr müddəti uzun ol-

duğundan banklar həmin sahələrə  vəsait ayırmaqdan boyun qaçırırlar, 

lakin xarici investorlar üçün bu sahələr bəzən cəlb- edici ola bilir. 

Dünya kapital bazarında investisiyalara olan tələb təklifi üstələdi-

yindən xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi ölkə-

ləri bu sferada fəaliyyətlərini bir daha artırmağa sövq edir. 

Qeyd etmək lazımdır ki, qoballaşma iqtisadi baxımdan artıq mal-

ların və xidmətlərin ölkələr arasında məhdudiyyətsiz hərəkətini təmin 

edə biləcək bir proses kimi qəbul edilir. Xarici investisiyalar malların 

və xidmətlərin beynəlxalq axınına “qoşulan” və bu dövriyyədə daha 

da sürətlə xüsusi çəkisini artıran bir elementə çevrilmişdir. Bu reallıq 

İkinci Dünya müharibəsindən sonra meydana gəlmiş və XX əsrin 80-

ci illərindən bəri daha da geniş vüsət almışdır. 

Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsində mü-

hüm təsir edici qüvvə, yerli qanunvericilik bazasıdır ki, həmin qanun-

vericilik bazası xarici investorların fəaliyyət çərçivəsini müəyyən edir. 

Bu baxımdan “İnvestisiya fəaliyyəti haqqında Azərbaycan Respubli-

kasının Qanununun dördüncü maddəsi xüsusi qeyd olunmalıdır: 

Azərbaycan Respublikasının və xarici olkələrin vətəndaşları  və 

huquqi şəxsləri, vətəndaşlığı olmayan şəxslər, habelə dövlətlər investi-

siya fəaliyyətinin subyektləri (investorları və iştirakçıları) ola bilərlər. 

Dünya iqtisadiyyatının genişlənməsi ilə  əlaqədar olaraq inkişafa 

zəmin yaradan resurslardan istifadə imkanları da artır. Lakin əvvəlki 

kimi bu kapital, məhdud sayda resurslarının sahibləri - inkişaf etmiş 

ölkələrin “əlində” cəmləşmişdir. 

XX  əsrin sonundan başlayaraq  İEÖ-in iqtisadiyyatına yönələn 

birbaşa investisiyaların həcmi artdı. Yəqin ki, bu tendensiya müvəq-

qəti xarakter daşıyır. Lakin İEÖ-in investisiya ixracının başlanmasını 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



89

proqnozlaşdırmaq hələ ki, qeyri-mümkündür. Bununla belə investisiya 

axınlarının istiqamətləri qabaqcadan müəyyən qədər özünü büruzə 

verir. Çünki birbaşa xarici investisiyalar şəksiz ki, yatırımlar üçün 

daha yaxşı investisiya mühiti formalaşdırmış və hökumət, ictimaiyyət, 

biznes tərəfindən xarici investisiyalara qarşı  dəqiq mövqe seçilmiş 

ölkələrə doğru axacaqdır. 

Ölkədə xarici investisiyaların həcmi elə  səviyyədə olmalıdır ki, 

investisiyanı  qəbul edən ölkənin iqtisadiyyatının effektivliyi təmin 

olunsun. Beynəlxalq investisiya rəqabəti mübarizəsində investorlara 

daha liberal investisiya rejimi təklif edən ölkə qalib olur. Onu da qeyd 

edək ki, investisiya stimulları və onların investisiya cəlb etməsindəki 

rolu nisbidir. Tədqiqatlar göstərir ki, investisiya stimulları ölkənin 

İEÖ ya da İEOÖ olmasından asılı olmayaraq, əksər hallarda investisi-

ya cəlb edilməsi prosesinə təsir etmirlər. 

Xarici investisiyaların Azərbaycan Respublikasına cəlb edilməsi 

yönündə ölkədə hökumət tərəfindən əsaslı addımlar atılmışdır. Azər-

baycan iqtisadiyyatının potensialını nəzərə alsaq və dünyada mövcud 

iqtisadi durumu qiymətləndirsək, onda şəksiz bu nəticəyə gələ bilərik 

ki, Azərbaycan Respublikası hökumətinin son onillikdə ölkə iqtisadiy-

yatına xarici investisiyaların cəlb edilməsi yönündə ölkədə formalaş-

dırdığı investisiya mühiti reallığın tələbi və təcəssümüdür. 

Xarici investorların Azərbaycan iqtisadiyyatına olan marağının 

artmasının səbəblərindən biri bəzi maneələrin tamamilə aradan qal-

dırılmasıdır. Həmin maneələrdən misal kimi ikiqat vergitutmanın bəzi 

ölkələrlə bağlanmış müqavilələr sayəsində tamamilə aradan qaldırıl-

ması, mənfəətin başqa valyutalara maneəsiz çevrilməsi, mənfəətin 

digər ölkələrə köçürülməsi kimi maneələr ləğv edilmişdir. Bunlarla 

yanaşı formalaşdırılmış investisiya mühiti nəinki xarici investisiyala-

rın cəlb edilməsinə, hətta reinvestisiyaları stimullaşdırmağa xidmət 

edir. Bütün bunlar nəinki xarici investorların Azərbaycan iqtisadiyya-

tına olan marağını artırır, onlarla yanaşı beynəlxalq maliyyə qurumla-

rının və iqtisadi təşkilatların marağını artırır. 

Formalaşdırılmış əlverişli investisiya mühitinin bir tərkib hissəsi 

hüquqi bazadırsa, digər mühüm hissə investisiya mühitidir ki, o, çox-

tərəfli olub çoxsaylı tərkib hissəsindən ibarətdir. Onlardan biri ölkədə 

mövcud olan müsbət iqtisadi tendensiyalardır. Bu tendensiyaların nəti-

cəsi olaraq davamlı və sabit iqtisadi inkişafdır. Bizim ölkəmizin timsa-

lında bu ölkənin və regionun ən iri layihəsi olan “Əsrin müqaviləsi-



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə