Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə17/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   13   14   15   16   17   18   19   20   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

42



  Xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsi rıçaqları yeni-

lənməli və müasir dünya bazarları tendensiyalarına adekvat olaraq 

diversifikasiyalaşdırılmalıdır; 

  Qeyri-xammal və təbii ehtiyatlar əsaslı iqtisadi fəaliyyət istiqa-

mətləri dəyərləndirilməli, dünya təcrübəsi fundamental araşdırılmalı, 

yeni baxdığımız tədqiqat probleminə adekvat desək, “qeyri-neft sekto-

runun inkişafı” və “qeyri-neft sektorunun ixrac potensialının artırılma-

sı” prioritetləri müəyyənləşdirilməlidir; 

  Qeyri-neft sektorunun ixrac potensialının stimullaşdırılması 

üzrə dövlət dəstəyi mexanizmlərinin real iqtisadi sektorlara adekvatlı-

ğı qiymətləndirilməli, bu sahənin dövlət tənzimlənməsi istiqamətləri 

təkmilləşdirilməlidir və s. 

  Milli iqtisadiyyatın inkişafında qeyri-neft sektorunun ixrac po-

tensialından daha səmərəli istifadə olunması bir çox mühüm amillərlə 

yanaşı, qloballaşmanın təsiri ilə bağlı amillərin ciddi qiymətləndiril-

məsi və müvafiq mexanizmlərin hazırlanaraq tətbiq edilməsi vacibliyi 

diqqət çəkir. Tədqiqatçı Berrin Bölek qeyd edir ki, qloballaşma şərai-

tində dövlətin qarşısında xarici ticarət dövriyyəsinin artırılması ilə 

yanaşı, onun iqtisadi səmərəliliyinin yüksəldilməsi problemləri də du-

rur. Bu isə elmi-texniki tərəqqinin müasir nailiyyətlərindən daha sə-

mərəli istifadə etməklə rəqabətqabiliyyətli mal və xidmətlərin istehsa-

lını, bunların beynəlxalq bazarlara sərbəst çıxışının təmin edilməsini 

və s. problemlərin həllini tələb edir. Təbii olaraq bu cür mürəkkəb və 

çoxcəhətli məsələlərin həlli isə xarici ticarət  əlaqələrinə sistemli ya-

naşma, kompleks tədqiqat, qiymətləndirmə üsullarının və iqtisadi-ri-

yazi modellərin işlənməsini və tətbiqini zəruri edir. Biz də əvvəldə xa-

rici ticarətlə  və ixracın stimullaşdırılması problemlərinin tənzimlən-

məsi ilə bağlı mexanizmlərin hazırlanmasına və tətbiqinə adekvat-sis-

temli yanaşmanın vacibliyini qeyd etmişdik. Bir daha qeyd etmək la-

zım gəlir ki, dövlət ixracın stimullaşdırılması  və qeyri-neft ixracının 

strukturunun təkmilləşdirilməsi üçün, ilk növbədə, qloballaşma  şəra-

itində milli iqtisadiyyatın dayanıqlı inkişaf indikatorlarının sabitliyini 

təmin edən iqtisadi siyasət formalaşdırmalı  və bu siyasətin reallaş-

dırılması alətlərinin səmərəliliyini artırmalıdır. 

Milli iqtisadiyyatın inkişafı prioritetləri və xarici ticarət modeli 

formalaşdırılarkən, mühüm vəzifələrdən biri də ixrac potensialının 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



43

artırılması ilə bağlı problemlərdir və strateji vəzifələrin müəyyənləş-

dirilməsidir. Xarici ticarət modelinin səmərəliliyi, effektivliyi prob-

lemləri də əvvəldə qeyd edildiyi kimi, bir qrup mühüm amillərə ciddi 

yanaşılmasını  tələb edir. Ixracın genişləndirilməsi, bununla bağlı  hər 

hansı bir milli iqtisadiyyat sektorunun ixrac potensialının araşdırılma-

sı, qiymətləndirilməsi lazım gəlir. Bu proseslərdə olduqca əhəmiyyətli 

amillərdən biri də “bazar kanalı” anlayışıdır. Belə ki, əgər istehsal olu-

nan mal və  məhsullarının dünya bazarlarına çıxış kanalları çoxşaxəli 

və dayanıqlı deyilsə, çətin ki, bu istiqamətlərdə ixrac potensialı for-

malaşdırıla bilsin. Mal və  məhsulun  əmtəə bazarlarında hərəkətetmə 

qabiliyyəti, irəliləmə perspektivlərinin dərindən araşdırılması vacibdir. 

XX əsrin 70-80-ci illərindən başlayaraq, Çin iqtisadiyyatının yenidən 

qurulması və onun ixrac potensialının gücləndirilməsi təcrübəsi xeyli 

faydalı ola bilərdi. Belə ki, həmin dövrdə bu ölkənin iqtisadi siyasətin-

də xarici ticarət fəaliyyəti iştirakçılarının xarici ticarətin səmərəliliyi-

nin artırılması  və ixracın çoxşaxələndirilməsi, onun effektivliyinin 

yüksəldilməsi proseslərinə güclü dövlət dəstəyi vermək siyasətləri ta-

rixi nəticələrin əldə edilməsinə gətirib çıxarmış və hazırda Çin dünya 

iqtisadiyyatının  əsas güc mərkəzlərindən biridir. Çin ixracının güclü 

potensial toplamasına daxili və xarici bazarların obyektiv təhlili, qiy-

mətləndirilməsi və “bazar kanalları”nın optimallşadırılması, ixrac 

potensialına müvafiq müəyyənləşdirilməsidir. Bu nəzəri baxışın  əsas 

mahiyyəti və praktiki mənası ondan ibarətdir ki, ixracatla məşğul olan 

Çin şirkəti və ya istehsalçı kampaniya dərin və düşünülmüş satış-ixrac 

siyasətinə nail olmaqla bərabər, ixrac üçün nəzərdə tutulmuş mal və 

məhsulların dünyanın hansı  əmtəə bazarları, başqa sözlə, “bazar 

kanalları” vasitəsilə çoxşaxəli və etibarlı ixrac imkanları əldə edəcək 

və real ixrac potensialına malik olacaqdır. Çinli mütəxəssislər P.Ts-

yanşen və V. Kay bu ölkənin texniki-iqtisadi inkişaf zonalarının for-

malaşması və fəaliyyəti proseslərini öyrənərkən, istehsal prosesinin rə-

qabətqabiliyyətliliyinin və “bazar kanalları”nın  əhəmiyyətinə xüsusi 

önəm vermişlər. Onlar hesab edirlər ki, xarici investor və ya xarici 

ticarət əməliyyatlarını həyata keçirmək istəyən xarici şirkət və kampa-

niya ilk növbədə işləyəcəyi ölkənin özünün daxili bazar amillərini təh-

lil edir və qiymətləndirir. Bunlara regional bazarların fərqli xüsusiy-

yətləri, bazarın genişləndirilməsi perspektivləri, mal axınının hərəkəti, 

istehsal proseslərinin maya dəyəri və effektivliyi, rəqabət mühiti, kadr 




Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

44



məsələləri, kredit imkanları, satış siyasəti və sairlər daxildirlər. Sonra-

kı mühüm mərhələdə isə mal və məhsulun ixrac potensialı və ölkədən 

kənardakı “bazar kanalları”nda uğurlu hərəkət edə bilmək perspektiv-

ləri müəyyənləşdirilir. Müəlliflərə görə, bu halda ixracın səmərəli və 

dayanıqlı olması, çoxşaxəliliyi, effektivliyi üçün bir qrup amillərə ix-

ractəyinatlı müəssisənin fəaliyyət prinsiplərinə  və ixrac siyasətinə, 

qanunvericiliyin səviyyəsinə, vergi rejiminin və ixrac prosedurlarının 

işləkliyinə, istehsal olunan mal axınının dünya bazarlarındakı vəziyyə-

tə adekvatlığına, ixrac mallarının kəmiyyət və keyfiyyət göstəricilə-

rinə, nəhayət, ixrac potensialını formalaşdıran xarici ticarət sövdələş-

mələrinin effektivliliyinə kompleks yanaşma təmin olunmalıdır. 

Milli iqtisadiyyatların inkişafında qeyri-neft sektorunun ixrac po-

tensialının rolunun artması, dünya ticarətində ixracın  əhəmiyyətinin 

yüksəlməsi ilə bilavasitə bağlıdır. 1990-2012-ci illərdə dünya mal ix-

racının həcmi 5,2 dəfə artmış  və 2012-ci ilin yekununa görə ümumi 

ixrac 18,3 trln. dollar təşkil etmişdir.  Həmin dövr ərzində dünya mal 

ticarətinin dinamikası aşağıdakı kimi olmuşdur. 

 

Dünya üzrə mal ixracının 1990-2012-ci illər ərzində dinamikası 

(mlrd. ABŞ dolları ilə) 

 

İl Məbləğ 

İl Məbləğ 

1990 3499  2008 16140 

2000 6452  2009 12542 

2005 10495  2010  15274 

2006 12120  2011  18291 

2007 14012  2012  18323 

 

Cədvəldən göründüyü kimi, 2008-ci ildə başlayan dünya maliyyə 



böhranından sonrakı ildə dünya mal ixracı 28,7 % azalsa da, növbəti 

2010-2012-ci illərdə ixracın artım tempi yüksəlmiş  və 2011-2012-ci 

illərdə eyni səviyyədə sabitləşmişdir. Dünya ixracının mallar üzrə 

strukturunda isə 2000-2011-ci illər  ərzində hazır məhsulların, maşın 

və avadanlıqların xüsusi çəkisi azalmış,  əksinə yanacaq və mineral 

məhsulların, yəni xammal resurslarının ixracı 1,6 dəfə artmışdır. Dün-

ya ixracının mallar üzrə strukturu aşağıdakı kimi olmuşdur: 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə