Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə30/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   26   27   28   29   30   31   32   33   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



81

nə olan tələbatının daha dolğun ödənilməsi, şərabçılıq və üzüm emalı 

müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, şərab və üzüm 

məhsullarının ixracının artırılması üçün ölkədə üzümçülüyün inki-

şafını stimullaşdırmaqdan ibarətdir

Qeyd etmək lazımdır ki, Azərbaycanda qeyri-neft sektorun ixrac 

potensialının təhlili və tənzimlənməsini araşdırarkən ölkə iqtisadiyya-

tının qlobal təsirlərdən etibarlı qorunmasının təşkili üçün ilk növbədə 

ixracyönümlü istehsal sahələrinin genişləndirilməsini, ixracın stimul-

laşdırılmasına sistemli yanaşmanın təmin olunmasını, bu sahədə sa-

hibkarlıq subyektlərinin fəallığının artırılmasını, ayrı-ayrı qeyri-neft 

sektoru sahələrinin investisiya cəlbediciliyinin yüksəldilməsini vacib 

meyarlar kimi qeyd etmişdik. 

İqtisadiyyatın qloballaşması dünya inkişafının qanunauyğunluqla-

rından biridir. Iqtisadiyyatın artan qloballaşması kapitalın yerdəyişmə 

miqyasının və tempinin kəskin artımında ifadə edilir. Bu halda kapita-

lın səmərəli hərəkəti tsiklinin əsasında milli iqtisadiyyatın diversifika-

siyalaşdırılması  və ölkəyə  gətirilən valyuta resurslarının ehtiyatının 

sabit saxlanılması, həm də artırılması üçün ixrac potensialının diversi-

fikasiyalaşdırılması vacib şərtlər kimi çıxış edir. Azərbaycanın ixrac 

strategiyasında məqsəd davamlı iqtisadi təhlükəsizliyin və xarici siya-

sətin maddi bazasının möhkəmləndirilməsindən ibarətdir. İxrac strate-

giyasının qurulması zamanı karbohidrogen və qeyri-karbohidrogen ix-

racının optimal tarazlaşdırılması vacib şərtdir. Qeyri-neft ixracı sahə-

sində kənd təsərrüfatı və ərzaq istehsalı indiki məqamda əsas yer tutur. 

Eyni zamanda, neft-kimya məhsullarının, habelə elektrik enerjisinin 

ixracı sahəsində  kənd təsərrüfatı  və  ərzaq istehsalı indiki məqamda 

əsas yer tutur. Eyni zamanda, neft-kimya məhsullarının, habelə elek-

trik enerjisinin ixracı potensialı vardır. Azərbaycan coğrafi mövqeyi-

nin üstünlüyündən istifadə etməklə, həm Böyük İpək yolu, həm də Şi-

mal-Cənub dəhlizi üzrə  təkcə karbohidrogen deyil, digər malların da 

daşınması üçün yaxşı imkanlara malikdir. Nəhayət, Azərbaycan xid-

mət sferası (turizm, maliyyə-bank,  İKT və s) üzrə ixrac imkanlarını 

genişləndirə bilər. Lakin qeyri-neft ixracının  şaxələndirilməsi istiqa-

mətində çağırışlar qalır. Qeyd etmək lazımdır ki, Azərbaycanda iqtisa-

diyyatın rəqabət qabiliyyətinin qlobal təsirlər  şəraitində arta bilməsi 

imkanları  və yolları mövcuddur, bir şərtlə ki, ölkədə ixracyönümlü 

qeyri-neft sektoru məhsullarının çeşidinin  əhəmiyyətli səviyyədə da-

vamlı artımı təmin olunmalıdır. Qloballaşma şəraitində milli iqtisadiy-



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

82



yatın təhlükəsizliyinin təmin edilməsinin əsas istiqamətləri üzrə tədqi-

qat aparan A. Xudiyev bildirir ki, Azərbaycan ixracı əmtəələrin müstə-

visinin kənar periferiyasında yerləşir və hazırkı ixrac səbətində ən ya-

xın əmtəələrə məsafə çox böyükdür. Bu səbəbdən də Azərbaycan iqti-

sadiyyatının təbii, yaxud "üzvi" diversifikasiyası çox çətindir.  Lakin 

fikrimizcə, bu mülahizələrdə obyektivliyin mövcudluğuna  şübhə et-

mədən, qeyd etmək olar ki, Azərbaycanda “İqtisadiyyatın təbii diver-

sifikasiyası” və yaxud “üzvi diversifikasiyası” anlayışları altında ixra-

cın potensialının heç də az olmayan səmərəli yollarını tapmaq pers-

pektivləri qalmaqdadır: 

Əvvəla, ölkənin təbii resursları, zəngin yeraltı və yerüstü ehtiyat-

ları, əmək və intellekt resursları və s. amilləri kifayət qədərdir; 

İkincisi, qeyd olunduğu kimi, bir sıra güclü potensiala malik qey-

ri-neft sektoru sahələrinin potensialından səmərəli istifadə olunmalı və 

onların ixrac-yönümlüyü daha dərindən müəyyənləşdirilməlidir (kim-

ya və neft-kimya, metallurgiya, neft və qaz maqşınqayırması, kənd tə-

sərrüfatı və aqrar sektor və s.) 

Üçüncüsü, ölkənin ixrac sektorunun diversifikasiyalaşdırılma st-

rategiyası optimallaşdırılmalı, rəqabət, qlobal meyarlar nəzərə alınma-

lı, adekvat tədbirlər müəyyənləşdirilməli və s. 

Qloballaşma şəraitində qeyri-neft sektorunun ixrac potensialından 

istifadənin daha səmərəli təşkili və yüksəldilməsi yollarından mühüm-

lüyü ilə seçilən prioritetlərdən biri də Azərbaycanın valyuta ehtiyatla-

rından effektiv şəkildə istifadənin təmin olunması, xarici kapitalın öl-

kəyə gətirilməsi və investisiyaların cəlbi proseslərində müasir iqtisadi 

tendensiyalara adekvat iqtisadi siyasət mexanizmlərinin dövriyyəyə 

buraxılması, ölkənin xaricə kapital ixrac etmək imkanlarının uzaq 

perspektivlər nəzərə alınmaqla və milli iqtisadi maraqlar qorunmaqla 

optimal modelləşdirilməsidir. Akademik Z. Səmədzadə qeyd edir ki, 

Azərbaycan son vaxtlar investisiya mühitində vəziyyəti xeyli dərəcədə 

yaxşılaşdırmışdır. Xarici investorlar tərəfindən ölkəyə marağın artma-

sı buna əyani sübutdur. Ölkənin maliyyə imkanlarının ciddi şəkildə 

güclənməsinə baxmayaraq, dövlət başçısı xarici kapitalın bundan son-

ra da Azərbaycan iqtisadiyyatının inkişafında iştirakını hərtərəfli dəs-

təkləyir, eyni zamanda xarici iş adamlarının qeyri-neft sektorunda 

daha fəal iştirak etmələrini tövsiyə edir. Ümumiyyətlə, dövlət başçısı 

Azərbaycan iqtisadiyyatının ixrac potensialının möhkəmlənməsini, rə-

qabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi istiqamətində 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



83

görülən işlərin daha da gücləndirilməsini qeyd etməklə yanaşı, diqqəti 

ölkəmiz üçün vacib əhəmiyyət kəsb edən bir məsələyə  də  cəlb edir. 

Söhbət maliyyə imkanları  və iqtisadi qüdrətin artması  nəticəsində 

Azərbaycanın xarici ölkələrdə investisiya layihələrinin həyata keçiril-

məsində iştirakından gedir. Azərbaycanın qeyri-neft sektorunun ixrac 

potensialının genişləndirilməsi yollarının çoxvektorluğu istiqamətində 

bir sıra əlverişli istiqamətlər formalaşdırmaq mümkündür: 

Azərbaycanın qlobal maliyyə  və investisiya mühiti şəraitində 

beynəlxalq inteqrasiya kanallarına daha fəal çıxması ixracın qeyri-neft 

sektorları, o cümlədən xidmət sahələri üzrə diversifikasiyalaşdırılma-

sına əlavə imkanlar açır; 

Fəal surətdə beynəlxalq iqtisadi əməkdaşlıq, təsərrüfat və koope-

rasiya əlaqələrinə qoşulan milli şirkətlərin ixrac potensialında rolunun 

yüksəldilməsinin stimullaşdırıması proseslərində yeni əlverişli im-

kanlar formalaşdırılır; 

Bu və ya digər formada xarici ticarət fəaliyyətinin fəallaşması ilk 

növbədə ixrac potensialının yüksəlməsinə  gətirib çıxaracaqdır, çünki 

qeyri-neft sektorunun ixrac potensialının yüksəldilməsi dövlətin xarici 

ticarət iqtisadi siyasətinin ana xəttini təşkil edir və s. 

Hazırkı  şəraitdə Azərbaycanda dövlətin özəl sektora, qeyri-neft 

sektoruna, həmçinin bank sektoruna sistemli dövlət dəstəyi mexanizm-

ləri ilə yanaşması, nisbətən dayanıqlı iqtisadi siyasət formalaşdırlması 

bu qənaətə gəlməyə imkan verir ki, növbəti illərdə ölkənin kommersiya 

banklarının kreditləri hesabına müxtəlif real iqtisadi sektorların inkişafı-

nın sürətləndirilməsi, onların ixrac potensiallarının artırılması yollarının 

şaxələndirilməsi intensivləşəcəkdir. Təəssüf ki, hələlik bu istiqamətdəki 

effektiv imkanlar dərindən öyrənilməmişdir və sahibkarlıq, biznes 

subyektlərinin maarifləndirilməsi prosesləri, bu fəaliyyət sxeminin, o 

cümlədən, bank sektorunun fəaliyyəti üçün əhəmiyyətliliyi geniş təbliğ 

edilməmişdir. İqtisadçı F.Müstafayevin gəldiyi nəticələrə görə, nəqliy-

yat və rabitə sektoruna yatırılan hər bir manat kredit 4,7 manatlıq əlavə 

ÜDM yaradır. Tikinti sektoruna yatırılan hər bir manat kredit əlavə 4,46 

manatlıq ÜDM əmələ  gətirir. Kənd təsərrüfatına yönəldilən 1 manat 

kreditin artım “multiplikasiya əmsalı” təqribən 4-dür və s. Bir sözlə, 

qeyri-neft sektorunun kreditləşdirmə  və maliyyələşdirmə  mənbələrinin 

şaxələndirilməsi, bu sahənin ixrac potensialının yüksəldilməsi yolların-

dan əhəmiyyətlisi kimi xarakterizə olunur. 

 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə