Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə14/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   10   11   12   13   14   15   16   17   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

34



rəti, turizmi və dövlət lizinq şirkətlərini aid etmək olar. Dünya iqtisa-

diyyatının sərfəli inkişafı bir sıra amillərdən asılıdır. Bu amillərin içə-

risində ən başlıcasından biri ölkələr arasında ticarət əlaqələrinin inki-

şafıdır. Dünya iqtisadiyyatınin bir vahid orqanı kimi inkişaf edib ge-

nişlənməsi üçün ölkələr arasında hərtərəfli əməkdaşlığın yaranması tə-

ləb olunur. Ticarət, ölkələr arasında yeni texnika və texnologiyaların, 

elmi kəşflərin, qabaqcıl təcrübələrin öyrənilməsində böyük rol oyna-

yır. Bu gün Azərbaycan dünya dövlətləri ilə sərbəst əməkdaşlıq etmək 

imkanı  əldə etmişdir. Ölkədə aparılan iqtisadi islahatlar təsərrüfatın 

başqa sahələrində olduğu kimi xarici ticarətdə  də öz təsirini göstər-

mişdir. Belə ki, Azərbaycanın ticarət dövriyyəsinin həcmi  əvvəlki 

dövrlərdə başlanan meyillərə uyğun olaraq artmaqda davam edir. Neft 

sahəsinin inkişaf etdirilməsi ilə  əlaqədar olaraq son illər  əsas ticarət 

tərəfdaşlarının sırasına ABS, İngiltərə, Fransa, İsrail, Rusiya, Almani-

ya, Niderland və s. Avropa dövlətləri qatılmışdır. İxracın bu ölkələrə 

artması, eyni zamanda da əks istidamətdə bu ölkələrdə isthesal olunan 

malların ölkəmizə  gətirilməsinə  şərait yaratmışdır. Azərbaycanın  şir-

kət və  iş adamları dünyanın  əksər dövlətləri ilə ticarət  əməliyyatları 

aparırlar. Azərbaycanın regionda tutduğu  əlverişli geostrateji möv-

qeyi, təbii ehtiyatları, iqlimi və eləcə də inkişaf etdirilmiş infrastruktu-

ra malik olması xarici şirkətlərin ölkəmizə gəlməsinə imkan yaradır. 

Bu məqsədlə müvafiq ərazilərdə, xüsusilə Xəzər dənizi sahillərin-

də, dünya standartlarına uyğun müasir otellərin, istirahət zonalarının 

tikintisi, ekoparkların salınması mühüm əhəmiyyət kəsb edir. Bundan 

başqa, Xəzər dənizi adalarında kurort zonalarının, xidmət sahələrinin 

yaradılmasına şərait yaratmaq, onların sürətli inkişafına nail olmaqdır. 

Bu layihələrin reallaşdığı vaxt çoxlu yeni iş yerlərinin açılmasına sə-

bəb olur ki, bu da respublikamızda işsizliyin aradan qaldırılmasında 

mühüm rol oynayar. Bunların inkişafına vəsaitin Neft Fondundan ay-

rılması  məqsədə uyğun olar. Bu sahəyə diqqəti artırmaqla və ixrac 

xidmətlərini genişləndirməklə ölkəyə xeyli valyuta axınını artırmaq 

olar. Ticarət  əlaqələrinin inkişafı son nəticədə ölkənin inteqrasiya 

sisteminə daxil olmasını sürətləndirir. Belə ki, dünya bazarına çıxmaq 

üçün istehsal məhsulları və xammalın keyfiyyətinin yaxşılaşdırılması 

elmi-texniki tərəqqiyə uyğun olaraq texnoloji proseslərin modernləşdi-

rilməsi və dünya ticarət birliyinə daxil olması  cəhdləri yaradır. Bu 

məqsədlə dövlət lizinq şirkətlərinin yaradılması əsas metod kimi qəbul 

olunur. 



AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



35

Qeyd etmək lazımdır ki, Neft Fondu nəzdində müxtəlif elmi-təd-

qiqat institutlarının bazasında səhmdar (vençur) müəssisələri yaratmaq 

yaxşı olardı.  İnkişaf etmiş ölkələrdə bu səhmdar (vençur) şirkətlər 

elmi-tədqiqaitların nailiyyətlərinin dünya texnologiyaları bazarına 

ixracında aparıcı rol oynayırlar. Bundan başqa, texnoparklar və texno-

loji müəssisələrin yaradılması  məqsədəuyğun olardı. Bununla əlaqə-

dar, neft gəlirləri hesabına elm və texnika üzrə respublikada mövcud 

təşkilati-iqtisadi idarəetmə orqanları  və onların idarə edilməsi 

mexanizmləri bazar tipli modellər və metodlarla tənzimlənməlidir. 

Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və yeyinti sənaye-

sinin inkişafı Azərbaycan Respublikası üçün neft gəlirlərinin istifadə 

sahəsi və onun bölgüsü mexanizmidir. 

Hər hansı bir ölkə daxilində bas verən istər sosial, istər iqtisadi və 

istərsə də siyasi proseslərin əsasını istehsal təşkil edir. İstehsalın əsasın-

da ərzaq məhsulların həlli əsas yerlərdən birini tutur. Ərzaq məhsulları-

nın əldə edilməsinin əsas mənbəyi kənd təsərrüfatıdır. Kənd təsərrüfatı - 

ölkə əhalisini ərzaqla təmin etməklə yanaşı, ölkənin əhalisinin məşğul-

luq məsələlərini həll edir və xarici iqtisadi əlaqələri, xüsusən də xarici 

ticarətin inkişaf etdirilməsində müstəsna rol oynayır. Dünya ölkələrində 

olduğu kimi Azərbaycanda da kənd təsərrüfatının inkişaf etdirilməsinə 

hər cür şərait vardır. Bunun üçün ölkənin təbiəti, münbit torpaqları, 

meşələri, coğrafi ərazisinin quruluşu və iqlim şəraiti buna əsas verir. 

Belə bir faktı göstərmək lazımdır ki, respublikada kimya və neft-

kimya sənayesinin inkişafı formalaşmış potensialın iqtisadi dövriyyə-

yə  cəlb edilməsini sürətləndirməklə, regionun beynəlxalq ticarət  əla-

qələrini və kimya sənayesi məhsullarının ixracını artırmaqla  əhalinin 

məşğulluğunu bərpa edə bilər. 

Bu sənaye sahəsinin inkişafında əsas Sumqayıt- Propilen, Polieti-

len, Neftçala Yod- Brom və digər zavodların işə salınmasıdır ki, bu-

nun üçün əsas xammal növü neft fraksiyası və kondensatlardır. Neft-

kimya sənayesinin inkişaf konsepsiyası yerli xammaldan maksimum 

istifadə etməklə, ölkəmizdə məhsul bolluğu yaratmaq və sənaye sahə-

lərinə lazım olan azot birləşmələri, sintetik liflər, konstruksion mate-

riallaı ilə  təmin etməkdir. Bu baxımdan respublikamızda neft-kimya 

sənayesinin inkişafı, benzin fraksiyasının pirolizi nəticəsində  və neft 

emalı zavodlarından alınan karbohidrogenlərin emalı  və ölkəmizin 

təbii sərvətləridir ki, bu da Azərbaycan iqtisadiyyatına neft dollarları-

nın artan axınına şərait yaradacaq. 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə