Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə19/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   15   16   17   18   19   20   21   22   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

48



nologiyalar  əsasında inkişaf etdirilməsi prioritetinin Azərbaycanda 

strateji hədəflərdən biri kimi qarşıya qoyulmasıdır. 2014-cü ilin "Sə-

naye ili" elan edilməsi və bu istiqamətdə strateji vəzifələrin müəyyən-

ləşdirilməsi yaxın perspektivdə qeyri-neft sənayesinin inkişafına və 

onun ixrac potensialının artırılmasına ciddi töhfələrin verəcəyini proq-

nozlaşdırır. 

Azərbaycan iqtisadiyyatının müasir iqtisadi inkişaf tendensiyala-

rından biri də ölkədə  İnformasiya Kommunikasiya Texnologiyaları 

(İKT) sektorunun inkişafını  təmin etməkdir. Artıq bu istiqamətdə ilk 

Milli Strategiyanın icrası 2012-ci ildə başa çatdırılmışdır.  Ölkədə 

müasir İKT infrastrukturunun formalaşdırılması genişləndirilib, bu sa-

hədə məhsulların çeşidi çoxalıb, xidmətlər diversifikasiyalaşdırılıb, in-

novasiya funksiyalarının tətbiqi intensivləşib və s. Hazırda bu iqtisa-

diyyat sektorunun neft-qaz sektorundan sonra əsas prioritet qeyri-neft 

sektoruna çevrilməsi üçün ciddi tədbirlər müəyyənləşdirilib və strateji 

vəzifələr qarşıya qoyulmuşdur. 

Qeyri-neft sahəsində yüksək artım tempinə nail olunması  və bu 

sektor hesabına adambaşına ÜDM-in artırılması, ÜDM-in strukturun-

da qeyri-neft sektoru payının  əhəmiyyətli dərəcədə yüksəldilməsi, 

adambaşına qeyri-neft ixracının artımının təmin edilməsi kimi hədəf-

lər müəyyənləşdirilmişdir. Bu hədəflərə çatmaq üçün iki istiqamətdə 

iqtisadiyyatın rəqabətqabiliyyətinin artırılmasıı  və strukturunun tək-

milləşdirilməsi istiqamətində  tədbirlər görülməsi təklif olunur. Eyni 

zamanda, xarici ticarət və investisiya siyasətinin təkmilləşdirilməsi, 

enerji, nəqliyyat, tranzit və logistika infrastrukturunun inkişaf etdiril-

məsi, İKT və rabitə xidmətlərindən istifadə imkanlarının genişləndiril-

məsi də əsas prioritetlərdəndir.İqtisadiyyatın strukturunun təkmilləşdi-

rilməsi isə neft-qaz sektoru və neft-kimya sənayesinin modernləşdiril-

məsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və inkişaf etdirilməsi, al-

ternativ və  bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının 

genişləndirilməsi yaxın onilliyin başlıca meyarlarından ibarətdir.  Əs-

lində professor Ə.Muradovun bu fikirləri reallıqda Azərbaycan iqtisa-

diyyatının hazırkı  və yaxın perspektivdəki inkişaf tendensiyalarını, 

prioritet istiqamətləri və strateji vəzifələrini özündə  əks etdirmişdir. 

Yaxın perspektivdə ölkəmizin rəqabətqabiliyyətinin artması və bu sa-

hədə reytinqinin yüksəlməsi gözlənilir. Qloballaşma  şəraitində Azər-

baycan iqtisadiyyatının çoxşaxəliliyi və  rəqabətqabiliyyətinin artırıl-

ması problemləri də müasir dövrün geniş diskussiyaya məruz qalan 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



49

məsələlərindən biridir. Akademik R. Mehdiyev Azərbaycanın gələcək 

inkişafında aşağıdakı iqtisadi amillərin vacibliyini bildirmişdir: 

•  Qeyri-neft sektorunun genişlədirilməsi hesabına davamlı iqti-

sadi inkişafa nail olunması; 

İqtisadiyyatın inkişaf istiqamətlərinin  şaxələndiriməsinin genişlən-

dirilməsi; 

•  Ölkənin ÜDM-nin tərkibində dövlət büdcəsinin formalaşdırıl-

masında təbii ehtiyatlar amilinin azaldılması  və qeyri-neft amilinin 

üstünlüyünün təmin edilməsi; 

•  İqtisadiyyatda innovasiyaların tətbiqinin təmin edilməsi üçün 

güclü inotivesiya mexanizmlərinin yaradılması  və inki.af etdirilməsi 

və s.  Azərbaycanda ölkə iqtisadiyyatının diversifikasiyalaşdırılmasını 

ilk növbədə neft emalı hesabına genişləndirməyi vacib hesab edən bir 

qrup tədqiqatçıların fikirləri ciddi maraq doğurur. Bu sahədə güclü 

potensialın olması  məlumdur və sahənin rəqabətqabiliyyətliyi  şübhə 

doğurmur. Tədqiqatçı B. Əhmədov hesab edir ki, neft emalı  sənaye-

sindəki böhranlı vəziyyət isə hələlik davam edir. Buna sərmayə defi-

sitliyi, əsas istehsal fondlarının mənəvi və fiziki aşınması, məhsulların 

enerji tutumunun yüksək olması, dünya bazarlarında rəqabət qabiliy-

yətinin aşağı olması, neqativ ekoloji problemlər, geoloji kəşfiyyat işlə-

rinin pisləşməsi və s. gətirib çıxarmışdır. B.Əhmədov bu problemlərin 

aradan qaldırılmasında bir qrup mühüm vəzifələrin reallaşdırılmasını 

vacib sayır: 

-  Neft emalı  sənayesinin infrastruktur bazasının istehsal poten-

sialı və ondan istifadə səviyyəsi araşdırılmalıdır; 

•  - Neft emalı zavodlarının məhsul istehsalı quruluşu genişləndi-

rilməlidir; 

•  - Neft emalı məhsullarının ixracının quruluşu və coğrafiyası di-

versifikasiyalaşdırılmalıdır; 

•  - Neft emalı  sənayesinin perspektiv inkişaf istiqamətləri real-

laşdırılmalıdır. 

Ölkə iqtisadiyyatının inkişaf tendensiyası proseslərində strateji 

vəzifələrdən mühüm olanı – milli iqtisadiyyatın rəqabət qabiliyyətinin 

artrılması problemidir. Bu sahədə dövlət mexanizmlərinin iri bir 

blokunun artıq reallaşdırılması müsbət nəticələr verməkdədir. Son 10 

il ərzində ölkə ÜDM-ü 3,2 dəfə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə, 

qeyri-neft sektoru 2,6 dəfə artmış və ölkəmizdə orta illik iqtisadi artım 




Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

50



12,9 % təşkil etmişdir. Valyuta ehtiyatları 31 dəfə, xarici ticarət döv-

riyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə, qeyri-neft ixracı 4,7 

dəfə artmışdır. Azərbaycan iqtisadiyyatı “Qlobal Rəqabət Qabiliyyəti 

İndeksi” hesabatına  əsasən, rəqabət qabiliyyətli səviyyəsinə görə 39-

cü, MDB-də 1-ci olmuş, ölkəmiz ilk dəfə dünyanın “yuxarı orta gəlir-

li” və “yüksək insan inkişaflı” ölkələri qrupuna daxil olmuşdur. Nü-

fuzlu reytinq agentliklərinin hamısı (“Fitch Ratings”, “Standart & 

Poor’s” və “Moody’s”) Azərbaycana investisiya kredit reytinqi vermiş 

və Azərbaycan Qafqaz ölkələri arasında investisiya reytinqinə malik 

yeganə ölkə olmuşdur. 2004-2013-cü illərdə qeyri-neft sektoruna in-

vestisiyalar 12,9 dəfə artmış və ölkə regionlarına yönəldilən investisi-

yaların həcmi 51 mlrd. manata yaxın olmuşdur. Bu çoxsaylı amillər və 

əldə edilmiş nəticələr, yaxın perspektivdə Azərbaycan iqtisadiyyatının 

diversifikasiyalaşdırılması problemlərinə ciddi təsir edə bilər. Bunun 

üçün ölkənin hazırkı iqtisadi inkişaf təndensiyalarını mövcud vəziyyə-

ti dərindən təhlil edilməklə, obyektiv qiymətləndirilməli, daha səmərə-

li dövlət iqtisadi siyasəti işlənib hazırlanmalı, milli iqtisadiyyatın artı-

mını təmin edə biləcək mexanizmlərin iqtisadi sistemə daxil edilməsi 

təmin olunmalı, qeyri-neft sektoru sahələrinin inkişafına imkan verən 

elementlər sistemləşdirilməli və işlək alətlərə çevrilməli, ölkənin ixrac 

strukturunun diversifikasiyalaşdırılmasında qeyri-ənənəvi elementlər 

də nəzərə alınmalı və bu istiqamətlərdə aparılan tədbirlərin səmərəlili-

yi yüksəldilməlidir. 

Ölkə iqtisadiyyatının son 10 ildəki inkişaf tendensiyalarının dolğun 

xarakteristikası Azərbaycan Respublikası (AR) regionlarının sosial-iqti-

sadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda 

Prezident  İlham  Əliyevin giriş  və yekun nitqlərində verilmişdir. Qeyd 

olunmuşdur ki, son on il ərzində Azərbaycan dünyada ən sürətli temp-

lərlə inkişaf etmiş, iqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artmış 

və kənd təsərrüfatı 1,5 dəfə artmış, 2013-cü ildə qeyri-neft sektorunun 

artımı təqribən 10 % və ölkə iqtisadiyyatı təqribən 6 % artmışdır. Son 

on il ərzində ölkəmizə 160 mlrd. dollar investisiya cəlb edilmiş, 2013-

cü ildə Azərbaycan iqtisadiyyatına 28 mlrd. dollar – rekord səviyyədə 

sərmayə qoyulmuşdur. Son on ildə Sahibkarlığa Kömək Milli Fondu 

hesabına 1200 mln. manat investisiya yatırılmışdır, yəni sahibkarlara 

güzəştli şərtlərlə kreditlər verilmişdir. Şübhəsiz, bu tədbirlər milli iqti-

sadiyyatın inkişafına, xüsusilə ixrac potensialının gücləndirilməsinə, bu 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə