Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə16/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   12   13   14   15   16   17   18   19   ...   184

 

39

 



 

II FƏSİL 

 

 

AZƏRBAYCANIN QEYRI-NEFT SEKTORUNUN İNKIŞAFI 

 

“Qeyri-neft sektorunun inkişafı bizim 



üçün həmişə prioritet olub. Bunun 

nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatı 

dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınır” 

 

İlham Əliyev 

 

1. Milli iqtisadiyyatın inkişafında qeyri-neft sektorun un ixrac 



potensialından səmərəli istifadənin rolunun artması 

Milli iqtisadiyyatın inkişafı olduqca mürəkkəb elementlərdən iba-

rət vəzifələrin yerinə yetirilməsinə sistemli yanaşılmanı və bu proses-

lərdə işlək, effektivli, məhsuldar mexanizmlərin tətbiqini şərtləndirir. 

Dövlət sadəcə siyasi və iqtisadi prioritetləri müəyyənləşdirməklə milli 

iqtisadiyyatın dayanıqlı inkişafını  təmin edə bilməz. Bu proseslərdə 

ardıcıllıq prinsipləri qorunmalı, milli iqtisadiyyatın milli maraqlar çər-

çivəsində dayanıqlı inkişafına konseptual yanaşma təmin olunmalı, 

prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilməli və nəhayət, onla-

rın reallaşdırılmasının səmərəli mexanizmləri hazırlanmalıdır. Müasir 

dövrdə, yəni qloballaşmanın hər bir sahədə  dərinləşdiyi  şəraitdə baş 

verən tendensiyalara adekvat dövlət modelinin formalaşdırılması, döv-

lət tərəfindən hazırlanması və tətbiq edilməsi nəzərdə tutulan tənzim-

ləmə mexanizmlərinin, alətlərin kəsərli olması tələb olunurBu istiqa-

mətdə dövlətin milli iqtisadiyyatın balanslaşdırılmış inkişafı üzrə pri-

oritet və strateji vəzifələrinin  əsas funksiyalarına aşağıdakılar daxil 

edilə bilər: 

İqtisadiyyatın artım və inkişaf proseslərində bilik amilinin roluna 

üstünlük verilməsi və gücləndirilməsi; 

İqtisadiyyatın struktur dəyişikliklərinin aparılması və diversifika-

siya proseslərinin optimallaşdırılması; 

İqtisadi artımın və iqtisadi inkişafın stimullaşdırılması mexanizm-

lərinin işlənib hazırlanması və reallaşdırılması; 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

40



Cəmiyyətlə mülkiyyətçilər arasında münasibətlərin diferensiallaş-

dırılması, müxtəlif iqtisadiyyat sahələrinin milliləşdirilməsi proseslə-

rində tarazlıq prinsiplərinin qorunması; 

Ölkə və xarici kapitalın qarşılıqlı hərəkətinin səmərəliliyinin təşkili; 

İqtisadi artımın və iqtisadi inkişafın regional yanaşmasında daha 

optimallaşdırılmış modelə üstünlük verilməsi və s. 

Dünya ölkələrinin bir qrupunda milli iqtisadiyyatın inkişaf pro-

seslərinə, xarici-iqtisadi fəaliyyət üzrə siyasətin formalaşmasına, xüsu-

silə ixrac potensialının məhsuldar və səmərəli mexanizmlərinin təşki-

linə yanaşmada, qeyd etdiyimiz amillərin daha uğurlu nəzərə alınması 

mümkün olmuşdur. Məsələn, II Dünya müharibəsindən sonra ABŞ 

dünya iqtisadiyyatında liderliyini gücləndirmək üçün bütün istiqamət-

lərdə fəallaşa bilmişdir. Bu tədbirlərdə satış bazarlarının genişləndiril-

məsi, ixracın stimullaşdırılması, investisiyaların qorunması tədbirləri-

nin gücləndirilməsi və daha çox diqqəti cəlb etmişdir.  Şübhəsiz, bu 

cür yanaşma milli iqtisadiyyatı gücləndirməklə bərabər, həm də onun 

beynəlmilləşməsini, qlobal proseslərə daha güclü təsir edə bilməsi 

potensialını artırır. Və yaxud, Sinqapurun dünya ixracında əhəmiyyətli 

mövqe qazanmasında müasir texnologiyaların tətbiqinə, elektron tex-

nologiyalardan fəal istifadəyə üstünlük verilməsi ixracın həcminin və 

coğrafiyasının, onun səmərəliliyinin əhəmiyyətli səviyyədə artmasına, 

ixrac potensialının dəfələrlə güclənməsinə imkan vermişdir. Beynəl-

xalq Valyuta Fondunun qiymətləndirməsinə görə, xarici ticarət rejimi-

ni “açıq iqtisadiyyat” prinsipləri əsasında formalaşdıran ölkələrin sayı 

– 87, məhdudlaşdırılmış xarici ticarət sisteminə malik ölkələr – 33, bu 

iki səviyyənin təxminən ortasında yer almış ölkələrin sayı isə 53 

olmuşdur. Akademik E.Avdokuşin “açıq iqtisadiyyat” siyasətinin 

ixrac potensialında rolunu qeyd etməklə, bu göstəriciyə ixrac və 

idxalın ÜDM-dəki çəkisi münasibətində baxmışdır. Bu tip iqtisadiyya-

tın ölkələrin milli iqtisadiyyatlarının inkişafına təsiri 1970-ci illərdən 

başlayaraq intensivləşmişdir. Yaponiyada hökumət tərəfindən sənaye 

sahələrinin inkişafının gücləndirirlməsi və ixractəyinatlı milli şirkətlə-

rin dəstəklənməsi həyata keçirilmişdir. Cənubi Koreyada bir sıra səna-

ye sahələrinin, əsasən emalyönümlü və ixractəyinatlı sahələrin inkişa-

fında çoxlu sayda dövlət dəstəyi mexanizmləri tətbiq edilmişdir. Tay-

vanda maşınqayırma və informasiya texnologiyaları sənayesi sahələri-

nə dövlət dəstəyi mexanizmləri tətbiq olunmuş və onların ixrac poten-

sialları dəfələrlə artırılmışdır. Tayvan sonralar ixrac potensialının artı-




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



41

rılması hesabına dünya ixracında 2 %-dən çox paya malik ola bilmiş-

dir. “Açıq iqtisadiyyat” prinsipləri ilə yanaşı, daha çox digər iqtisadi 

mexanzimlərə özünün iqtisadi sistemində yer vermiş Çində isə ixrac-

təyinatlı sənaye sahələrinin inkişafına dövlət dəstəyinin gücləndirilmə-

si siyasəti ardıcıllıqla həyata keçirilmişdir və hazırda da bu cür iqtisadi 

siyasət modeli davam etdirilir. Hal-hazırda ixrac sahələrinin dövlət 

tərəfindən dəstəklənməsi və bir sıra dövlət siyasəti mexanizmlərinin 

tətbiq edilməsi praktikası hazırda ABŞ, Yaponiya, Almaniya, Fransa, 

İtaliya kimi iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə davam etdiril-

məkdədir. Məsələn, Almaniyada əkszaminlər üzrə bir ixracatçıya limit 

80 mln. avrodan 300 mln.avroya qədər artırılmışdır. Fransada ixracın 

stimullaşdırılması  məqsədilə kiçik biznes subyektlərinin dövriyyə 

vəsaitlərinin və ixracatçıların maliyyə resurslarına çıxışlarının artırıl-

ması, İtaliyada ixracatçılara limitin yüksəldilməsi mexanizmləri tətbiq 

edilmişdir. ABŞ-da inkişaf etməkdə olan ölkələrə ixracın stimullaş-

dırılması üçün 20 mlrd. dollar ayrılmışdır. Yaponiyada ticarət əməliy-

yatlarının maliyyələşdirilməsinə illik maliyyə  vəsaitlərinin həcmi 90 

mlrd. dollara çatdırılmışdır və s. 

Dünyada baş verən son maliyyə böhranı və iqtisadi tənəzzül pro-

sesləri milli iqtisadiyyatların rəqabətqabiliyyətliliyi, onun iqtisadi təhlü-

kəsizliyinin təmin edilməsi, iqtisadi inkişaf meyarlarına yenidən baxıl-

ması  və  təkmilləşdirilməsi, xarici ticarət fəaliyyətinin modern istiqa-

mətlərinin müəyyənləşdirilməsi, daha effektivli və  səmərəli ixrac mo-

dellərinin tətbiqinin genişləndirilməsi, ölkənin ixrac potensialının ar-

tırılması kimi qlobal problemlərə yeni yanaşmaları və daha müasir iqti-

sadi tənzimləmə dövlət mexanizmlərinin hazırlanmasını  şərtləndirir. 

Qeyd etdiyimiz kimi, maliyyə böhranları və iqtisadi tənəzzül prosesləri 

milli iqtisadiyyatın diversifikasiyalaşdırılmasını və xüsusilə ixrac poten-

sialının möhkəmləndirilməsi üçün bir qrup strateji dövlət iqtisadi siya-

sət mexanizmlərinin hazırlanmasını və tətbiqini aktuallaşdırır: 

  Bu  şəraitdə milli iqtisadiyyatın mövcud vəziyyəti real qiy-

mətləndirilməli, regional və beynəlxalq iqtisadi inkişaf tendensiyaları-

na müvafiq və praktiki baxımdan effektiv dövlət iqtisadi siyasəti 

müəyyənləşdirilməlidir; 

  Milli iqtisadiyyatın inkişafının xammal və təbii resursların is-

tehsalı, satışı, xammal elementli ixrac modelinin təkmilləşdirilməsi və 

modelləşdirilməsi vacibdir; 

   



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə