Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə20/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   16   17   18   19   20   21   22   23   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



51

proseslərdə sahibkarlıq subyektlərinin fəallığının artmasına, sahibkarlıq 

subyektlərinin xarici ticarət fəaliyyəti ilə  məşğul olmasının həvəslən-

dirilməsinə, ixracyönümlü müəssisələrin təşkilinə  təkan vermişdir. 

Azərbaycanda sahibkarlığın inkişafı iqtisadiyyatın prioritet istiqamət-

lərindəndir və müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi mexanizmləri 

fəaliyyət göstərir. Son 10 ildə sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə 

artmış, məşğulluqda özəl sektorun payı 73,9 %-ə, vergi da-

xilolmalarında 72,4 %-ə qədər yüksəlmiş, ÜDM-də özəl sektorun xüsu-

si çəkisi 80 %-i ötmüşdür. Ölkə Prezidentinin bu sahənin inkişafı ilə 

bağlı Fərmanı qüvvəyə minmişdir. Ölkə rəhbəri 2014-cü ili “Sənaye ili” 

elan etmiş və bildirmişdir ki, sənaye istehsalının artırılması ilə bağlı tex-

noparkların fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə artıq 

ilkin nəticələr vardır. Sumqayıt Texnoparkı  fəaliyyət göstərir. Yeni 

Kimya Texnologiya Parkı artıq fəaliyyətə başlayır. Digər  şəhərlərdə, 

Mingəçevirdə texnoparkın yaradılması  nəzərdə tutulur. Balaxanı Tex-

noparkının yaradılması gedir. Bu istiqamətdə bu il daha da ciddi addım-

lar atılmalıdır. Ümumiyyətlə, mən dəfələrlə demişəm ki, bizim uğurlu 

inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir. Ümumi 

daxili məhsulumuzun artımı da sənaye istehsalının hesabına mümkün 

olacaqdır. Qeyri-neft sektorunun sürətli inkişafının təminatından biri də, 

onun milli iqtisadiyyatın sərhədləri daxilində  məhdudlaşmadığını  və 

beynəlxalq inteqrasiya məkanına, dünya bazarlarına effektiv şəkildə 

çıxa bilmək potensialını ortaya qoya bilməsidir. Bu halda sektorun 

çoxlu sayda sahələrinin ixrac potensialı reallaşma imkanı  əldə edir, 

ölkənin dünya bazarlarına çıxardığı  rəqabətqabiliyyyətli məhsulların, 

milli brendlərin siyahısı genişlənir, bütövlükdə milli iqtisadiyyatın di-

versifikasiyalaşdırılması mənbələrinin əhatəsi genişlənir. Azərbaycanda 

milli iqtisadi maraqlara söykənən iqtisadi inkişaf siyasəti və modeli 

əsasən formalaşıb, ölkə getdikcə  rəqabət qabiliyyətini artırır və dünya 

ölkələri ilə  əməkdaşlığı gücləndirir. Neft gəlirləri hesabına qeyri-neft 

sektorunun potensialının gücləndirilməsi, ixrac strukturunun genişlən-

dirilməsi istiqamətində dövlət dəstəyi mexanizmləri fəaliyyət göstərir, 

dövlət siyasəti müasir iqtisadi proseslərə adekvat olaraq təkmilləşdirilir

regionların qeyri-neft potensialının reallaşdırılması üçün tarixi işlər gö-

rülür və s. Bütün bunlara baxmayaraq, tədqiqatlar göstərir ki, hələ  də 

ölkənin qeyri-neft sektorunun mövcud vəziyyəti, onun ayrı-ayrı sahələ-

rinin inkişaf tempi reallıqları əks etdirmir və bu istiqamətlərdə görülən 




Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

52



tədbirlərin tənzimlənməsi, təkmilləşdirilməsi, daha optimal həlli yolları-

nın axtarılmasına ehtiyac vardır. 

Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişaf konsepsiya-

sının formalaşmasının və şaxələndirilməsinin baş tutması üçün çoxlu 

sayda Sərəncamlar, Fərmanlar vermiş, bu sahənin inkişaf prosesləri 

daim ciddi səviyyələrdə müzakirə edilmiş, müvafiq qərarlar qəbul 

olunmuşdur.Prezident İlham Əliyev bildirmişdir ki, qeyri-neft sektoru-

nun inkişafı  və  kənd təsərrüfatının inkişafı Azərbaycanın gələcəyini 

müəyyən edən amillərdir. Mən hökumət üzvlərinə müraciət edərək de-

mişdim ki, gərək biz hamımız neft amilini kənara qoyaq. Orada işlər 

çox uğurla davam edir və bu sahə Azərbaycana böyük həcmdə valyuta 

ehtiyatları  gətirəcəkdir. Biz öz siyasətimizi elə aparmalıyıq ki, sanki 

Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələri, ilk növbədə 

qeyri-neft sektoru, infrastruktur inkişaf etməlidir. Ancaq bu yolla biz 

Azərbaycanı inkişaf etmiş ölkəyə çevirə bilərik.  Professor C. Stiqlitz 

də Azərbaycanda neftin 25 il və yaxud daha artıq müddətdə olacağını 

bildirmişdir. O, qeyd etmişdir ki, bu imkan bir dəfə verilir və ondan 

maksimum istifadə edib digər sahələri inkişaf etdirmək lazımdır.  Biz 

əvvəlki paraqrafda Azərbaycan iqtisadiyyatının inkişaf dinamikası və 

əldə etdiyi nailiyyətlərin bir sıra xüsusiyyətləri barədə tədqiqat mate-

rialları verdiyimizdən və  təhlil etdiyimiz göstəricilərdən çıxış etsək, 

qeyd etmək olar, ölkə iqtisadiyyatı qeyri-neft sektorunun inkişafı isti-

qamətində güclü potensialının reallaşdırılması dövrü mərhələsindədir. 

Bunlarla belə, bizə görə, Azərbaycanda qeyri-neft sektorunun poten-

sialından daha səmərəli istifadə edilməsi üçün bir qrup prioritet istiqa-

mətlərin reallaşdırılmasının həll edilməsi zəruridir və bunlar barədə 

irəlidə materialları verəcəyik. 

Azərbaycan iqtisadiyyatı müasir dövrdə qeyd etdiyimiz kimi, şa-

xələndirmə, başqa sözlə, diversifikasiyalaşdırılma dövrünü yaşayır. 

Diversifikasiya sözünün müasir forması ingilis dilində  işlədilən “di-

versification” termininə əsaslanır və əsasən məhsul çeşidinin genişlən-

dirilməsi kimi başa düşülür. Bununla yanaşı müasir dövrdə diversifi-

kasiya anlayışı milli iqtisadiyyatın inkişaf xüsusiyyətini və istiqamət-

lərini xarakterizə etməkdə, şirkət və birliklərin fəaliyyət xarakterlərinə 

görə qruplaşdırılmasında vacib elementlərdən biri kimi özünü büruzə 

verir. Məsələn, iqtisadi fəaliyyətin çoxsahəliliyi və müxtəlifliyi, çox-

profilli şirkət və s. Ölkə iqtisadiyyatının dayanıqlı inkişafının başlıca 



AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



53

istiqamətlərindən biri iqtisadiyyatın və onun ayrı-ayrı istehsal sahələ-

rinin diversifikasiyasıdır. Emal sənayesinin müasir iqtisadi və texniki 

durumu diversifikasiya meylinin hər vasitə ilə gücləndirilməsini tələb 

edir. Bu məqsədlə beynəlxalq miqyasda qazanılmış təcrübədən istifa-

də etmək lazımdır. Həmin təcrübədən bəhrələnərək yaxın dövrlərdə 

Azərbaycanda  əvvəla, inkişaf etmiş bazar infrastrukturunun yaradıl-

ması; ikincisi, iqtisadiyyatın diversifikasiyasına kömək edən dövlət 

maliyyə institutlarının yaradılması; üçüncüsü, qeyri-neft sektorunun 

iqtisadi stimullaşdırılması sisteminin işlənməsi (vergilər, tariflər və s.) 

və dördüncüsü, milli iqtisadiyyatın diversifikasiyası və sənayenin qey-

ri-neft sektorunun inkişafının dövlət indikativ planlarının (proqramla-

rının) qəbul edilməsidir. Azərbaycan iqtisadiyyatının rəqabətqabiliy-

yətliliyinin yüksəldilməsi və innovasiyalaşdırılmasında iki mühüm iq-

tisadi inkişaf istiqaməti milli istehsalçıların məhsullarına olan tələba-

tın daxili bazarda ciddi artırılmasının təmin olunması və xarici bazar-

ların  əldə edilməsi mühüm prioritet kimi qəbul olunmalıdır. Ölkənin 

qeyri-neft sektorunun inkişafının sürətləndirilməsində  əsas element 

kimi-sənayenin kompleks və sürətli inkişafı, ölkə iqtisadiyatının müx-

təlif sektorlarının potensialından səmərəli istifadə olunması, yüksək 

standartlara cavab verən milli məhsulların və malların istehsal şəbə-

kəsinin genişləndirilməsi, ixracyönümlü malların çeşidinin artırılması 

və qeyri-neft ixracının coğrafiyasının şaxələndirilməsi həcminin yük-

səldilməsi, yeni xarici əmtəə bazarlarına çıxışın təmin olunması vacib 

şərtlər kimi çıxış edir. 

Azərbaycan iqtisadiyyatının diversifikasiyalaşdırılmasının, ÜDM-

də özəl sektorun və xidmət sahəsinin payının artırılmasının, sənaye sa-

hələrində, o cümlədən neft-qaz maşınqayırması, neft-kimya, metallur-

giya, cihazqayırma, tikinti materialları istehsalı, aqrar sektor və kənd 

təsərrüfatı məhsulları istehsalı sahələrində inkişafın sürətləndirilməsi-

nin, yeni iqtisadiyyat sahələrinin – İKT, turizm və kosmik sənayesinin 

rolunun gücləndirilməsinin, xarici ticarət dövriyyəsi strukturunun 

diversifikasiyalaşdırılması olduqca vacibdir. 

2003-cü ilin sonlarından başlayaraq, Azərbaycanda sosial-iqtisadi 

inkişafın dinamikasının sürətləndirilməsində qeyri-neft sektorunun 

roluna ciddi önəm diqqəti cəlb edir. Ölkə ÜDM-nin ümumi həcmində 

qeyri-neft sektorunun payı aşağıdakı cədvəldə verilmişdir. 

 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə